Böyük Çingiz xanın nəslindən olması bütün tarixə və tarix araşdıranlara məlumdur. Onu böyük türk tarixi salnamələrində sevənlər də var, sevməyənləri də az deyil. Tarıx təzadlarla doludur, həmin təzadlardan biri də budur ki, bəzən Əmir Teymuru şəxsiyyəti ətrafında mübahisələrdə, onu olduğu kimi qiymətləndirə bilmirlər. Fateh Teymuru qınayanlara, bəzən “qaniçən” adlandıranlara isə üzümü tutub demək istəyirəm ki, hökmdarın bir əli tutub, bir əli kəsməsə, o zaman HÖKMDAR öz dövlətini idarə edə bilməz.
“Şərqin incisi-- SƏMƏRQƏND”
Əmir Teymurun yaratdığı Məvarənnəhr dövlətinin mədəniyyəti və ticarəti, iqtisadi həyatının inkişafında böyük yüksəliş, intibah dövrü, həm də Mərkəzi Asiyanın dövlət kimi tanınmasında rol oynayıb. Teymur dövründə böyük imperiyanın ticarət əlaqələrinin genişləndirilməsi, insanlar və dövlətlər arasında ünsiyyətin yaranması üçün yol quruluşuna xüsusi fikir verirdi.
“İpək yolu”, bizim zəmanəmizdə isə “Azad İqtisadi zona” adlanan bir sistemi işlətməklə, o paytaxt etdiyi Səmərqənd şəhərini dünyanın incisinə çevirdi. Özünün məşhur “Mən dünyanı fəth edən Teymuram” əsərində yazır:
“... Tapşırdım ki, başlı-başına qalmış torpaqlarda kəhrizlər tiksinlər. Çayların və kanalların üzərində olan dağılmış körpüləri yenidən bərpa etsinlər. Yolçuların gecələməsi üçün qonaq evləri tiksinlər. Habelə yollarda gözətçi və nəzarətçi məntəqələri inşa etsinlər ki, nəzarətçi və mühafizəçilər vəziyyətə nəzarət edə bilsinlər. Və gəlib gedən yolçuların, qonaqların təhlükəsizliyi qorunsun”.
Paytaxt Səmərqəndə Yaxın və Uzaq Şərqdən, Avropanın İspaniya , Fransa, İngiltərə kimi ölkələrindən də tacirlər, çaparlar gəlirdi. Bu tacırlərin gediş- gəlişini asanlaşdırmaq üçün yollar tikilir, yollarda çox şəffaf vergi və gömrük sistemi işləyirdi. Yollarda olan Karvansaralar, gözətçi məntəqələri, istirahət yerləri, hətta çapar atlarının istirahəti üçün olan dayanacaqlar barədə o zamanın səyyahları, tarixçiləri ağız dolusu və heyranlıqla yazırlar. Yollarda karvanların dinc və rahat irəlıləməsi uçun bütün təhlükəsizlik qaydalarına əməl olunmalıydı. Əgər kimsə öz işinin öhdəsindən gəlməsə, qanun yol vermədiyi halda yolçunu və ya qonağı incidərdisə, belə hallar dərhal yoxlanılır, günahkar cəzasını alırdı. Bu cəza tədbirlərinin içərisində diri-diri basdırılmaq, başı kəsilmək və asılmaq təhlükəsi də var idi.
“İpək yolu”, bizim zəmanəmizdə isə “Azad İqtisadi zona” adlanan bir sistemi işlətməklə, o paytaxt etdiyi Səmərqənd şəhərini dünyanın incisinə çevirdi. Özünün məşhur “Mən dünyanı fəth edən Teymuram” əsərində yazır:
“... Tapşırdım ki, başlı-başına qalmış torpaqlarda kəhrizlər tiksinlər. Çayların və kanalların üzərində olan dağılmış körpüləri yenidən bərpa etsinlər. Yolçuların gecələməsi üçün qonaq evləri tiksinlər. Habelə yollarda gözətçi və nəzarətçi məntəqələri inşa etsinlər ki, nəzarətçi və mühafizəçilər vəziyyətə nəzarət edə bilsinlər. Və gəlib gedən yolçuların, qonaqların təhlükəsizliyi qorunsun”.
Paytaxt Səmərqəndə Yaxın və Uzaq Şərqdən, Avropanın İspaniya , Fransa, İngiltərə kimi ölkələrindən də tacirlər, çaparlar gəlirdi. Bu tacırlərin gediş- gəlişini asanlaşdırmaq üçün yollar tikilir, yollarda çox şəffaf vergi və gömrük sistemi işləyirdi. Yollarda olan Karvansaralar, gözətçi məntəqələri, istirahət yerləri, hətta çapar atlarının istirahəti üçün olan dayanacaqlar barədə o zamanın səyyahları, tarixçiləri ağız dolusu və heyranlıqla yazırlar. Yollarda karvanların dinc və rahat irəlıləməsi uçun bütün təhlükəsizlik qaydalarına əməl olunmalıydı. Əgər kimsə öz işinin öhdəsindən gəlməsə, qanun yol vermədiyi halda yolçunu və ya qonağı incidərdisə, belə hallar dərhal yoxlanılır, günahkar cəzasını alırdı. Bu cəza tədbirlərinin içərisində diri-diri basdırılmaq, başı kəsilmək və asılmaq təhlükəsi də var idi.
