Kendzaburo Oenin Nobel nitqi: "Yaponiya, Çoxmənalılıq və Mən"
1994-cü ildə ədəbiyat üzrə Nobel mükafatına layiq görülən yapon yazıçısı Kendzaburo Oenin Nobel nitiqni təqdim edirik. Bəşəri, ictimai-fəlsəfi ideyaları özündə əks etditən nitq çox təsirli və çox lazımlıdır:
Faciəvi II Dünya Müharibəsi zamanı mən uşaq idim, burdan minlərlə mil uzaq yapon arxipelaqının Sikoku adasında, ucqar kənddə yaşayırdım. O vaxt sözün əsl mənasında məni valeh edən iki kitab var idi: “Heklberi Finin macəraları” və “Nilsin qəribə sərgüzəştləri”. Bütün dünya qorxu içində idi. “Heklberi Fin”i oxuduqdan sonra meşənin dərinliklərinə qaçıb, ağacların arasında yatarkən özümü nə üçün evdəkindən daha təhlükəsiz hiss etdiyimi anladım. “Nilsin sərgüzəştləri”nin baş qəhrəmanı kiçik varlığa çevrilir, quşların dilini anlayır və macəralarla dolu səyahətə çıxır.
Mən bu hekayətdən müxtəlif həzlər alırdım. Birincisi, uzaq əcdadlarım kimi mən də Sikoku adasının sıx meşəliyində yaşayır və inanırdım ki, bu həyat tərzi doğrudan da insanı azad edir. İkincisi, mən Nilsə rəğbət bəsləyir, özümü ona – İsveçi başdan-başa gəzib dolanan, vəhşi qazlara qoşulub quşlar naminə savaşan balaca dəcəl, dəcəl olduğu qədər də məsum və sadəlöhv oğlana bənzədirdim. Nils yenidən oğlana çevrilir, o indi də əvvəlki kimi məsumdur, lakin artıq özünə inanır. Nəhayət, evə gəlib çatandan sonra valideynləri ilə danışır. Mənə ən çox zövq verən isə yazıçının dili idi, Nilsin sözlərini təkrarlayan zaman mənən təmizləndiyimi, əhval-ruhiyyəmin yüksəldiyini hiss edirdim. O deyirdi:
“Ata, ana!” - o qışqırdı. “Mən böyüyəm. Mən yenə insanam”.
Xüsusilə, ”mən yenə insanam” sözləri məni riqqətə gətirirdi. Böyüdükcə həyatımın müxtəlif sahələrində – ailəmdə, Yaponiya cəmiyyəti ilə münasibətlərimdə və sevdiyim həyat tərzimdə çətinliklərlə üzləşdim. Yalnız bu əzabları romana çevirməklə yaşamağa nail olurdum. Addımbaşı “mən yenə də insanam” kəlməsini təkrar etməyim sanki ibadət formasını almışdı və bu, mənə çox kömək edirdi. Bəlkə də belə bir gündə, belə bir yerdə özüm haqda bu cür danışmağım düzgün deyil. Hər halda icazə verin deyim ki, mənim yazı üslubum şəxsi məsələlərdən başlayıb, sonradan cəmiyyət, dövlət və dünya ilə əlaqə yaratmaqdan ibarət olub. Ümid edirəm, şəxsi məsələlər haqqında bir az da danışsam, məni bağışlayarsınız.
Yarım əsr əvvəl sıx meşəlikdə yaşayan zaman “Nilsin sərgüzəştləri”ni oxudum və sanki gələcəyi gördüm. Bilirdim ki, nə vaxtsa quşların dilini başa düşəcəyəm. İkinci öncə görməm isə bundan ibarət idi ki, bir gün sevimli vəhşi qazlarımla birlikdə uzaq diyarlara, ən yaxşısı, Skandinaviyaya uçacağam.
Ailə qurduqdan sonra dünyaya gələn ilk övladımın əqli çatışmazlığı var idi. Ona yapon dilində “işıq” mənasını verən Hikari adını qoyduq. Körpə ikən o, yalnız vəhşi quşların cikkiltisinə reaksiya verirdi, insan səsləri isə həmişə reaksiyasız qalırdı. Altı yaşı olanda bağ evimizdə idik. Oğlum meşənin yaxınlığındakı göldə üzən bir cüt qu quşunun səsini eşitdi və heyvanlar aləmindən danışan radio şərhçisinə məxsus ciddi səslə dedi: “Bu, qu quşudur”. Bunlar, mənim oğlumun insan səsiylə tələffüz etdiyi ilk sözlər idi. Elə həmin vaxtdan etibarən mənim həyat yoldaşım oğlumla nitq vasitəsiylə ünsiyyət qurmağa başladı.
