Bu gün insanlığın aldığı bütün məlumatlar masonlardan gəlir. Əgər elə onların özlərinin dediklərinə baxsaq, mason təşkilatının məqsədi- bütün bəşəriyyətin mənəvi yükünü saxlamaq və daşımaqdır. Masonluqda ruhi yolda 33 pilləkən- 33 dərəcə var. Ruhi hərəkəti üç vəziyyət simvollaşdırır: şagird, yarımustad, ustad. Hər bir mason Kainatın İlahi Qurucusunu tanıyır. Kainatın İlahi Qurucusu hipotetik və neytral Allahdır ki, hər bir mason dinindən asılı olmayaraq, inanır. Kainatın İlahi Qurucusu xristianlar üçün İsa, müsəlmanlar üçün Allah və sair ola bilər.
Masonların haradan gəlməsi barədə müxtəlif versiyalar var. 1)Könüllü, azzad bənnalardan; 2)Tamplierlər ordenindən; 3)Rozenkreyser ordenindən.
Masonların tərkibində ABŞ-dan iki milyon, İngiltərədən 250.000, İrlandiya və Şotlandiyadan 150 min adam var. İngiltərə Vahid Dahi lojası ən qədim hesab edilir. Onların rəhbər ustadları adətən krallıq ailəsindən seçilir. 1967-ci ildən bəri lojanın ustadı Şahzadə Eduarddır.
Masonluğun tarixinə gərək masonluğun operativ istiqamətindən baxasan. Loja (mason təşkilatı şöbəsi)- azad bənnaların problemlərini həll etmək və ya bayram etmək üçün yığıldıqları yerdir. Azad Bənnaların lojalarında X-XII əsrlərdə tikinti vərdişlərinin mükəmməlləşdirilməsi üçün üç kateqoriya müəyyənləşmişdi: 1)Şagird- Ustadın nəzarəti altında təhsil alır; 2)Yarımustad- tikinti şirkətinin üzvüdür; 3)Ustad- lojada işi koordinasiya edir.
Gördüyünüz kimi əslində sirli-sehirli heç nə yoxdur. Lojalarda qayda-qanunlar müəyyənləşdirilirdi və and içilirdi ki, bu sənətin sirləri açıqlanmayacaq. Bir lojadakı azad bənnalar vahid tikinti korporasiyası daxilində digər lojalardakı bənnalardan kömək ala bilirdilər.
XII əsrdən başlayaraq bənna-qardaşlar bənnalıq sənətinə birbaşa aidiyyatı olmayan adamları da qəbul etməyə başladılar. Yeni masonlar azad bənnalara mənəviyyat öyrədirdilər. Azad bənnaların operativ lojası spekulyativ mason lojasına çevrilməyə başladı. Azad bənnaların operativ lojaları artıq çoxsaylı üzvlərdən ibarət idi və artıq Kainatın İlahi Qurucusunu və dini neytrallıq yaratmaq lazım idi ki, sənətin sirləri kənara çıxmasın Lojanın hər bir üzvünün öz allahına sitayiş etmək hüququ var. Masonluğun qurucularına hörmək və təşəkkür olaraq, azad bənnalar, spekulyativ masonlar onların adətlərini qoruyub saxlayırlar: başqasının dininə hörmət, şagird-yarımustad-ustad kateqoriyalarına hörmət, Kainatın İlahi Qurucusuna mütləq inam. Artıq heç bir sirr yox idi. Azad bənnaların bütün tikinti sirrləri artıq praktikada tətbiq edilirdi. Bunun ən bariz nümunəsi- Vaşinqtonun tikintisidir.
XVII əsrin əvvəllərində isə artıq masonluqda əslində bənnalığa heç bir aidiyyatı olmayan insanlar qalmışdı.
MİSİR NİZAMNAMƏSİ. Memfis-Miçraima qədim və başlanğıc nizamnaməsi- masonluğun hermetik və mistik istiqaməti- 18-ci əsrdən məlumdur. Misir lojasının məşhur üzvləri arasında- Papyus, Cüzeppe Haribaldi, qraf Alessandro Kaliostroç Yelena Blavatskaya və digərləri var idi. Məhz 18-ci əsrdə masonluğun ayinlərini və inkişaf sistemini izləmək çox çətindir. O ki qaldı Misir masonluğuna, indi ehramların sirrini, misirologiyanı öyrənməyə çalışdığımız elmlər artıq həmin əsrdən başlanğıc götürmüşdü.
Misir masonlarının əfsanəsinə görə, eramızın I əsrində apostol Mark misir müdriki Ormusu xristianlıq dininə gətirir və Misiri xristianlıq işığı ilə təmizləyir. Xaç yürüşlərinə qədər, misirin xristianlıq işığı ilə təmizlənməsi gizlincə Misirdə, Fələstində və İsraildə həyata keçirilirdi. Sonra sirli misteriyalar rozenkreyserlərə ( Fələstin cəngavərlərinin ordeni) və tamplierlərə ötürülür, onlar da misteriyanı Avropaya gətirirlər. Əfsanə ilk dəfə misir nizamnaməsi masonu Mark Bedarridanın kitabında təsvir edilib.