Apardığı bütün döyüşlərdən qalib çıxan Əmir Teymur ilk əvvəl Məvarənnəhr dövlətini yaradaraq Səmərqəndi onun paytaxtı elan etdi. Yenə Əmir Teymurun öz kitabından sitat: “...Səmərqəndi dünyanın ən gözəl və gülşən şəhərlərindən biri etdim. Dünyanın gözü sayılan Şirazda 7 məçid məsçid olduğu halda, mənim Səmərqəndimdə 200-dən artıq məscid var idi. Hər məscidin də iki, üç və ya 4 güldəstəsi ( müəllif: minarə nəzərdə tutulur) var idi. Hər məscidin başında isə qızıldan ay həkk olunmuşdu. Şəhərin girəcəyinə çatanda buradakı bağçalar və bağlardan gələn qızılgül ətirləri cənnəti xatırladırdı”.
Tarixi mənbələrdən məlumdur ki, ömrünün 35 ilini istilalara və müharibələrə həsr etmiş Əmir Teymur, Səmərqəndə qayıdarkən, özü ilə həmin yerlərdən ən dəyərli alimləri, şairləri, ustaları, xəttatları da yığıb gətirirdi. Hətta zəbt edəcəyi şəhərə girməmişdən əvvəl , əsgərlərini həmin şəhərə və ya elata göndərərək, sənətkarlara, alimlərə, bacarıqlı ustalara və onların ailələrinə ziyan dəyməsin deyə, qapılarına işarələr qoydururdu. Döyüşlər başa çatandan sonra isə, həmin adamlar qoşun- ləşkərlə birlikdə Səmərqəndə gətirilirdilər. Səmərqənddə bu gün də göz bəbəyi kimi qorunub saxlanan Əmir Teymur dövrünün tarixi abidələrini - məscidləri, mavzoleyləri, mədrəsə, karvan-sarayları işğal etdiyi ölkələrdən gətirdiyi ustalara inşa etdirib.
Artıq hökmranlığı, siyasi əqidəsi və gücü ilə tanınan Əmir Teymurun İmperiyasından lərzəyə gələn bir çox Avropa ölkələrinin hökmdarları, gələcəkdə Teymurun qəzəbinə tuş gəlməsinlər deyə, özləri ona məktub göndərərək, ittifaqa girməyə üstünlük verirdilər. Dövlətinin əmin-amanlığını qorumaq üçün Kastiliya və Leoniyanın hökmdarı III Henrix de Trastamara elçisi Rui Qonsales de Klavixonu bu məqsədlə Səmərqəndə göndərmişdi. Elçi de Klavixo sonralar “Əmir Teymurun sarayına qədər səyahət gündəlıyı”ndə yazırdı:
“... Böyük sərkərdənin xasiyyətinə bələd olmayan bəzi yabançı ölkələrin hökmdarları onun qəbuluna gələndə yerə əyilərək, Teymur bəyə baş əyirdilər. Teymur belə məqamlarda özünün etirazını bildirərək deyirdi ki, insanlar ancaq namaz vaxtı böyük Allahın qarşısında baş əyməlidirlər. Buna görə də, Teymurun iqamətgahına gələn elçi və qonaqlar, hər təbəqədən olan insanlar, ona yaxınlaşıb, diz üstə oturub, əlini öpərək ehtiramlarını bildirirdilər”.
Fransız səyyahı dünyanın paytaxtı sayılan Səmərqənd haqqında isə yazırdı:“Bu şəhərin özü və torpaqları da bolluq içərisindədir. Çörək kimi, şərab və ət, müxtəlif quşlar çox ücüz qiymətədir və boldur, qoyunlar o qədər nəhəngdirlər ki, hər birinin quyruğu 20 funt çəkisindədir, hətta bir adam onu əlində tuta bilmir. Burada çörək çox ucuzdur, düyü isə həddindən artıq boldur. Buna görə də onu “Səmər”- yəni “şəkər”, və bolluq mənasında “kənd” – yəni “bolluq olan şəhər” adlandırırlar. Bu şəhərdə ipək, dəri məmulatları, eləcə də hər cürə daş-qaş, qızıl, gümüş və bunlardan hazırlanmış ən gözəl əşyalar da hazırlanır”.