İndi Hikari əlillər üçün peşə təlim mərkəzində çalışır. Mərkəzin iş prinsipi İsveçdən öyrəndiyimiz ideyalara əsaslanır. Bununla yanaşı, o, bəstəkarlıqla da məşğuldur. Hikarinin musiqiyə yönəlməsinə təkan verən quşlar oldu. Beləliklə, quşların dilini başa düşəcəyimlə bağlı öncə görməm Hikarinin timsalında gerçəyə çevrildi. Onu da deyim ki, əgər mənim həyat yoldaşımın qadın qüdrəti və müdrikliyi olmasaydı, bu xəstə uşaqla həyatımız çox ağır keçərdi. O, Nilsin vəhşi qazlarının bacısı Akkanın əsl mücəssəməsidir. Onunla birlikdə işlərimlə bağlı Stokholma uçanda son dərəcə xoşbəxt idim, uşaqlıqdakı ikinci öncə görməm – Skandinaviya səmasında pərvaz etmək arzum da beləcə həyata keçdi.
Ədəbiyyat üzrə Nobel mükafatçısı kimi bu kürsüyə qalxan ilk yapon yazıçısı Yasunari Kavabata öz məruzəsinə “Yaponiya, Gözəllik və Mən” adını vermişdi. Onun çıxışı həm gözəl, həm də qeyri-müəyən idi. “Qeyri – müəyyən” sözündən yapon sözü “aimaina”nın ekvivalenti kimi istifadə edirəm. “Aimaina” ingilis dilinə müxtəlif cür tərcümə edilə bilər. Kavabatanın könüllü surətdə boynuna götürdüyü qeyri-müəyyənlik mühazirənin adında da nəzərə çarpır. Həmin başlığı “Gözəl Yaponiyanın məni”, yaxud “Gözəl Yaponiya və mən” kimi də tərcümə etmək olar. Mühazirənin adının qeyri-müəyyənliyi həmçinin onun mənası ilə bağlı müxtəlif yozumlara səbəb olur. Başlıq “Mən gözəl Yaponiyanın bir hissəsi kimi”, yaxud “Yaponiya, Gözəllik və Mən” kimi də başa düşülə bilər. Kavabatanın nitqi yapon ədəbiyyatı üzrə görkəmli Amerika mütəxəssisi tərəfindən ingilis dilinə tərcümə edilib. O, mühazirəyə “Yaponiya, Gözəllik və Mən” adını verib. Bu peşəkar tərcüməyə görə mütərcimi zərrə qədər də xəyanətkar saymaq olmaz.
Kavabata həmin başlıq altında təkcə Yaponiya deyil, bütün Şərq düşüncəsinə xas qeyri-adi mistisizmdən danışır. “Qeyri-adi” deməklə mən dzen buddizminin ideyalarını nəzərdə tuturam. İyirminci əsr yazıçısı olmasına baxmayaraq, Kavabata öz ruhi vəziyyətini orta əsrlərin dzen kahinləri tərəfindən yazılan şerlərin köməyi ilə ifadə edirdi. Bu şerlərin çoxu həqiqəti söz vasitəsilə çatdırmağın qeyri-mümkünlüyü prinsipinə söykənirdi. Kahinlər hesab edirdilər ki, məna sözün daxilində gizlənib. Oxucular sözlərin nə vaxtsa öz qabıqlarından çıxıb onlara aydın olacağını gözləməməlidirlər. Yalnız özünü kahinin ixtiyarına verib, sözün daxilinə nüfuz edən insan dzen şerlərini anlaya, yaxud onlara rəğbət bəsləyə bilər.
