Страницы

01.01.2013

KredAqro Azərbaycan xalqının qanını içməkdə davam edir

 Redaksiyanın poçtundan

Bu “inkişaf etmiş ölkələrin təcrübəsi” deyilən şey nədirsə, Azərbaycan xalqının evini yıxdı

Onu bizə ruslar verib, onların qurduğu, Stalinin təkmilləşdirdiyi Sovet hökuməti verib. Sizin o evləri bizim əlimizdən almağa ixtiyarınız yoxdur

    Hörmətli dövlət orqanları! Bütün Azərbaycan bağırır ki, bank sələmini durdurun. Niyə bir tədbir görmürsünüz? KredAqro bank olmayan təşkilatı bizə 2 min manat verib, əvəzində 3 min manat istəyir, bu isə 50 faiz edir. Bəs Mərkəzi Bankın ölkəyə qoyduğu standartlar nə qədərdir? Demək, KredAqro dövlətin qoyduğu standartları aşır, yəni dövlətin qanunu pozur, cinayət edir, siz isə ona bir söz demirsiniz. Bu necə dövlətçilikdir, deyə bilərsinizmi? Niyə Heydər Əliyevin qurduğu möhtəşəm dövlətin KredAqro-ya gücü çatmır? Qeyd edək ki, bu hələ qeyri-hökumət təşkilatdır, yəni sadəcə sələmçi QHT-dir, gör indi bank statusu alanlarla bağlı vəziyyət nə yerdədir.

    KredAqro onlara ödədiyimiz son 440 manatı faizə, yəni bizə qoşduğu reketsayağı şotçikə çıxıb, 220 manatı bankın işçisi Əfqan İsgəndərov öz cibinə qoyub banka köçürməyib. Bundan başqa bu yoldaş pulu götürəndə özünə 200 manat, hüquqşünasa isə 100 manat dolya alıb, bütün bunları üst-üstə gələndə 100 faiz edir. Əhsən belə ölkəyə! Əhsən belə idarəçiliyə! Ağzımızı açan kimi deyəcəksiniz ki canınız çıxsın, kredit götürməyin! Bəs ölkədə başqa bir yerdə pul varmı xəstələnəndə, ya bir iş görəndə gedib pul götürək? Əgər siz öz dövlətçilik resurslarınızdan istifadə edib dövlətin qoyduğu faiz standartlarını qat-qat aşan bu sələmçiləri cəzalandırsanız, onlar bizim qanımızı içməyə cəsarət etməz, pulu başqa ölkələrdə olduğu kimi 3 faizə, 6 faizə verərlər, daha 50 faizə, 100 faizə yox! 20 ildir ki, respublikanı bank faizi başına götürüb, o vaxtdan biz uzun illərdir ki banklara sələm ödəyirik, daha yorulmuşuq, tədbir görün. KredAqronun Cəlilabad şöbəsinin son iki ildə 3 müdiri dəyişdirilib, amma bizdən qanunsuz pullar alan işçisi cəzalandırılmayıb. Hamımizin sələmə görə əsəbi pozulub, əgər sabah oğlum bank işçisini söysə, ona cinayət işi açılacaq, amma KredAqro dövlət standartını aşıb 50 faizə sələm paylayır, bəri başdan qoyulmuş qanunu pozur, ona heç kim heç nə demir.
    İndi də ABŞ-ın ölkəmizdə hegemonluq edən cinayətkar təşkilatı USAID Milli Məclislə fırıldaqçı danışığa girib qərar qəbul etdirmək istəyir ki, Azərbaycanda girov kreditorun sərəncamına məhkəməsiz keçsin. Azərbaycan xalqının müqəddəs əmlakının ABŞ işğalçıları və onların yerli nökərlərinin talan etməsinin qarşısını alın!
   Niyə imkan vermisiniz onlara Azərbaycan xalqını zəlil kökünə qoymağa? Amerikadan ölkəmizə təşrif buyurmuş yəhudi bankçılığı Azərbaycan xalqına qan uddurur. Tədbir görün, xalq qırılır!
   USAİD-in oyunbazlığı ilə, Azərbaycanda “Təminatlı əqdlər haqqında” qanun layihəsində kreditin vaxtında qaytarılmadığı təqdirdə, girov qoyulan əşyanın kreditorun mülkiyyətinə məhkəməsiz keçməsi nəzərdə tutulub. USAİD-in təklifi budur ki, təminatlı əqdlər sistemi kimi sadə proses üçün məhkəmə proseduraları “kifayət qədər ağır olduğuna görə” burada sadələşdirmə aparılsın. “Çünki bu gün qanunvericilikdə nəzərdə tutulan müflisləşmə proseduraları inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun gəlmir”. Bu “inkişaf etmiş ölkələrin təcrübəsi” deyilən şey nədirsə, Azərbaycan xalqının evini yıxdı. Həmin inkişaf etmiş dediyiniz ölkələrdə 80 faiz əhalinin şəxsi evi yoxdur, bizi də onların kökünə salmaq istəyirsiniz? Sovet hökumətinin, rusların bizə verdiyi evləri banklar əlimizdən alır. USAİD vaxtilə Əfqanıstanda narkoticarətə rəhbərlik edirdi, terrorçular hazırlayırdı, bu təşkilata görə Azərbaycana vaxtilə nə qədər əsgər meyidi gəlib, indi də Azərbaycanda xalqın evini yıxır. Evlərin banklar tərəfindən xalqın əlindən alınması işini təşkil edir. USAİD sələmçiliyi Milli Məclisdən keçirdiyi qərarlarla öz istədiyi qanuni formaya saldıqdan sonra, bütün banklar bağlanacaq, ancaq Nyu-Yorkdan idarə olunan yəhudi bankları saxlanacaq. Beləliklə, ölkə ABŞ bankirlərinin əlinə keçəcək. Bu cür təşkilatları nəzarətə götürmək və mütərəqqi dövlətlər kimi, ölkədən qovub çıxarmaq lazımdır.
    Ölkədə gündə bir bank açılır, müstəqillikdən sonra sələmçi qruplar yağışdan sonra göbələk kimi ölkəni basıb. Gündə birinin evini, malını-mülkünü əlindən alırlar. Ay balam, o evi, o torpağı sən bizə vermisənmi, ya Nyu-Yorkdakı baban Rokfeller bizə veribmi, bizim əlimizdən də alasan? Onu bizə ruslar verib, onların qurduğu, Stalinin təkmilləşdirdiyi Sovet hökuməti verib. Sizin o evləri bizim əlimizdən almağa ixtiyarınız yoxdur.
    Biz Azərbaycan xalqı adından öz dövlətimizdən xahiş edirik, KredAqro kimi sələmçi şəbəkələrlə ciddi məşğul olsunlar. O cümlədən, Milli Məclisdən USAİD kimi yabançı təşkilatların xalqı genosidə məlum qoyan məlum qərarların keçirilməsinə imkan verməsinlər.

Həsənova Marifə
Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий