Страницы

30.01.2013

Dolub daşdım gözəlliklərdən

Furuğ Fərruxzad

Ah ey yaşam mən hələ də
bunca əbəsliyinə rağmən səninlə doluyam
nə duşünürəm ki bağlarımı səndən qoparım
nədə səndən əl çəkib varlığımı aparım
cismimin tüm zərrələri,
səndən ey sicaq şiir yanmaqda
mavı göyün parlaqlığına bənzəyir
ki gündüz sərxoşluğuyla dop doludur
minlərcə tumurcuqlarla oxuyur
quşbumu çiçəği sənin mahnını
bağda əsən hər külək
söyləyir ona sənin salamını
mən səni səndə buldum
düşlərimdə yox
əllərində aradım bütün gücümlə
dolub daşdım gözəlliklərdən

dolub daşdım qara mahnılardan
dolub daşdım bəyaz şərqilərdən
minlərcə qızqın ihtiyac parçalarıyla
minlərcə umut qığılcımlarıyla
heyif o günlərə ki mən sinirlə
sənə bir duşmən kimi baxdım
heçə saydım sənin hiləni
sənsiz qaldım səni təbah etdim
baxmayaraq ki sən durqunsan
və mən axar bir çay kimi axmaqdayam
uğursuz zavallılıq toz torpağında itmiş
ölümün qaranlıq yolunda ilərləyirəm
ah ey yaşam mən bir güzgüyəm
səninlə gözlərim mənzərələrlə dolur
əgər baxarsa ölüm üzümə
qaralarla örtünür aynamın üstü
sevirəm,sevirəm dan ulduzunu
aşıqəm başı boş bulutlara
yağışlı günləri sevirəm
üzərinə adın yazılmış hərşeyi sevirəm
susuz tənimlə əmirəm
ləhzələrinin qızqın qanını
elə səni sarıb öpərəm ki
allahını çılğına çevirərəm.

Çevirən : Şəlalə CAVANŞİR

Комментариев нет:

Отправить комментарий