Страницы

23.02.2013

Gizli İttihadçılar

Tağı Qasımlı

Tariximizin qəhrəmanlıq səhvələrinə saysız-hesabsız insanların, cəmiyyətlərin, təşkilat və qrumların adları qızıl hərflərlə həkk olunmuşdur. Bu yazımda məqsədim millətimizin azadlıq və müstəqilliyi uğrunda şərəflə mübarizə aparmış “İttihad” partiyası və “İttidad”çılar haqqda müəyyən məlumatları oxuculara catdırmaqdır.
“İttihad” partiyası 1929 cu ildə Mirqiyas Ağalarov adlı azərbaycanlı tərəfindən Bakıda yaradılmışdır. O, “Ağamalıoğlu” adına texnikomda oxuyarkən Heydər İsmayılov adlı azərbaycanlı ilə birgə tələbələr arasında antisovet işlər apararaq əks inqilabi təşkilat yaratmışdır. Get-gedə təşkilatın üzvlərinin sayı artmağa başlamışdır.
Onlar Buxarinin, Rıkovun, Tomskinin sağ opportunist baxışları və sağların idiologiyaları əsasında fəaliyyət göstərərək SSRi-dəki siyasi vəziyyətə, siyasi bironun tədbirlərinə, Azərbaycanda ruslaşdırma siyasətinə, mühüm dövlət postlarına Azərbaycanlıların olmamasına qarşı və s. mübarizə aparmışdır. Partiya Azərbaycanın SSR-dən ayrılması qərarına gəlmişdir.
 1930-cu ilin iyun ayında Mirqiyas Ağalarov Yelenendovda (indiki Göy-göl şəhəri) alman koloniyasında istehsalat praktikasına getmiş, təşkilatın tapşırığı ilə yerli tələbələr, kəndlilər və qırmızı qvardiyacılar arasında qeyri-leqal antisovet işlərini davam etdirmişdir.
Mirqiyas Ağalarov və Heydər İsmayılov təşkilatın “iş planı” şəklində proqram-nizamnanməsini tərtib etmişdir. “İş planı”nın mahiyyəti aşağıdakılardan ibarətdir.
1. Təşkilat Azərbaycan itthad-istiqlal partiyası adını daşıyır.
2. Təşkilatın əsas məqsədi bütün türk respubilkalarını, o cümlədəndə Azərbaycanın SSR-dən ayrılmasına, beynəlmiləlçilik bayrağı altında rusiyanın şərq bölgələrində əslində ruslaşdırma siyasəti aparan bolşevik işğalından azad olmaq üçün çalışmaqdır.
3. Müstəqillik əldə etdikdən sonra bütün türk respubilkalarının vahid dövlət halında birləşməsi nəzərdə tutulur.
Təşkilatın xüsusi şərti əlifbası olmuş, Naxcıvan vasitəsilə Türkiyə ilə, əlaqəsi olmuş oradan tapşırıq və informasiya almışdır. Partiya 1931-ci ilə qədər fəaliyyət göstərmişdir. 1931-ci ildə partiyanın üzvüləri Azərbaycan SSR dövlət siyasi idarəsinin kolegiyası tərəfindən həbs olunmuşdur.

Fəal ittihadçıların siyahısı.
1. Mirqiyas Miraslan oğlu Ağalarov- salyan rayon sakini, partiyanın məsul katibi.
2. İsmayılov Heydər - qərbi Azərbaycan uluxanlı kənd sakini partiyanın iş planının və şərti əlifbasının rəhbəri.
3. Rza Qənbər oğlu Rzazadə - qərbi Azərbaycan Uluxanlı kənd sakini, partiyanın hərbi rəhbəri
4. Abasqulu Abbasov - Salyan şəhər sakini, partiyanın siyasi işlər üzrə rəhbəri.
5. Əhməd İbrahim oğlu Zeynalov - fars mənşəli, Bakıda doğulub partiyanın fəhlələrdən ibarət özəyinin rəhbəri.
6. Əbdülrəhman Bağırov - Tiflis şəhər sakinidir.
7. Yəhya Hüsenzadə- Sabirabad rayonu , Həşimxanlı kənd sakini.
8. Bağırov Qulamhüseyn Əliməmməd oğlu - Salyan şəhər sakini, partiyanın texniki katibi .
9.  Qayım Vəli oğlu İsmayılov- Goranboy rayon Faxralı kənd sakini .
10. Qasım Həsən oğlu Qasımov - Qəbələ rayon Həmzəli kənd sakini
11. Vəliyev Ziya - Göyçay rayonun Məzrə kənd sakini.
12. Əşrəf Abbasqulu oğlu Cavadov- Qala-Maştağa rayonunun Corat kənd sakini.
13. Musa qəni oğlu Əliyev -Sərkar kənd sakini.
14. Rza Əli oğlu İsmayılzadə -   Bakı şəhər sakini
15. Bilal Kərəm oğlu Rzayev- Naxçıvan sakini.
16. Pəncəli Allahverdiyev - Ərdəbil sakini fars mənşəli

Həbs olunan itthadçılara 8 dekabr 1989-cu ildə işlərində cinayət tərkibi olmadığına görə  bəraət verilmişdir.

Комментариев нет:

Отправить комментарий