Страницы

26.02.2013

AĞLADIQ BƏSDİR DƏƏ...

Vəfa Qafarova

Hə... Bu  gün  də  belə  bitdi. Adlayırıq  fevralın -27-sinə. Qurtardı, daha ağlamaya  bilərik. Gün  sona yetdi. Həm  də axı  borcumuzu  artıqlaması  ilə  verdik. İsti , od  kimi  otada ayına  iyirmi  manat  ödədiyimiz  sürətli  intenetin böyrünü kəsdirib hay-küylü  statuslar paylaşdıq, bir  iki  dancı  ağladıq. Hə,  lap  yadımdan  cıxmışdı  səs vermədə  də  iştirak etdik. Daha gedib  rahat yata bilərik. Əla,  vicdan  borcumuzdan  cıxdıq artıqlaması  ilə...   Bir  zaman  "Zəngəzur",  "Vedibasar", "Göycə"  adı  verirdik  kafelərə. Bakı-Sumqayıt  yolu  dolu  idi mən tələbə  olanda  belə  kafelərlə.
İndi  də  işğal  altında  olan  torpaqlarımızın adını  veririk. Doğurdan  ha  görəsən  bəs  nə  əcəb  Xocalının  adına  bir  şey yoxdur. Əbədiləşdirərdik  də,  necə  olmasa da  VİCDAN  BORCUMUZDUR.  Hə  anladım  qorxuruq... "X  hərfi  ilə  başalnan  hər  şeydən  qorxuruq. Axı  Xocalı " X"  ilə  başalyır. Axı  Xocalı    deyəndə  işkəncə  verilmiş, təhqir  edilmiş  cəsədlər,  anasının  qarnından cıxarılmış  körpələr,  əsirlikdə  qalan qızlar, gəlinlər  gəlir göz  önünə. Qorxuruq...
 "XOCA" filminə  qoy  bütün dünya  baxsın  biz  baxmayaq. Biz  türk seriallarına , çiy  şou  proqramlara baxaq. Bu  axşam  asılacağıq  telefon  dəstəyindən,  illərlə  yada salmadığımız  rəfiqələrimizi  tapacağıq. Gileylənəcəyik  ki,  baxmağa  bir  şey  yoxdur  televizorda. Amma  var kanallar maşallah coxdur.
Hə....  Qurtardı. Bu günün  də  axırı  gəldi. Sabah  yenə  başlanır yeni gün. Gedəcəyik  çörək  pulu  dalınca. Bəzi  üzdəniraq  kişilər  çayxanalarda  onun bunun arvadının,  qızının   qeybətini  eləyəcək. Amma  əsirlikdə  olnlardan xəbərləri   də yoxdur. Müəllimlər  dərs davası  eləyəcək  bir  biri ilə. Həkimlər  də  firma dərmanlarla  başlayacaqlar millətin  onsuzda zəifləmiş  genofondunun  qalan hissəsinin  öhtəsindən  gəlməyə. Bazarlarda  "KİŞİ"-lər onun-bunun arvadına "Bacı,  lap  əyninədir" deyə-deyə kolqotka  satacaqlar. Mügənnilər, şadlıq  evi  sahibləri  də  başlayacaqlar donquldanmağa  ki,  otuz  günün  biri  niyə  düşüb  26 Fevrala,  çörək  pulundan oluruq.
Hə.... bəsdir  yataq  daha  dünən  ağladıq  doyduq. Amma  əsirlikdə  qadınlar  var,  qızlar  var  ki,  bizim  sevmədiyimiz  ölümə  minnətçi  düşür  hər  gecə. Allaha  yalvarır  bir  ucuz  ölüm  üçün. Onlar  ağlaya  da bilmirlər,  onların  göz  yaşları  coxdan  tükənib  çünki.....
Biz  isə  ağladıq  doyduq....

Комментариев нет:

Отправить комментарий