Страницы

21.02.2013

Həyatımın tək gerçək sözcüyü

Türkan Urmulu

Nə bir kağız imzaladıq birlikdə
nə bir ayə oxundu
o kutsal kitabın hökmlərindən
məhrəmiyətimizə dair
şahidlərin məhzərində

adım yazılmadı
ərkəklik kimliyinin namus səhifələrində
bilirəm

ağıllı qadınam hə
sezirəm
görürəm
mən sənin heç bir zaman
heç bir kəsin olmadım

olmayacağımı da
çox yaxşı bilirəm!

yanlız
sevgimi?
sevdamı?
Tutduğum o çılğın şeyin adı?
Bilməyirəm ...
düşdü gözlərindən canıma
dəp dəli bir doluluq!
 deyirlər yanlış
sonu boşluq!
duymayıram ...

çünkü həyatımın tək gerçək sözcüyü
sən!
Görən suçlasın məni
dışlasınlar
daşlasınlar
razıyam
axı səndən vaz keçmənin yollarını mən
nə bilirəm
nə də bilmək istəyirəm ...

Комментариев нет:

Отправить комментарий