Страницы

02.02.2013

Düşməniniz kimdir - zalım yoxsa məzlum?

haberTural Əli

Cəmiyyətimiz getdikcə acınacaqlı vəziyyət alır

Hamımız bunun şahidiyik. Amma bunda dindarların payı da az deyil. Hər dindarın özünü alim hesab etməsi, başqaları barədə anidən hökm verməsi, məni bu yazını yazmağa vadar etdi.
Dindarlar bu gün düşmənin, qarşı tərəfin müəyyən edilməsində yanlış tərəfdədirlər. Seyirci şəklində baxdıqda müəyyən olur ki, Azərbaycanda məscidləri dağıdan, hicaba qadağa qoyan, cəmiyyəti fəsada sürükləyən, İslam əleyhinə qərarlar qəbul edən, möminləri mənəviyyatsızlığa, əxlaqsızlığa cəlb edən, Allahla düşmənçilik edən, korrupsiya və sayr çirkinliklərin hamısı özlərini dindar adlandıranlar bir dəstə tərəfindən həyata keçirilir. Bu bir dəstə İmam Hüseynin adından istifadə edib Azərbaycanda sabitliyi pozur.

Hamı özünü günəş qədər haqq hesab edir. Elə bu, cəmiyyətin məhvinə aparan amildir. Yuxarıda sadaladıqlarım həqiqətdirmi? Bəs həqiqət necədir?
Ay bacı, ay qardaş əgər qəlbinizdə belə düşünüb, dilinizdə bunu təbiğ edirsinizsə vallah düşmənin hiylə oyununda məharətli rolunuz var. Çünki məscidi sökən, hicaba qadağa qoyan, Azərbaycanı fəsada sürükləyən İmam Hüseyn (ə) qiyamından bəhrələnən dindar kütlə deyil. Quran deyir ki, məscid sökəndən daha zalim kim ola bilər?! Sizin sərgilədiyiniz məntiq isə Quran deyəni özündə ifadə etmir.
Sizin düşməniniz məscid sökən yox, məscidin sökülməsinə mane olan bu kütlədir. Sizin düşməniniz hicaba qadağa qoyan yox, bu qadağaya görə narahat olan, ölümünü gözə alsa belə Allahın dinini müdafiə edən şəxslərdir.  Sizin düşüncəniz, yazılarınız, təbliğiniz hicab düşmənlərinin fikri ilə eyni, hicab dostlarına isə belindən vurulan xəncər kimidir.
Zalıma qarşı yazı yazmağa ehtiyyat etdiyiniz zaman, zülmə susmayan möminlərlə mübarizəniz Allahı nə qədər sevindirir? Zalımdan qorxursunuz. Amma möminlərə qarşı diliniz çox uzundur.
Ümumiyyətlə siz nədən narahatsınız? Bu narahatçılıq hardan yaranır? Narahatsınız ki, rahat dünyanız, məqamınız əlinizdən alınar? Narahatsınız ki, qurunun oduna yaşında yanmaq ehtimalı var? Bəs axirət üçün narahat deyilmisiniz? Sizi, xəyalı belə qorxudan addımları atan ruhaniləri necə oldu ki, İslam düşməni hesab etdiniz? Necə oldu ki, oyunun parçası halına çevrildiniz? Siz zalıma yox daima məzluma, məzlumun əlindən tutmaq istəyənə sitəm etdiniz? Axı niyə? Hansı səbəbə? Hansı təklifə görə?
Bu suallar məni uzun zamandır çox narahat edir. Gecəmdə, gündüzümdə vallah sizə görə narahatdır. Əgər bir nəfərin etdiyini edə bilmirsinizssə, yaxud bunu öz məntiqinizlə qəbul etmirsinizsə başqa yol tuta bilərsiniz. Lakin işiniz, zəhmətiniz, səyiniz kamilliyə doğru getmək deyil. Şeytanla mübarizəni bitirmiş, bütün təlaşınızı Allaha, onun dininə görə rahatçılığını bir tərəfə qoyub, mübarizə aparanlara görədir. Onları hədəf taxtasına çevirmisiniz. Sizin bu tənələriniz qılıncdan da itidir. İslam düşmənlərinin möminlərə zülm etməsi insanı o qədər ruhdan salmır ki, sizin tənələriniz ürəkləri parçalayır, beyinləri dumanlandırır və düşməni sevindirirsiniz. Addımlarınız bir halda ki, düşməni sevindirir, eyni zamanda Allahı da sevindirə bilərmi? Elə buna görə də, zalımlar sizin fikirlərinizə sahibdir. Addımlarınızı onlar müəyyən etdikləri halda siz bu dünyada rahat ola bilərsiniz. Ama axirətdə zülmə susmağın ağır bir bədəli olduğunu bilirik. Zalım İslam düşmənləri fikirləri yayaraq, şiəni elə şiənin öz əli ilə məhv etməyə səy göstərir. Sizə alqış düşür.
Siz dostla düşməni ayırd edə bilmədiniz. Allahın dostu ilə dost, düşməni ilə düşmən ola bilmədiniz. Pisliklərdən çəkindirib, yaxşılığa dəvət etməyiniz isə İslam düşmənlərini razı salırsa...
Bu sözlər düşməniniz Həzrəti Hüseynə (ə) yox, Həzrəti Əliyə (ə) məxsusdur: “Öz canıma and olsun, haqqa qarşı çıxanlara, azğınlıq yoluna ayaq basanlara qarşı vuruşmaqda süstlük və yumşaqlıq göstərməyəcəyəm (çünki haqqa qarşı çıxanlarla vuruşmaq vacib, bu işdə süstlük və səhlənkarlıq isə günahdır).”

Комментариев нет:

Отправить комментарий