Страницы

22.02.2013

Anama oxşarlığımdır ana dilim

Kiyan Xiyav

Dilim ağzımda
içində anamın adı gizli
Ağzım ağılar çanağı
Dilimdə deşilməz qalan yetişmiş bir yara yeri
Anam
Gözümdən yayınan bir haqq
Boynuma düşən kəndir.

Anama oxşarlığımdır ana dilim
Necə də uşaqcasına qucağıyam
Necə də qucaqcasına uşağı.
Uçur ürəyim
Uçuqlayır dodağım
Üstündə tanış izi var
Yad izi.


Anama oxşarlığımdır ana dilim
Onun beşiyində böyüdü adım
Layla, nazlama, oxşama türkülərində
Dilimdə yırqalamasam adını olmaz.

Anama oxşarlığımdır ana dilim
Kaşğarlı kimi aşını ağılar*
Füzuli kimi ah çəkər
Sabir kimi söz atar
Sonsuzluğa götürər məni sözcüklər.

Sözcüklər gərəyimdir
Yerimdən qaldıra bilsinlər deyə
Üst üstə qalayıram.
Könlümün parçaları tökülürlər
Masamın üstündə yalnız sözcüklər.

Anama oxşarlığımdır ana dilim
Var olsun, yaşasın anam
O varsa demək mən varam
Ürəyim, əlim, ağzım var
Dilim var.

Ağzımın bir dili var, baaaaax
Dilimin ağzı yox ancaq
Nazlıcam!...

*ol aşın ağuladı: o öz aşını, qıdasını ödə bulaşdırdı (divan-i lüğat-ü türk)

Комментариев нет:

Отправить комментарий