Əmirin ən etibarlı müttəfiqi
Şimali Azərbaycan, Şirvanşahlar dövləti və “Dəmir qapı” Dərbənd
1399-1404-cü illərdə Əmir Teymurun 7 illik yürüşü məhz Qərbi İran, Azərbaycan, Kiçik Asiya və Suriyanı əhatə etdi.
Rui Qonsales de Klavixo öz xatirələrində yazırdı ki, Qarabağda qış mülayım keçdiyindən Fateh Teymur adətən bütün qış aylarını yaz gələnə qədər qoşun-ləşkəri ilə burada keçirərdi. Tarixdən məlum olduğu kimi, gözəlliklər yaratmaqdan zövq alan Fateh Teymur, Qarabağı o qədər sevmişdi ki, burada iyirmi mindən artıq ev də tikdirmişdi. Bu evlərdə qoşun paytaxt Səmərqəndə qayıdanda yerli əhali sahib olurdu. Əlbəttə onların içərisində Əmir Teymurun qoşunu ilə gəlib, sonradan bu yerlərdən qayıtmayan elatlar da olurdu.
Tez-tez Qarabağda qışlasa da , dövlətinin siyasi durumunu qorumaq, daim güclü nəzarətdə saxlamaq üçün Şimali Azərbaycana və Dərbəndə nəzarəti Şirvanşah Şeyx İbrahimxəlilə vermişdi. Əmir Teymurun gücünə və əzəmətinə bələd olan Şirvanşah Şeyx İbrahimxəlil özünün uzaqgörənliyi ilə, Fateh Teymura baş əyməyən şahlardan fərqli olaraq (çünki bir qayda olaraq Əmir Teymurun qabağına qoşunu ilə çıxan, şəhərin darvazalarıının açarını ona verməyən, və ya müqavimət göstərən padşahlar döyüşlərdə məğlub olurdular ) onunla ittifaq yaratmağa üstünlük verir.
Teymurun hakimiyyəti dövründə onun sarayında işləmiş öz dövrünün tarixçi alimi Şərafəddin Əl Yəzdi "Zəfərnamə" əsərində yazır: "...Allahın köməkliyi ilə Teymur Sahibqiran Dərbənddən Bakıya gəldi (təqribən 1383-97-ci ili nəzərdə tutur -müəllif) və əmr etdi ki, buradakı qalanı möhkəmlətsinlər. İlk dəfə 1381-ci ildə Şirvana hücum edərkən Şirvanşah Şeyx İbrahimxəlil sərkərdə Teymurun qabağına 40 dəvə yükü ənamla və 39 qulla çıxdı. Dünyanın alimləri, filosofları ilə məclis quran Teymur tez bu məqamı tutdu və Şeyx İbrahimdən soruşdu: "Qulun biri hanı?" Şirvanşah Şeyx İbrahimxəlil ona baş əyərək dedi: "Şahım, məmləkətim və rəiyyətim qul olunca mənim qul olmağım daha əfzəldir". Teymur Şamaxıda bir neçə gün qaldıqdan sonra Kürün sahillərinə endi. Şeyx İbrahimxəlil burada da Əmir Teymura layiq şadyanalıq və qonaqpərvərliklə qəbul etdi. Teymurun qulluğunda bir etibarlı dost kimi dayandı. Hökmdar Teymur da onun bu xidmətlərini cavabsız qoymayaraq, Şeyx İbrahimxəlilə özünün şəxsi əbasını və əbanın üstündə olan qiymətli daş-qaşlarla bəzənmiş kəmərini bağışladı. Bundan əlavə isə ilk Azərbaycan dövlətini yaradan Şirvanşah Şeyx İbrahimxəlili Şirvanda və Dərbənddə öz vassalı elan etdi və dedi ki, bundan sonra Şeyx İbrahimxəlil öz ordusu ilə Dərbəndin sərhədlərini də qorumalıdır".
Bu yeni ittifaqla Şirvanşah İbrahimxəlil həm də Toxtamış xanın Şirvana etdiyi hücumdan sığortalanmış oldu. Həqiqətən də, Toxtamış xanın növbəti hücumu zamanı, Teymur özünün qələbə əzmli ordusu ilə Şirvanşahın köməyinə çataraq, onu Toxtamış xanın caynağından qurtara bildi. Teymurun Şirvanda olduğunu bilən Toxtamış xanın ordusu isə qaçaraq geri çəkildi.
