Страницы

24.02.2013

HAYDI, XƏBƏR SAL KÖYÜMƏ

ETİMAD BAŞKEÇİD

HANI O TÜR Kİ, GÖZLƏDİK…

görklü Tanrı!
bir balaca misirinin həvəsində
kimi atlı, kimi yayaq - Şahid sənsən
insanların bir-birinə kilidlənmiş taleləri
gündüz-gecə yalvar-yaxar, dua, ovsun…
nədir bunca illər-ili çəkdiymiz
bu qədər ki, bizdə varmış
olmaz olsun.

hanı o tür ki, gözlədik, varsın gəlsin
bu gün gələr, sabah gələr, gəlməyəcək…

hey, heykəlin qabağında qat kəsmiş zat
yerlə yeksan olmayınca
bütün pyedestallar
bu dünya düzəlməyəcək

salam qonşu!
gördüm-görmədim demə
axşam axşam olur hənuz,
sabah yenə gün doğacaq.
neçə başlar kəsiləcək bir ümidi yaşatmaqçün,
bəllənəcək axır-əvvəl, deməyəsən
son ümidin özü imiş
 hamı yoldan sağlıqlı mübarək ölüm…

HAYDI, XƏBƏR SAL KÖYÜMƏ

haydı, xəbər sal köyümə,
sancağım uğurlanır de,
əcəl başıma-böyrümə
həmən-həmən fırlanır de.

söz sevməz, söz ağırlamaz,
budur, yendi haqdan dinaz,
əfvin eyləsin iltimas,
üzü gəlmir, arlanır de.

Başkeçid kəndi suçundan,
olmuş heçindən-köçündən,
yana-yaxıla içindən,
dərgaha ismarlanır de.

Комментариев нет:

Отправить комментарий