Misir nizamnaməsinin rəsmi tarixi isə Napoleon Bonapartın misir səfərindən başlayır. 1799-cu ildə Napoleon səfərə ordudan əlavə aralarında mühəndislərin və alimlərin olduğu 500 nəfəri də götürür. İmperatorun göstərişi ilə piramidaların ilk tədqiqatı başlanır. Alimlərə qəbirlərin sirrini açmaq tapşırılır. Deyilənə görə, hətta imperator Huffu piramidasında bir gecə də keçirir. Səhər isə o güclə ayaq üstə dururmuş, rəngi ağ imiş və açıq-aşkar nədənsə möhkəm qorxubmuş. Qorxusunun sirrini Napoleon heç kimə açmır. Amma bu əfsanə Misirə marağı daha da artırır.
1810-cu ildə misir nizamnaməsi Bedarrid qardaşları tərəfindən Misirdən Fransaya aparılır. 1810-cu ildən sonra Miçraima nizamnaməsi İsveçrədə, İtaliyada, Avstraliyada, ABŞ və Rumıniyada yayılır. İndi Misir lojası bir çox ölkələrdə, o cümlədən Rusiyada və Ukraynada da fəaliyyətdədir. Misir lojasının digərlərindən fərqi ondadır ki, onlar masonluğun mistik və ezoterik tərəfinə daha çox fikir verirlər. Üzvlüyə namizədlər kabbala, magiya və əlkimya öyrənirlər. Masonluğun misir qolunun məbədləri elə misir məbədlərinə bənzəyir. Onlarda da qədim Misir allahları var və onlardan ayinlər zamanı istifadə edilir. Qədim misirlilər kimi, misir masonları da inanırlar ki, mistik ayinlər insanın ruhuna təsir göstərir.
Qədim Misir mifologiyasına görə, Qoranın bir günəşli bir də aylı gözü varmış (hər şeyi görən göz). Birincilik uğrunda döyüşdə allah Set Qoranın aylı gözünü çıxarır. Lakin qələbədən sonra həmin göz yenidən çıxır. O vaxtdan Qoranın gözündən magiyada amuletin pisliyini təmizləmək və sağalmaq üçün istifadə edilir. Formasına görə qalaktikanı xatırladan, Qoranın gözünün altındakı spiral isə enerjinin daimi hərəkətini bildirir. Belə bir versiya var ki, bu simvolun gündəlikdə çox yayılmasına səbəb adi qədim heroqlifləri belə çox mistikləşdirən, gözündə böyüdən misirli yazıçı Qorapollonanın "Heroqlif" kitabı olub.
Fironun qulluğunda dayanan qədim Misir kişiləri adətən bellərinə dəridən, nazik döşlük taxardılar. Masonlar da lojada belə ağ döşlüklər taxırlar.
Masonluğun bütün istiqamətləri ilk fürsətdə bir dollarlıq banknotun üstündə piramida simvolundan istifadə edirlər. Rusiyanın "Komsomolskaya pravda" qəzeti yazırdı ki, banknotun üstündəki Misir və illyuminat simvolu- rus rəssamı, yazıçısı, mistik və filosofu Nikolay Perixin işidir. Nikolay və xanımı iddia edirdilər ki, onlar bir müddər masonların müqəddəs əşyası Qraal fincanını saxlayıblar.
Rerix Amerikada 1920-ci illərdə ilahi quru kimi çox böyük hörmətə malik idi. 1930-cu ildə masonluğa qəbul edilir və xüsusi xidmətlərinə görə həmin andaca ustad olur. Rus emiqrant Sergey Makronovski (Nikolay Perix ləqəbi idi) Henri Uollesin ( ABŞ-ın gələcək vitse-prezidentinin) xahişi ilə əfsanəvi bir dollarlığın üzərində piramida və hər şeyi görən gözün təsviri ilə məşğul olur. Dolların çıxmasından bir il sonra, 1929-cu ildə Amerikada böyük depressiya başlayır. Böyük iqtisadi böhran zamanı amerikalılar dollara olan etimadlarını itirib, qızıla və qəpiyə həvəslənirlər. 1933-cü ildə Ruzvelt 6102 əmri ilə amerikalıları bütün qızılı hökumətə təhvil verməyə məcbur edir əvəzində, sadəcə, bayram yaşadır. Ruzvelt amerikalıları məcbur edir ki, onlar dollara hörmət etsinlər, İkinci dünya müharibəsi isə ABŞ-a kömək edir ki, digər ölkələr dollara hörmət etsin.
1944-cü ildə Bretton Vuds görüşündə dollar müttəfiq-ölkələr arasında hesablaşma vasitəsi kimi dünyavi valyutaya çevrilir. Stalin etiraz etmir.
Bir dollarlıq banknotun çıxmasından sadəcə 16 il sonra Dolların hakimiyyəti təsdiqlənir. Ruzvelt 1945-ci ilin aprelində ölür, amma onun ölümünün əsl səbəbi kimi heç də beyinə qan sızması göstərilmir. Deyilənə görə, Ruzvelt sadəcə SSRİ ilə münasibətlərin korlanmasına, sözündən dönməyə və Xirosima və Naqasakiyə bomba atılması ideyasını dəstəkləməyə hazır deyilmiş.
Ruhi simvollar çox vaxt öz müqəddəsliklərini itirirlər. İnsanlar həmişə digərlərindən daha yaxşı yaşamağı arzulayırlar. Bunun üçün bütün vasitələrdən istifadə edirlər. Ona görə də müasir masonların bütün misteriya və duaları- dollarların səsi və Fort-Noksda qızıl qəpiklərin cingiltisidir.
publika.az

Комментариев нет:
Отправить комментарий