Elə bu məqamda Fateh Teymurun “Dəmir Darvazası”ndan danışmaq da yerinə düşər. Səmərqəndi yadellilərin hücümündan qoruyan amillərdən biri də, Əmir Teymurun Səmərqəndin yaxınlığında olan Dəmir darvazası idi. Bu darvaza həm də dövlətə böyük xeyir gətirirdi. Böyük İpək yolu ilə hərəkət edən-- Hindistandan, Kiçik Asiyadan gələn tacirlər, buradan keçəndə mütləq torpaq basdı (yəni gömrük haqqı) pulu verirdilər, bu da dövlətin xəzinəsinə böyük miqdarda gəlir gətirirdi. Çünki, yuxarıda qeyd etdiyim kimi, Səmərqənd artıq dünyanın Ticarət Mərkəzinə-- özüdə ki, Azad Ticarət Mərkəzinə çevrilmişdi. ƏmirTeymurun bu uğurundan xəbərdar olan Şirvanşah Şeyx İbrahimxəlil də Dərbəndin yaxınlığında belə darvazalar tikdirir. Elə “Dəmir qapı Dərbənd” sözü də bu günümüzə Şirvanşahdan gəlib çıxan bir deyimdir. Dərbənd qapısından isə taçirlər və səyahətçilər Bakıya və İrana səfər edirdilər. Bu qapı həm də Şirvanşahlar dövlətinin istehkamı idi.
Fateh Teymurun dövlətçilik ənənəsi
Məlum olduğu kimi 7 dünya hökmdarı Teymur həm də Cənubi Azərbaycanı öz nəzarəti altında saxlayırdı. Qara Yusifin və İran şahı Sultan Əhmədin zülmündən cana doymuş Cənubi azərbaycanlılar Teymurun qoşununu toy-bayramla qarşılayaraq, öz padşahlarına qarşı çıxmışdılar. Taleyinə ancaq uğurlar, qələbələr yazılmış böyük sərkərdənin yaşadığı dövrün tarixçiləri və şahidləri Şərafəddin əl Yəzdi və Nizaməddin Şamı “Zəfərnamə”lərində, İbn Ərəbşah “Teymurnəmə” əsərlərində Əmir Teymurun yaşadığı dövrü və şəxsiyyətini ustalıqla qələmə almışlar. Bu müəlliflərin əsərlərini nəzərdən keçirəndə Sahibqıran Teymurun dövlət idarəçiliyi və hərbi taktikasına da heyran qalırsan. Tarixi mənbələrdəki məlumatlara görə, fəth etdiyi 27 dövlətin hər birində baş verən hadisələrdən, həmin dövlətlərdəki padşahların, şahların idarəçiliyindən vaxtlı vaxtında xəbər tuturdu. Bu xəbərlər ona yerlərdə təyin etdiyi şəxslərdən, elçilərindən, gizli xəfiyyələrindən, dünyanın hər yerinə göndərdiyi dərvişlərindən gəlirdi. Böyük bir imperiyanın saxlanmasında Əmir Teymurun qanunları saat mexanizmi kimi düz işləyirdi. Böyük sərkərdə “Tüzüklər”ində yazırdı: “ Vicdanımın və ədalətin səsinə qulaq asaraq mən qulların da şikayətini təmkinlə dinləyib, haqqı nahaqdan ayırmışam. Mərhəmətlı əməllərimlə insanların qəlbində qalmışam. Dövlətin qanunlarına söykənərək ordunu və rəiyyətimi ümid və qorxu içində saxlamışam. İmkansız və məzlumlara mərhəmət göstərib, əsgərlərimi mükafatlandırmışam. Mən deyirdim ki, hökmdar özü ədalətli və mənəviyyatca təmiz olmalıdır ki, onun ətrafında olanlar da, ona baxıb bu ədalət və mənəvi dəyərlərini qorusunlar. Əgər padşah özü zülmkardırsa, onda onun ətrafındakıların da əxlaqı pozulur və həmin adamlar hər vəchlə xalqı tapdamağa çalışırlar”.
