Страницы

05.02.2013

Omid Nəccari - Neynirəm

Közdən doyub alovlanan ocaqda
Vaxtsız gələn taleyi mən neynirəm
Qışdan olub gileylidi sazaqda
Bu dünyanın vəfasını neynirəm

Qaranın yerini tutmuru ağlar
Gəncliyimə şeytanın daşın atıllar
Yıxılmış təki bir koşəyə yatıblar
Əlimdən yapışıb qaldıranı neynirəm

Zamansız sorulub, ağardı saçlar
masallarım, hikayəmi bağlar
Duvar çəkib kürəyimin dalında
Dayaq oldun arxama mən neynirəm


Cəketimin cebine, bir gül qoyub
Yağmurların altına heç girmədim
Gözlüyümün şişəsinin dumanın
Dəstəğinlə qurulasan neynirəm

Asfalt dan, su keçir tapır yolunu
Kələbçələr yığışıb, bağlasa qolumu
Dünya zara gəlsə, qurtarsa oyunu
Belə hayatın günlərini neynirəm

Комментариев нет:

Отправить комментарий