Страницы

02.02.2013

SEVGİLİN OLMAYIM

Ramilə Qardaşxanqızı

Çox şey istəmirəm ki,
İçində sən olan urək,
Səndə gizlənə biləcək mən…

Çox şey deyil ki,
Gözlərinə yerləşəcək sima,
Ovuclarında gizlənəcək varlı,
Bir də balaca bir dam.
Döşəməsi torpaqdan, hisli, pasli,
Tavanı olmasa da olar.
Oradan ulduzlara əl eyləyib,
Allahı xatırlayarıq.
Dualar edərik sabaha qədər.
Bu gün gecdir, sabah üçün…


Çox şey istəmirəm ki,
Sadəcə sevmək,
Və sevilmək…

Çox şey deyil ki, 
Dizlərinin dibində bir ömur,
Ömür boyu bir nəfəsdə yaşamaq,
Tər qoxuyan corablarını sevmək,
Mızıldanaraq dırnaqlarını kəsmək,
Və hər gecə saçlarını qarıçdırıb,
Nəfəsini qoxlamaq...

Çox şey istəmirəm ki?

Ayıq gəl, səmtini azma

Birdən yuxuma gələrsən,
İzini yollara yazma.
Gecələri bilməy olmur,
Ayıq gəl, səmtini azma...

Namərd gülür bu halıma,
Baxib solğun camalıma.
Mən əzəldən qəm əhliyəm,
Sən də yazılma alnıma...

Nə işin var zavallıyla,
Sərxoş, nəşəli, hallıyla?!
Səsin çatmır çağırmağa,
Taleyini hay-harayla?!

Uzaq dayan, məndən uzaq,
Bürüməsin səni maraq.
Qüruruna vəfalı ol,
Yaşa, ömür sür bu sayaq.

Birdən yuxuma gələrsən,
İzini yollara yazma.
Ömürdür bu, bilməy olmur,
Ayıq gəl, səmtini azma...

SEVGİLİN OLMAYIM

Gözlərində itim, batım,
Mən olum hər içinə çəkdiyin nəfəsdə.
Var olum varliğında,
Yox olum yoxluğunda.
Bir tək…
Sevgilin olmayim! 

Sənsizlikdən qaçım sənli anlarıma,
Sənlə yaşayım, sənlə yaşlanım.
Sənsiz ölüm də,
Səninlə olum da.
Bir tək…
Sevgilin olmayim!

Bərabər seyr edək ulduzları,
Yuxulayaq birgə.
Sübhə gözlərimizi açaq,
Sabahlar bizim olsun.
Açılan süfrəmiz,
Oynayan körpələrimiz,
İki otaqlı evimiz olsun.
Təbəssüm olum yanaqlarında.
Bir tək…
Sevgilin olmayim! 

Sevgilisi olum hisslərinin,
Sevim cüt yazilan adlarımızı,
Bərabər düşən izlərimizi.
Tarix yazım sənin üçün,
Tarixin olum.
Bir tək…
Sevgilin olmayim! 

İstərsən varın olum, yoxun olum,
Azın olum, çoxun olum,
Şirin-şəkər yuxun olum.
Yatım gözlərində, yat ürəyimdə.
Ən yaxın dostun olum, sirdaşın olum,
Və tən YARIN, canın olum.
Bir tək…
Sevgilin olmayim, 

Sevgilərə ayrılıqdır həyan,
Sevgilililərə hicrandır bəyan.
Məndən sevgi adına,
Məhəbbət naminə gen dur.
Uzaq dayan!
Qulun olum, kölən olum,
Bir tək…
Sevgilin olmayim!!! 
Sevgilin olmayım!!!

Комментариев нет:

Отправить комментарий