Məlum olduğu kimi 7 dünya hökmdarı Teymur həm də Cənubi Azərbaycanı öz nəzarəti altında saxlayırdı. Qara Yusifin və İran şahı Sultan Əhmədin zülmündən cana doymuş Cənubi azərbaycanlılar Teymurun qoşununu toy-bayramla qarşılayaraq, öz padşahlarına qarşı çıxmışdılar. Taleyinə ancaq uğurlar, qələbələr yazılmış böyük sərkərdənin yaşadığı dövrün tarixçiləri və şahidləri Şərafəddin əl Yəzdi və Nizaməddin Şamı “Zəfərnamə”lərində, İbn Ərəbşah “Teymurnəmə” əsərlərində Əmir Teymurun yaşadığı dövrü və şəxsiyyətini ustalıqla qələmə almışlar. Bu müəlliflərin əsərlərini nəzərdən keçirəndə Sahibqıran Teymurun dövlət idarəçiliyi və hərbi taktikasına da heyran qalırsan. Tarixi mənbələrdəki məlumatlara görə, fəth etdiyi 27 dövlətin hər birində baş verən hadisələrdən, həmin dövlətlərdəki padşahların, şahların idarəçiliyindən vaxtlı vaxtında xəbər tuturdu. Bu xəbərlər ona yerlərdə təyin etdiyi şəxslərdən, elçilərindən, gizli xəfiyyələrindən, dünyanın hər yerinə göndərdiyi dərvişlərindən gəlirdi. Böyük bir imperiyanın saxlanmasında Əmir Teymurun qanunları saat mexanizmi kimi düz işləyirdi. Böyük sərkərdə “Tüzüklər”ində yazırdı: “ Vicdanımın və ədalətin səsinə qulaq asaraq mən qulların da şikayətini təmkinlə dinləyib, haqqı nahaqdan ayırmışam. Mərhəmətlı əməllərimlə insanların qəlbində qalmışam. Dövlətin qanunlarına söykənərək ordunu və rəiyyətimi ümid və qorxu içində saxlamışam. İmkansız və məzlumlara mərhəmət göstərib, əsgərlərimi mükafatlandırmışam. Mən deyirdim ki, hökmdar özü ədalətli və mənəviyyatca təmiz olmalıdır ki, onun ətrafında olanlar da, ona baxıb bu ədalət və mənəvi dəyərlərini qorusunlar. Əgər padşah özü zülmkardırsa, onda onun ətrafındakıların da əxlaqı pozulur və həmin adamlar hər vəchlə xalqı tapdamağa çalışırlar”.
Həyatı təzadlarla dolu hökmdar, öz əsrində çox şəhərləri yerlə yeksan edib, insan başlarından qalalar, divarlar yapıb. Hətta kitablarında yazır ki, “... mən zəbt etdiyim şəhərlərdə tabe olmayan əhalini qanına qəltan edirdim, şəhərin küçələrində, bazarlarında, meydanlarında qan su yerinə axırdı. Lakin mənə qarşı çıxmayan, sakitcə İslamın bayrağını və mənim hökmranlığımı qəbul edənləri isə mərhəmət göstərib, incitmirdim”.
Bu fikirlər də ona aiddir: “Düşmənimi öz əlimlə öldürəndə, onun qanının axmasını zövqlə seyr edirdim. Düşmənimin qanını tökmək mənə xoş idi. Elə bu üsulla da dövləti idarə edirdim, bununla ətrafdakılara bildirmək istəyirdim ki, mənə qarşı çıxanların hər birini belə aqibət gözləyir”.
Əmir Teymura görə, hakimiyyətin öz qayda-qanunları var. O, belə hesab edirdi ki, xalqı həmişə qorxu içərisində saxlamaq lazımdır. Əgər hakimiyyətdən və qanunlardan qorxusu, çəkinəcəyi olmasa, cinayətkarlar, yaramazlar, quldurlar sadə xalqın həyatını alt-üst edər, var dövlətini talayarlar. Əslində dünyanın tapındığı Qurani Kərimdə də yazılıb ki, insanları qorxu və mərhəmət içərisində saxlamaq lazımdır.
***
Yürüş etdiyi, zəbt etdiyi ölkələrdə çox vaxt yerli əhalinin arzu və istəklərini nəzərə aldığından, elin, obanın layiqli adamlarını hakimiyyət başına gətirər, onların məişət və adət ənənələrinə hörmətlə yanaşardı. Şəhərin qazisini və ya hakimini isə, mütləq həmin şəhərdə yaşayan, eli-obanı yaxşı tanıyan ,həmin mərtəbəyə layiq olan yerli şəxslərdən seçirdi ki, əhalinin adət-ənənəsinə, yaşayış tərzinə uyğun idarəçilik təmin olunsun. Bu mənada hətta başqa ölkələrdən Məvarənnəhr dövlətinə gətirdiyi insanların dini adət-ənənələrinin qorunması üçün onlara ibadət yerləri , kilsələr tikmələrinə də icazə verirdi. Bu da Əmir Teymurun tolerantlığından irəli gəlirdi. Fateh barmağında öz zəmanəsinin görkəmli şeyxi olan Zainuddin Abu Bəkr Tabaydasinin 21 yaşında olarkən ona hədiyyə etdiyi, üzərində “Rosti-rost” sözü yazılmış mərcan qaşlı üzük gəzdirirdi. “Rosti-rost”-“Ədalətli olsan , xeyrə çatarsan” - demək idi. Buna görə də, həmişə vicdanının səsini dinləyib, ədalətlə hərəkət edərək, təbəəsində olan qullarına mərhəmət göstərirdi. Günahı olub və olmayanların da haqqını ədalətlı şəkildə təmin edirdi. Bununla belə, dövlət işlərində verilən tapşırıqları layiqincə yerinə yetirənlərin də mükafatını verirdi. Fateh Teymurun dövlət idarəçiliyindəki uğurlarından biri də ondan ibarət idi ki, dövlət əhəmiyyətli hər hansı bir məsələnin həllində, qanun qəbul ediləndə, uzaq bir səfərə çıxanda üləmaları, müşavirlərini, vəzirlərini, alimləri, tarixçiləri başına toplayıb, onların rəyini fikrini öyrənər, xeyirli və xeyirsiz tərəflərini götür-qoy etdikdən sonra, hərtərəfli düşünüb qərar qəbul edərdi. O, uzunmüddətli uzaq səfərlərindən qayıtdıqdan sonra da, hakimləri, qaziləri, yerində qoyub getdiyi iş icraçılarını və rəiyyətin içərisində sözü keçən, ona dolğun həqiqətləri çatdıra bilən şəxsləri sarayına çağırıb, məşvərət edər, ölkəsində olmadığı müddətdə baş verən hadisələrdən xəbər tutar, rəiyyətin nahaqdan incidənləri isə ağır cəza ilə cəzalandırardı. Dövlətdə ali işlərdə çalışacaq şəxsləri seçəndə isə onların, nəsil-kökünə, insani keyfiyyətlərinə, xalq arasında hörmətinə fikir verirdi. Bir şəxsin nəslində və ya özündə satqınlıq, nadanlıq olurdusa, həmin şəxsləri dövləti-aliyə işə götürmürdülər. Əmir Teymur ətrafında ancaq etibarlı və sədaqətli insanları işlədirdi.
