Страницы

21.02.2013

Sahildəki baş daşları

Günay Şirvan

Dəniz- sevənlərin göz yaşı.
Qaya- sevgilərə baş daşı.

Çırpılır başdaşlarına göz yaşları.
Yuyulur göz yaşlarında,
baş daşları.

Deyirlər,
il-ildən artır
dənizin suyu.
Sahili köksünə dartır
dənizin suyu.

Bəlkə,
il-ildən artır,
nakam sevgilərin sayı?..

Bəlkə boran, qar alır,
neçə ömrün yay payın?..

Yaman artır, il-ildən,
sahildəki baş daşları.
Çoxalır,
sahilə can atan,
onu köksünə dartan,
göz yaşları..
İllərcə....
Alnından öpmədiyim
itirdiklərimin
yasını tumamağı
dərd etmədim.

İllərcə....
Ömrürümü
gərəkli-gərəksiz
hər kəsin qaranlığına
şam etməkdən
özümə yetmədim.

İllərcə...
...mənə bəxtəvətlik oxudular,
"gör necə xoşbəxtdir" dedilər..
haqqımı yedilər....
susdum,
ucuzluğa getmədim.
Çünki
Sən vardın,
Yanımdaydın...
Yaralarımı sarardın...
Külli-kainatımdın!!!

Gedirsən...
İllərcə...
Külli-kainatın
dərdinin dərdini dərməyimə
dəyməyibmiş,
heç demə...

***
Atamı itirdiyimdə
anamdan başqa
heç kimi,
heç kimi sevmərəm--- dedim.
"O" gəldiyində
"atadan-anadan
yar şirin olur"-
fikirləşdim.
Uşaqlarım dogulduğunda
"bala dadı, bal dadı."
Uşaqmış ən böyük sevginin adı---
düşündüm.
Tıq-tıq-tıq...
-Oğlum, qapını aç,
Atan gəldi.

Комментариев нет:

Отправить комментарий