Страницы

25.02.2013

Nə olar məni tez ünvana yetir...


Elşad Сan Şamil

Sən mənim həyati müəlliməmsən.
Hər dərsə gəlişin ucaldır məni.
Şagird tək partada əyləşim öndə
Sənə “əl qaldırım” sən qaldır məni...

Sən ömür qatarın ilk vaqonusan,
Getdiyin yerlərə gəl götür məni.
Dayanıb ard-arda, verib əl-ələ
Mən yolu göstərim, sən ötür məni...

Sən taleyimin sadiq sürücüsü
Sükanı bərk saxla “günüm qaradır”
Nə olar məni tez ünvana yetir...
Ancaq bilməyirəm yolum haradır...

Комментариев нет:

Отправить комментарий