Страницы

25.02.2013

Əkrəm Əylislinin Azərbaycana xəyanəti

Qaraxan Yaqubov
Azərbaycan Respublikası Əczaçılar İttifaqının sədri, şair

Mən, ilk dəfə internetdə Əkrəm Əylislinin “Daş yuxular” romanını oxuyanda  Avstriyanın Vyana şəhərində idim. Əvvəlcə gözümə inanmadım, fikirləşdim ki, bu ermənilərin azərbaycanlılara qarşı olan bir təxribatıdır və Bakıya telefon açıb bir çox şair və deputat dostlarımdan bunun nə olduğunu soruşdum. Onlar bunların həqiqət olduğunu mənə deyəndən sonra anladım ki, bu Əkrəm Əylislinin Azərbaycana qarşı təxribatı imiş.
Əvvəlcə inana bilmədim, ona görə ki, Əkrəm Əylisliyə xalq yazıçısı, Azərbaycan Şöhrət Ordeni, Azərbaycan İstiqlal Orderinini təltif edən ulu öndər Heydər Əliyev olmuşdur və prezident İlham Əliyevin sərəncamı ilə prezident təqaüdü alırdı.
Necə oldu ki, Azərbaycanın çörəyini yeyən bir insan birdən-birə Azərbaycan xalqına qarşı bu qədər ağır,  təhqiredici böhtanlar yazsın. Romanı çox diqqətlə oxuduqdan sonra başa düşdüm ki, Əylisli özü də romanda yazır ki, onların kənd əhalisinin yarısı keçmişdə ermənilər imiş. Onda məndə şübhə yarandı ki, onun da qanında hardasa erməni qarışığı var ki, o bu qədər Azərbaycan xalqına qarşı nifrətli, kinli və təhqiredici ifadələr işlətsin. O ki qaldı romanda yazdığınıza, əslində 1988-ci ildən bu günə kimi Azərbaycan Ermənistan arasında olan hadisələrin tarixi xronikasını qısa şəkildə Əkrəm Əylisliyə xatırlatmaq istəyirəm.
1988-ci ildə bir milyon Azərbaycanlını Qərbi Azərbaycandan (indiki ermənistandan) hansı şəkildə qovulmasını, erməni silahlı dəstələrinin azərbaycan kəndlərinə girib, yüzlərlə azərbaycanlıların qətl edilməsini, körpə uşaqların barmaq və ayaqlarının doğranmasını, hətta Spitak zəlzələsində köməyə gəlmiş fransızların itlərinin, dörd uşağın boruya salınıb ağızları bağlı şəkildə boğulub ölmüş cəsədlərini tapmışdı. Həmin uşaqların atası azərbaycanlı ordu polkovniki (o zaman hamamlıda, indiki spitak) sovet vətəndaşlığıdan imtina edib, Qərbi Avropada siyası sığınacaq aldığını və belə bir ölkəyə qayıtmayacağını söylədi. Hamamlının Saral kəndini, onlarla insanlarının Karakilsə şəhərinin Lermantov kəndində avtobusun içərisində gülləboran edilmələri, 1992-ci ildə Xocalıda onlarla ailələrin nəslinin kəsilməsi, tam xəritədən silinməsi, neçə yüzlərlə qadin, uşaq, yaşlılalrın vəhşicəsinə soyqırıma məruz qalmaları, hər ay sərhəddə neçə-neçə vətəni qoruyan igid əsgərlərimizin erməni snayperləri tərəfindən şəhid olmaları sizin yadınızdan nə tez çıxdi, Əkrəm Əylisli!  Mən sizə sual verirəm, bu hadisələr zamanı siz harda idiniz? Doğurdanmı Azərbaycanın xalq yazıçısının bütün bunlardan xəbəri yox idi?  Mənə elə gəlir ki, ola bilməz bunlardan sizin xəbəriniz yoxdur? Sadəcə sizin qanınız məndə şübhə doğurur. O ki, qaldı sizin  bir milyon qaçqını təhqir etdiyiniz ifadələrə mən bir qərbi azərbaycanlı qaçqın kimi, sizin səviyyənizə düşməmək üçün cavab vermirəm. Çünki buna bizim azərbaycanlı milli mədəniyyətimiz yol vermir. O ki, qaldı sizin ermənilərlə qarışıq yaşadığınız kəndə, ermənilərin haradan və necə gəldiyini tarixi faktlarla xatırladıram. Yadınıza salmaq istəyirəm ki, inidiki ermənistanın paytaxtı Yerevan 1747-1828-ci ilə qədər İrəvan xanlığı olmuşdur. O ilə kimi nə İrəvanda, nə bütün Qərbi Azərbaycanda, nə də Qarabağda və Əylisli kəndinizdə erməni yaşamamışdır. Birinci erməni millətinin kimliyi və haradan gəlməsini xatırlatmaq istəyirəm. Hindistanda Armanı tayfaları qaraçı şəklində yaşayan tayfalar olmuşlar. Sonradan rus çarı Pyotr tərəfindən onlar bir çox ölkələrdən Qarabağa, İrəvana, o cümlədən, Əylisliyə də köçürülmüşlər və 1913-1915-ci illərdə yüzminlərlə Azərbaycanlını rus çarının dəstəyi ilə Andranikin ordusu tərəfindən (İqdirdən tutmuş Dərbəndə qədər) öldürülmüş, soyqırıma məruz qalmışlar.
Tarix boyu erməni siyasətçiləri, rusların qucağında oturub, indiki məzlum yaşayan erməniləri bədbəxt etmişlər. İnternetdə oxudum ki, sizdə rus yazıçısı, dostunuzdan dəstək istəyirsiniz. Tarixdə neçə dəfə ruslar erməni siyasətçilərini özlərinə lazim olanda necə qucaqlarından atmışdılarsa, sizi də artıq rus dostlarınız beləcə atdılar. Özünüzə dəstək axtarırsınız...
Mənə elə gəlir ki, insana cəzanı allah verir. Görəsən siz evdən çölə çıxanda bu xalqın şəhid analarının, şəhid evladlarının, qaçqınların, didərginlərin üzünə necə baxırsınız? Sizə “Azərbaycan İstiqlal ordeni” yaraşırmı? İndi deyin görək siz hansı üzlə Azərbaycanda yaşayacaqsınız?

Комментариев нет:

Отправить комментарий