Страницы

01.02.2013

Ərdoğan Türkiyənin Qorboçovudurmu?

Elmar Həsənov

AKP höküməti dövründə Türkiyə xarici siyasətdə hansı fəlakətlərə sürükləndiyi göz qabağındadı. 2003-cü ildə ABŞ tərəfindən hakimiyyətə gətirilən bu partiya və onun başında duran hökümət və dövlət başçıları Avropa Birliyi nə istəyirsə onuda sırayla həyata keçirilər. Avropa Birliyi AKP -ni iqtidara gətirərkən onun önünə yol xəritəsi qoymuşdur. Bu yol xəritəsində hər açlımların tarixi göstərilmişdir. Əslinə ABŞ və Qərbin düşünülmüş şəkildə Türküyəni çökdürmək üçün hazırladığı gizli proyektlər AKP-nin iştirakı ilə həyata keçirilir. Ərdoğanın Türkiyənin tarixən sahib olduğu dəyərlərə qarşı çıxması və anayasanın  dəyişdirilməsi bu dövlətin gələcək taleyini sual altında qoyur.
Türkiyənin məhşur araştırmaçı yazarı Aytun Altindal bununla bağlı daha gizli məsələləri ortaya qoyur; Anayasa dəyşilikliyi Başbakan Rəcəb Tayyib Ərdoğanın Çankayaya ''Başkan'' sifətiylə çıxması və Türkiyədə Parlament sisteminin tərk edilib, Başkanlık sisteminə keçmə palanı uzun zamanlardır ABŞ istəyilə həyata keçirilir''. Buda Atatürkdən qalma idarəçilik dəyərlərinin yox edilməsi üçün hazırlanmış plandır . Dəhşətli faktlardan biridə bu anayasanın kimlər tərəfindən hazırlanmasıdır. Bu haqda Aytunc Altindal bunları yazır: AKP anayasasını hazırlayan Prof.Ergün Özbudun cox ilginc bir ailəsi var. Ailədə Kral Farukun qaynı belə var. Ailə Türkiyənin ən böyük mason ailələrindən biri. Dindar Ərdoğan mason Özbuduna Anayasa hazırlatdırır''. Bundan başqa mason hüquqçular Ərdoğanın liderləşməsində təsirli rol oynayırlar. Bütün bunlar Ərdoğanın və AKP hökümətinin Türkiyəni təslim etmək üçün yeritdiyi siyasətdi Bundan sonra qalır Türkiyənin əyalətlərə bölünməsi və daxildə yaşayan xalqlara müxtariyyətin verilməsi. Amma Ərdoğan höküməti unutmasın ki AB birliyi anacq xiristian birliyidi. O, birlikdə Türklərə və müsəlmanlara yer yoxdur. Ancaq millətinə və xalqına xəyanət etmişləri bircə mükafat gözləyir. Bu mükafatda Nobeldi. Bunuda sən almayacaqsan, Ərdoğan bəy, sənə verəcəklər.

elmar_hesenov86@mail.ru

Комментариев нет:

Отправить комментарий