Onun repressiv rejimə qarşı apardığı xeyli iş Strasburq məhkəməsinə qədər gedib, və bu işlərin çoxu uğurlu olub. O bu ilin yanvarında Bakıda müxalifətin mitinqi dağıdılarkən qısa müddətə də olsa həbs edilib. 2011-ci ildə isə İstanbul hava limanında saxlanılıb və polis tərəfindən zorakılığa məruz qalıb.
Biz onun uzun bu müddət vəkil və yazar kimi fəaliyyətini nəzərə alaraq bu mükafatı ona vermək qərarına gəldik”.
Təşkilatın demokratiya və insan haqıarı üzrə mərkəzinin direktoru Marek Svoboda İntiqam Əliyevin bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin ən fəal üzvlərindən biri olduğunu deyir.
Təşkilat bu gün Azərbaycandakı avtoritar rejimi Belarusla eyniləşdirir.
Qeyri hökumət təşkilatı olan “People in Need” təşkilatı ötən il bu mükafatı Suriyada fəaliyyət göstərən hümanitar təşkilatlardan birinin üzvlərinə verib.
azadliq.org
Комментариев нет:
Отправить комментарий