Страницы

31.12.2012

“Sərhəd Hərəkatı”nın ideya müəllifi olan R.Tağıyevin taleyinə laqeyidlik nümayiş etdirilir”

Lalə Ramizqızı: “Bizə və atama qarşı edilən bu haqsızlıqlara son qoyulmadığı təqdirdə, Azərbaycan vətəndaşlığından imtina etmək haqqında fikirləşirik”

Qəzetimizin (N30 (161) 06-12 dekabr 2012-ci il) nömrəsində gedən “Əli Kərimlini fiziki məhv etsəydim indi azadlıqda idim” başlıqlı yazı dərc olunmuşdur. Bu məktubu “Millətim” redaksiyasına hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdə olan Bəhlul Muradov göndərmişdi. Məktub böyük səs-küyə səbəb oldu.
B.Muradov yazdığı məktubda bildirmişdi ki, Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən hazırlanıb. Ona bu tapşırığı verən isə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov olub. Təhmasib Novruzov isə öz növbəsində məktubda yazılanların yalandan ibarət olduğunu açıqlamışdı.

Amma Bəhlul Muradovun məktubunun ictimailəşməsindən sonra narahatlıq keçirən dairələr “fəaliyyətə” keçməkdə heç də gecikmədilər.  Bu məktubun ictimailəşməsindən dərhal sonra qəzetimizin baş məsləhətçisi, həmin müəssisədə günahsız yerə cəza çəkməyə məhkum edilmiş Ramiz bəy 7 saylı CÇM-dən, Qaradağ rayonunda yerləşən 12 saylı CÇM-nə “sürgün” edildi. Ramiz bəyin hazırkı vəziyyəti ilə bağlı məlumat almaq üçün Lalə Ramizqızına müraciət etdik.
Lalə xanım bildirdi ki, on beş gündən sonra, nəhayət dekabrın 19-da Ramiz bəylə görüşə biliblər. “Atamla bir saat müddətində görüşə bildik. O bildirdi ki, 12 saylı CÇM-nə gətirlməsi ilə heç cür razılaşa bilmir. Heç bir səbəb olmadan bu addımın atılmasına öz etirazını bildirir və buna görə də müəssisəyə cıxmağa etiraz edir Buna görə də R.Tağıyev cərimə otağında saxlanılır. Təsəvvür etmək çətin deyil ki, üç xəstəlikdən əziyyət çəkən bir insanın cərimə otağında qalması hansı fəsadlara səbəb olacaq”.
Lalə xanım bildirdi ki, atasının qanunsuz olaraq 12 saylı CÇM-nə göndərilməsi ilə bağlı Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə də ərizə ilə müraciət ediblər: “Biz Penitensiar Xidmətinin rəisi M.Quliyevə də müraciət etmişik. Amma hələ ki,  heç bir cavab verilməyib. Atamın həmin şəraitdə saxlanılması onun səhətinin daha da pisləşməsinə gətirib çıxaracaq. Ondan vaxtı-vaxtında məlumat ala bilmirik. Atamın həyatına olan təhlükədən narahatıq.”
L.Ramizqızı ona da qeyd etdi ki, hər kəsin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməyə hazırlaşdığı bir zamanda Ramiz bəyin başına açılan bu oyunlar dövlətimizin adına vurulan bir ləkədir: “Qarşıdan 31 Dekabr tarixi gəlir. Biz artıq 2 ildir ki, bu tarixi bayram kimi qeyd etmirik. Mən çox təəssüf edirəm ki,  “Sərhəd Hərəkatı”nın ideya müəllifi olan R.Tağıyevin taleyinə laqeyidlik nümayiş etdirilir.  Bizə və atama qarşı edilən bu haqsızlıqlara son qoyulmadığı təqdirdə, Azərbaycan vətəndaşlığından imtina etmək haqqında fikirləşirik. Bu qədər qanunsuzluqlara, cinayətlərə, haqsızlığa dözmək mümkün deyil”.
Lalə xanım B.Muradovun “Millətim”də ictimailəşən məktubuna cavab olaraq T.Novruzovun verdiyi bəyanatda səsləndirdiyi fikirlərə də cavab verdi: “Bizdə Bəhlul Muradovun öz dəsti-xətti ilə yazılmış imzalı məktubu var. Bu məktub Təhmasib Novruzovun iddia etdiyi kimi, heç kəsin fantaziyası deyil. O ki qaldı, B.Muradovun yazdığı məktubu danaraq, təkzib verməsinə, bu gün kimi aydın olan məsələdir. Məktubu yazan şəxs “karserə” salınır və sonra təkzib məktubu gəlir. Təkzibin hansı yolla alındığını izah etməyə ehtiyac qalmır. Məktubu dərc etdiyimizə görə qəzetimizin baş məsləhətçisi Ramiz Tağıyevin başına gətirilənlər isə hər kəsə məlumdur”.

Murad                      milletim-az.com

Комментариев нет:

Отправить комментарий