Bu gün bir çox məqamlarda bəzi insanlar belə fikir yürüdürlər ki, köhnə qəbirlər silinib getməlidir. Bəlkə də bu dünyada adi insan kimi ömür sürüb gedən insanlara daha çox aiddir. Əmir Teymurun isə özünün bir həqiqəti var idi. O, yürüş etdiyi şəhərlərdə Məhəmməd peyğəmbərin(S.Ə.S.) nəslindən olan dünyadan köçən insanların qəbrini tapır, onları abad edirdi. Hətta dövlət xəzinəsindən belə məzarların və xanakələrin saxlanması üçün vəsait ayırırdı. İmam Hüseynin, Şeyx Əbdülqədirin, imam Məhəmməd Haqqinin, imam Əli İbn Musanın, imam Musa Kazımın da məzarlarına bu diqqəti göstərmişdi. Tus şəhərinə gələrkən, burada böyük fars şairi Firdovsinin baş daşının sındırıldığını görür, və əsgərlərinə tez bir zamanda Firdovsinin məzarını abadlaşdırmağı əmr edir.
Təbrizdə hicri tarixinin 703-cü ilində dünyasını dəyişmiş, Çingiz xanın nəslindən olan Qazan xanın məzarını ziyarət edir. Əmir Teymurun ona savab qazandıran əməllərindən biri də o idi ki, mədrəsəsi və məscidləri olmayan şəhərlərdə də məscid və mədrəsələr tikdirirdi. Həmin mədrəsə və məscidlərin rəhbərinə isə şəhərin valiləri tərəfindən yüksək aylıq verməyi bir qanun kimi yazmışdı. Deyirdi ki, dərs öyrədən müəllimin əməyi və yeri ucadır. Elə buna görə də, yazdığı vəsiyyətnaməsində , məzarının müəllimi Mir Seyid Bərəkənin ayaqları altında basdırılmasını arzulamışdı.
Sərkərdə Teymurun hərbi taktikaları
12 yaşından at belində olan, döyüş texnikasının bütün növlərinə bələd olan, hər iki əli ilə qılınc oynatmağı, qalxan tutmağı bacaran bu türk oğlu Fateh Teymur döyüşlərdə 72 dəfə yaralansa da, bir dəfə də olsun, aldığı yaralara görə səsini belə çıxarmayıb. Bu haqda özü yazır ki, “... dişlərimi bir-birinə qıcayıb səsimi çıxarmazdım, çünki, əsgərlərim səsimi eşitsə, ya məni gücsüz sanar, ya da ki, ruhdan düşərdilər”. Bəlkə elə bu dəmir idarəsinə görə də Teymur idi.
Sahibqıran Teymurun döyüş qanunlarından biri də belə idi ki, ordusu gərgin döyüşlərə hazırlanarkən, əsgərlərini şəhərdən və elatdan uzaq olan bir yerdə qərarlaşdırar, çadır-duracaq yerlərini də uzaqda qurdurardı. Və əsgərlərinə belə bir tapşırıq vermişdi ki, döyüşdən əvvəl heç bir qadın və qıza baxmaq olmazdı. Sərkərdə yazırdı ki, orduda olan əsgərlər, yüzbaşı, minbaşılar adətən cavanlar olur. Cavanlıqda isə insan görüb bəyəndiyini sevə bilər. Döyüşlər vaxtı, əsgərin fikri gözəlin yanında qalsa, o döyüş qabiliyyətini itirəcək.
