Страницы

28.02.2013

Bu gün Ağdama getmişdim...

Anar Sadıllı

Cox istəyirdim ki, zəbt olunmuş torpaqlarımızı görəm, ən azından uzaqdan səslənim: "Gözlə bizi ulu torpaq". Amma sonuncu postdan buraxmadılar. Uzaqdan da olsa, gördüm qədim yurdumuzu və bizi ayıran sadəcə bir addımıydı. Həsrətlə baxırdı dağların başına dolanmış buludlar, səsləyirdı bizi qara torpaq: "Nə vaxt gəlirsən, vətən oğlu". Utanmış gözlərimi yerə dikdim, bilmədim nə cavab verim, qara torpağın altında yatmış şəhidlərə. Gözümün önündən keçdi Qarabağda şəhid olanlar, Xocalıda kəsilmiş başlar, diri-diri ana bətnindən çixardılmış o körpə, bir an göz yaşlarıma hakim olammadım. O an qəlbimdən bir şeir keçdi.


Nə qədər gəzəcək yurdumuzda yağı düşmən?
Nə qədər oxuyacağıq "Bayatı şirazı" yana-yana.
Bəlkə bəsdir ağladığımız, sızladığımız,
Bəlkə bəsdir, gözləməyimiz, özləməyimiz...

Baxa-baxa tərk elədim dərdli yurdumuzu, amma hər uzağlaşdıqca gözüm arxada qalırdı. İçimdə bir hiss varıydı ki, biz azad edəcəyik torpaqlarımızı. Düşüncələrə qərq oldum, bir anlıq və fikirləşdim ki, kimlərnən azad edəcəyik bu torpağı?
Yeni nəsilləmi? Yeni nəsil böyüdükcə, onların Qarabağ haqqında düşüncələri fərqlidir. Qarabağ haqqında olan bütün məlumatları hansısa bir tələbata görə bilirlər. Bu gün bəzi yeniyetmələrə baxanda, insan urək ağrısı keçirir. Bir sözlə, Azərbaycanın gələcəyi haqqında bu gün qərarlı addım atmasaq, gələcəyimiz sual altında qalar.O torpaqlar bizlərin zamanında zəbt olunub və bizlərin də zamanında alınmalıdır. Biz bu gün Qarabağda canlı döyüşən qəhrəmanların sağ vaxtında Qarabağı azad etməsək, yeni nəsil ücün Qarabağ bir nağıl olacaq...

Комментариев нет:

Отправить комментарий