Kavabatanı bu sirlə dolu şerləri Stokholm auditoriyası qarşısında yapon dilində söyləməyə vadar edən nə idi? Mən onun parlaq karyerasının sonlarına doğru göstərdiyi cəsarətini və öz inancı ilə bağlı səmimi etirafını nisgillə xatırlayıram. Kavabata özünü şahəsərlər müəllifini yaratdığı on illər ərzində əsl zəvvarlıq edib. Yalnız bu zəvvarlıq illərindən və əlçatmaz dzen şerlərinə heyranlığını etiraf etdikdən sonra o, “Yaponiya, gözəllik və özü”, yəni yaratdığı ədəbiyyat və içində yaşadığı dünya haqqında danışmağa nail oldu. Kavabata nitqini belə yekunlaşdırmışdı:
“Tənqidçilər çox vaxt əsərlərimi məzmunsuz hesab edirlər, lakin bunu Qərb nihilizmi ilə eyniləşdirilmək olmaz. Düşünürəm ki, ruhi prinsiplərimiz bir-birindən fərqlənir. Dogenin fəsillərin gözəlliyini vəsf edən “Əzəli xəyal” adlandırdığı şerlər – bax əsl Dzen budur”.
Burda da mən cəsarət və özünəinam görürəm. Bir tərəfdən Kavabata özünü Dzen fəlsəfəsi və klassik Şərq ədəbiyyatının estetik ənənələrinin davamçısı hesab edir, digər tərəfdənsə əsərlərindəki məzmunsuzluğu Qərb nihilizminin bir hissəsi kimi səciyyələndirir.
Düzünü desəm, iyirmi altı il əvvəl bu yerdə dayanan həmvətənim Kavabatadan daha çox, özümü yetmiş bir il əvvəl mənimlə təxminın eyni yaşdaykən bu mükafata layiq görülən irland şairi Uilyam Batler Yitsə yaxın hesab edirəm. Əlbəttə, özümü dahi Yitslə bir cərgəyə qoymağa cürət etməzdim. Mən “sadəcə“ onun İrlandiyadan çox uzaq məmləkətdə yaşayan miskin bir davamçısıyam. Yitsin izafi dərəcədə yüksək qiymətləndirdiyi Uilyam Bleykin də dediyi kimi: “Avropa və Asiyadan Çinə və Yaponiyayadək ildırım sürəti ilə”.
Son bir neçə ildir, trilogiya üzərində işləyirəm. İstəyirəm, bu trilogiya yaradıcılığımın zirvəsi olsun. İlk iki hissə artıq işıq üzü görüb, üçüncü və sonuncu hissəni də bitirmişəm. Kitabın adı “Alovlanan yaşıl ağac”dır. Bu başlığa görə Yitsin “Tərəddüd” poemasına daxil olan bu beytə borcluyam:
Bir ağac var, uca zirvəsinədək
Yarısı bütün alov, yarısı yaşıl.
Nəmli yarpaqları şehlə islanıb…
Əslində, mənim trilogiyama bütövlükdə Uilyam Batler Yitsin təsiri hopub. İrland senatının Nobel mükafatı münasibətilə Uilyam Batler Yitsi təbrik etmək üçün hazırladığı məktuba bu sözlər daxil idi:
“...Dünya mədəniyyətinin görkəmli xadimi kimi Yitsin timsalında irlandların qazandığı nüfuz…”
“... Bu vaxtadək millət kimi tanınmayan bir xalq…“
“... Mədəniyyətimiz senator Yits sayəsində qiymətləndiriləcək.“
“Nobel mükafatı: senator Yitsə təbriklər…“
Mən Yitsin yolunu davam etdirmək istərdim və bunu yalnız elektron texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərə, istehsal etdiyi avtomobillərə görə millətlər sırasına daxil edilən başqa bir xalqın naminə etmək istərdim.
Müasir dövrdə yaşayan və keçmişin acı xatirələrini yadında saxlayan bir insan kimi mən Kavabatanın “Yaponiya, Gözəllik və Mən” ifadəsini yekdilliklə təkrar edə bilmirəm. Bir az əvvəl Kavabatanın nitqinin məzmunun və adının “qeyri-müəyyənliyi” haqqında danışdım. Çıxışımın qalan hissəsində Britaniya şairəsi Ketlin Reynin təsnifatına uyğun olaraq “çoxmənalı“ sözündən istifadə edəcəyəm; Bir dəfə Ketlin Uilyam Bleyk haqqında demişdi ki, o, çoxmənalı olduğu qədər qeyri-müəyyən deyil. Mənsə özüm haqqında yalnız “Yaponiya, çoxmənalılıq və Mən” başlığı altında danışa bilərdim.
modern.az

Комментариев нет:
Отправить комментарий