Uzun, İnce Bir Yoldayım
Gidiyorum Gündüz Gece
Bilmiyorum Ne Haldeyim
Gidiyorum Gündüz Gece
Aşıq Veysəl
Yol – insanın ən böyük həyat missiyasıdır; fiziki mənasından tutmuş İlahi anlamına qədər, Yol insanın həmişə getmək, bəlkə də fəth etmək istədiyi ən böyük hədəfidir.
Haqq dərgahına gedən elmi də, həyat məqsədini də, şəhərləri birləşdirən məsafəni də, hətta ömürdə görülən işləri də həmişə Yol-la ölçmüşük: haqq yolu, din yolu, ömür yolu, həyat yolu, şəhər yolu…
Əslində isə bütövlükdə insanın ömrü getdiyi yol boydadır: taleyimizə nə qədər yol getmək yazılıbsa, yalnız o qədər yaşayırıq; Hərdən inanmaq istəyirəm ki, dini ədəbiyyatda ilk insanın bir neçə yüz il yaşaması haqqında yazılanlar tam həqiqətdir, çünki fiziki mənada alnına yazılan yolu getmək üçün miniyi olmayan ilkin insana məhz indikindən bir neçə dəfə çox ömür yaşamaq lazım gəlib.
İnsan YOL-unu yaxın elədikcə, mənzil başına çatmaq vaxtını azaltdıqca, ömrü də qısalır… Ancaq buna kimsə əhəmiyyət vermir: insan yarandığı ilk gündən yolunu kəsə etməyə çalışır və heç vaxt əldə etdikləri ilə kifayətlənmir – yalnız sürətə can atır.
Bəlkə də insanın əsl ruhu halı, daha doğrusu, ruhu tələbatından doğur bu: bacardıqca daha qısa müddətdə Yolu keçmək və tez-tələsik bu dünyadan köçmək.
Yollar çoxdur, saysız-hesabsızdır, ancaq bütün yolların bir məqsədi var: həqiqətə çatmaq!
Yəqin ona görə bütün yollara «Əli yolu» deyirik: hətta bədənimizi bir yerdən başqa yerə daşımaq üçün olan yola da.
Yəqin ona görə yola and içirik: «And olsun bu Yola».
Yəqin ona görə yolu murdarlamağı ən böyük günah sayırıq…
***
Həqiqət – «biz olmayan yerdədir». Ona görə durmadan yol gedirik, özümüzü götürüb, qaçırıq və mümkün qədər bu yolu tez keçməyə çalışırıq ki, istəyimizə çataq. Ancaq Yol – heç vaxt bitmir və biz də ömrümüzü yarıyoldaca itirməkdən ayrı heç nə əldə edə bilmirik.
Yollar - həqiqətə gedir, ancaq hələ heç bir müdrik Yolu başa vurduğunu iddia etmək xəyalına düşməyib. Bu Yolun sonu sanki heç vaxt olmayacaq; sanki kimsə həqiqətə çatmayacaq bu dünyada. Əgər həqiqət «biz olmayan yerdədirsə», həqiqətə necə çataq?
Ona görədir ki, yolun sonunda çatacağımız hədəfi yox, yolun özünü həqiqət sayırıq…
***
Heç də hamı Yolda canını tapşırmır: bu dünyanın Yoldan azanı, Yoldan çıxanı var; yolsuzu, yolkəsəni, yolqazanı var…
Yola çıxmaq – hələ bu yolu gedə biləcəyin anlamına gəlmir; gördüyün yol arxayınlıq üçün əsas vermir. Bütün yolların Ona apardığını və bütün yolların Ondan keçdiyini bilməzsənsə, yolsuz olarsan.
Tanrı bizi yolsuzlardan və yolsuzluqdan qorusun!
news.lent.az

Комментариев нет:
Отправить комментарий