Страницы

28.01.2013

Qıza bir söz atan axırda olur köhnə paxan

Sadiq Binəli

Sabira, olma narahat dəyişib dövri-zaman,
Kişi arvadlıq edir, arvad edir dövri təkan.

Dəngəsər eyləməyin, sakit olun körpə yatıb,
Kişi qabları yuyur, pul qazanır indi zənan.

Kişi var başı əyir, arvad olur kef əhli,
Nə bilim hardasa axırda edir ahu fəqan.

Qeysin dövranı getmişdir axı, ay qərdeş,
Qıza bir söz atan axırda olur köhnə paxan.

Sabira, Sadiqə qaldı bu kələklərdən əsər,
Qoy hələm kef eləsin, sonra olar Əhli iman.

Комментариев нет:

Отправить комментарий