Sərkərdə Teymur yazırdı ki, əgər ordu başçısı döyüşçülərinin gözündə güclü görünürsə, onda döyüşçülər də ona baxıb hər yerdə rəşadət göstərəcəklər. Buna görə də sərkərdə tez-tez döyüş təlimlərinə çıxır, ox atır, qalxanla, qılıncla məharətini nümayiş etdirirdi. Döyüşlərdə fərqlənən döyüşçüləri, bahadırları, əmirləri səxavətlə mükafatandırırdı. Ordunu hər zaman hazırlıq vəziyyətində saxlayırdı. Ruma və Azərbaycana 7 illik yürüş edərkən , döyüşlərin uzun və ağır keçəcəyini bildiyindən, sərkərdə əsgərlərə göstərdikləri xidmətin müqabilində 7 ilin əmək haqqını, döyüşə getməzdən əvvəl verir. Ailələrinin yüksək təminatına əmin olan döyüşçülər isə bütün varlıqları, canları ilə döyüşlərə qatılırdılar. Dünyanın 27 dövlətinə hökmranlıq edən Əmir Teymur xatirələrində qeyd edirdi ki, döyüşçülərinə verdiyi qiymət, dövlət tərəfindən orduya olan qayğı və nizam intizam əsgərləri sədaqətli və rəşadətli etmişdi. Onların gücünə görə də bu ölkələri fəth edə bilmişdi.
Əmir Teymurun İldırım Bəyazidlə döyüşü, Türkiyəyə yürüşü tarixdə həmişə təzadlı mübahisələr yaradıb. Bəli, bu gün tarixi saf-çürük edəndə, görürsən ki, Fateh Teymurun bu hərəkətində xarici qüvvələrin, əsasən də xristian ölkələrinin böyük təsiri olub.
Qarşısına dünyaya hökmdar olmağı məqsəd qoyan Fateh Teymur, təbii ki, Türkiyəni də özünə tabe etmək qərarından da vaz keçməyəcəkdi. Bu məqsədinin həyata keçirilməsinin sürətlənməsinə isə İldırım Bəyazidin ona yazdığı təhqir dolu məktubu olur. Teymur Bəyazidin 6 minlik ordusunu əsir götürür, Bəyazid döyüşü uduzduğunu görəndə, ailəsini başqa şəhərə göndərir, özü də gizlənmək məcburiyyətində qalır. Lakin az keçmir ki, Teymurun xəfiyyələri onu tapıb, qolları bağlı halda hüzuruna gətirirlər. Teymur İbrahim Bəyazidi saraya gətirən Mahmud ağanın üstünə çığırıb deyir ki, “Açın onun qollarını. Siz məgər bilmirsiniz ki, hüzuruma böyük bir imperiyanın hökmdarını gətirmisiniz?!”. Daha sonra , Teymur ondan niyə üz-üzə gəlib vuruşmamağını soruşanda, Bəyazid ayaqlarında məfasil xətəliyinin olduğunu bəhanə gətirir, Fateh ona cavabında deyir ki, bu oynaq ağrısı sayılan xəstəlik zaman-zaman onu da narahat edir, lakin döyüşməyə mane olmur. Teymur Bəyazidi gözündən kənara qoymur, getdiyi bütün döyüşlərə onu da yanında aparır. Fikirləşir ki, Bəyazidi, iqamətgahda nəzarətsiz qoyarsa, bəzi zəif adamları özünə tərəf çəkib qiyam və ya xəyanət edə bilər. İldırım Bəyazidi tam zərərsizləşdirən Əmir Teymur bir gün, İbrahim Bəyaziddən yaxınlıqda yerləşən Bizansı niyə zəbt etmədiyini soruşur. Cavabında İldırım Bəyazid ona deyir ki, Bizansa girmək üçün güclü dəniz donanması lazımdır. Onun isə belə gəmiləri yoxdur. Bu məqsədə çatmaq üçün isə nə az-nə çox, 2000-ə qədər gəmi gərəkdir. Bundan əlavə isə, su yolu ilə bu şəhərə yadellilər gələndə, dənizdən alov qalxır. Əmir Teymur üçün həll olunmayan məsələ yox idi ki, Allah ona o qədər iti ağıl və uzaqgörənlik vermişdi ki, bütün çətin vəziyyətlərdən çıxmağın yolunu tez bir zamanda tapırdı. Belə olan təqdirdə Fateh Teymur Fransadakı səfirinə xəbər göndərir, tez bir zamanda Teymurun sifarişini yerinə yetirən elçi sərkərdəyə xəbər göndərir ki, Fransadan dəmirdən hazırlanmış gəmilər almaq olar. Gecələrin birində Rum ilə Bizans arasında olan dənizi seyr edərkən Teymur dənizin alovlandığını görür. Dənizin suyunun üstündəki odun haradan əmələ gəldiyini soruşduqda, İldırım Bəyazid deyir ki, elə bu odun-alovun qorxusundan, kimsə Bizansı zəbt edə bilmir. Dənizə girən gəmilər, yarı yola çatmamış od tutub yanırlar. Bu odun sirrini isə min illərdir ki, Bizans imperatoru saxlayır, ancaq taxta çıxan adam bilir. 1200 ildən çox yaşı olan bu sirri öyrənmək həvəsi Əmir Teymura güc gəlir. Dənizin ortasında yanan alovu görərkən, tabeliyində olan Badukubədə (Bakını nəzərdə tutur – müəllif.) dayanmadan yanan torpaqlar gördüyünü xatırlayır. Badukubədəki alovların isə tarixi çox qədimdir. Bu yanar alovları Adəmin nəslindən olan insanlardan bu yana su ilə deyil, torpaqla söndürürlər. Badukubənin yanar torpaqlarını xatırlayan, Teymur belə qərar gəlir ki, Bizansa da girmək üçün gəmiləri torpaqla doldurub, suyun üzərindəki odu- alovu ram edəcək.
