Страницы

04.02.2013

Azərbaycan- qarış-qarış, rayon-rayon gözəl: Şamaxı və İsmayıllı


Bu bazar günü Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyinə daxil olan ictimai fəallar , eləcə də ora üzv olan bir sıra gənclər qurumların rəhbərləri 2 Fevral Gənclər Günü münasibəti ilə respublikamızın şimal bölgəsinə daxil olan rayon və şəhərlərə səfər etmiş, yerli gənclər, eyni zamanda həqiqi hərbi xidmət keçən əsgərlərlə xoş ünsiyyətdə olmuşlar.

Azərbaycan: qarış-qarış, rayon-rayon gözəldir: Şamaxı, İsmayıllı və Şəki səfərimizdən çəkdiyim şəkillərin birinci hissəsini təqdim edirik.
Bakı-Abşeron-Qobustan-Mərəzə-Şamaxı-İsmayıllı-Oğuz-Qəbələ-Şəki marşurutu üzrə edilən səfər zamanı məmləkətimizin hər bir rayon-oba üzrə gözəl olduğunun fərqində idik...
İlk dayanacağımız Şamaxı rayonunda oldu - klassik şairimiz, Azərbacan əruzunun son görkəmli nümayəndəsi, satirik maarifçi Seyid Əzim Şirvaninin məzarını ziyarətlə başlayan görüş Şamaxılılarla maraqlı ünsiyyətlə davam etdi.
Daha sonra İsmayıllı rayon gənclər ictimaiyyəti ilə Bakıdan gələn gənclər təşkilatları rəhbərlərinin çox maraqlı görüşü keçirildi.
Milli Şuranın sədri Şahin Seyidzadə, QHT rəhbərlərindən Emin Həsənli, Gülnarə Bağırova, Vüqar Qədirov, Aydın Xan (Əbilov), Azər və başqa çıxışçıların ürək sözlərindən sonra İsmayıllı gənclərlə səmimi müzakirələr başlandı, bir sıra məsələlər, problemlər ətrafında fikir mübadiləsi aparıldı, Bakıdan gələn qonaqlarla yerli fəal gənclər arasında sıx ünsiyyət quruldu, xatirə şəkilləri çəkildi...
YYSQ sədri, kitabxana.net - Milli Virtual Kitabxana rəhbəri, yazışı-kulturoloq Aydın Xan (Əbilov) təmsil etdiyi təşkilat, həmçinin www.kitabxana.net - elektron kitabxana haqqında geniş məlumatlar verdi, qurum tərəfindən Azərbaycan respublikası Prezidenti Yanında Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə həyata keçirilən layhələr barədə danışdı, rayon gənclərinin sosial şəbəkələrdə, sosial mediada fəallığa çağırdı, müxtəlif sualara cavab verdi...

YYSQ media və ictimai əlaqələr bölümü






Комментариев нет:

Отправить комментарий