Страницы

19.02.2013

Sığışmaram

Omid Nəccari

Cami cəhan, dar bir evim
Şərabi üzümüm, yurdum-elim
Patlayır, uçur keçir
Kainata sığışmaram

Qol-qanadım dağdan aşır
Günəş təki işıq saçır
Parlaq ulduzlar arxamdadır
Kəhkişana sığışmaram

Qələmim tanrının əli
Varaqımsa bu dünyadır
Yadigar tək qalasıyam
Heç bir sözə sığışmaram


Yaşayışım kam alırı
Sınıqlarım sağlanırı
Yer mənimdir, göy də mənim
Uzun zamana sığışmaram

Tabu tavan mum kimidir
Ölməz ruhum diridir
Uçan qartal qanadıyam
Asimana sığışmaram

Dənizlərim bir qurtumum
Torpaqlarım ovcumdadır
Yer altıyam qaynayıram
Od alova sığışmaram

Комментариев нет:

Отправить комментарий