Bizansa girməyə hazırlaşarkən isə İldırım Bəyazidin qohumu Meqnisiyanın hökmdarı Tuqul şahın Ruma hücumu barədə xəbər alır. Az keçmir ki, Teymur böyük ordusu ilə Tuqulun qarşısına çıxır, Tuqul Əmir Teymurun ordusu qarşısında tab gətirə bilməyəcəyini görüb , ordusunun üzünü İran Azərbaycanına döndərir. Teymur bilir ki, Azərbaycanda o, İran, Tehran və digər qonşu dövlətlərin hakimləri ilə birləşsə, səltənətinə qarşı çıxa bilər. Buna görə də Tuqulu Azərbaycana qədər qovub, orada haqlayır. Tuqulun ordusunu darmadağın edir. Bu döyüşdə yaralanaraq hüzuruna gətirilən Tuqulu da bağışlayır. Lakin bir neçə gün sonra Tuqul öz əcəli ilə ölür. Aradan bir neçə müddət keçəndən sonra , İldırım Bəyazid də vəfat edir. Vəfat etməzdən öncə Teymurdan oğlanlarına hər hansı bir ölkənin hakimliyini verməyi xahiş edir. Teymur onun iki oğlunu əyalətlərə başçı təyin edir. Azərbaycandakı sonuncu döyüşündə də İldırım Bəyazidin oğlunun ordusunun gücündən istifadə edir. O taylı-bu taylı Azərbaycanı özünə tabe etdikdən sonra, anadan olduğu Keş vilayətinə qayıdaraq, Keş şəhərinin yenidən tikilib abadlaşdırılması barədə əmr verir. Şəhər hazır olandan sonra isə, dünyanın hər yerində olan vassallarını və başqa ölkələrin hökmdarlarını Keşə qonaq çağırır. Dəvətlilərin hamısı dəvəti qəbul etsə də, Çin imperatoru Əmir Terymurun dəvət məktubuna təhqir dolu bir cavab yazır:
“Özünü böyük hökmdar kimi elan etmək istəyən Teymur bəy, Sizə ərz etmək istəyirəm ki, mənim Ca Belkadan Ca Belasa qədər olan ərazimdə sənin səhralarındakı qumlarından çox və dənizlərdəki balıqlardan çox sayı olan ordum var. Sən özünə necə rəva görüb, mənim boyda bir padşahı beş-altı dənə kərpicdən tikdirdiyin yerə dəvət edirsən. Məni təzim etməyə gələnlər, əvvəlcə on dəfə torpağımı öpür, sonra bu şərəfə nail olurlar. Əcəba, birdən Çinə yolun düşsə, əcdadlarımın tikdirdiyi Böyük divarı görüb təəccüblənərsən. Mənim adi bir əyaləti idarə edən canişinim səndən hünərlidir. Əgər onların biri ilə var-dövlətin və ya gücün ölçüyə gələrsə, onda mənimlə görüşmək xoşbəxtliyi də sənə nəsib olar”.
Bu məktubu alandan sonra, qarşıdakı iki il ərzində Əmir Teymur öz ordusunu Çinə yürüşə hazırlayır. 1404-cü ildə Teymur 200 minlik Ordusu ilə Çinə yürüşə çıxır. Lakin 1405-ci il fevralın 18-də Otrar aşırımında keçirdiyi növbəti iflic nəticəsində dünyasını dəyişir. Onu Səmərqənddə, əvvəlcədən inşa etdirdiyi Mavzoleyində, müəllimi Mir Seyid Bərəkənin ayaqları altında, ailə məzarlığında dəfn edirlər.
Aida Eyvazova, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Özbəkistan Respublikası və Mərkəzi Asiya üzrə müxbir postunun rəhbəri
modern.az
modern.az
Комментариев нет:
Отправить комментарий