Страницы

26.02.2013

Xoruzların dövranıdı: Əzizgirami sözlər -1

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər

Anar Musayev: Bəzən mənə elə gəlir ki özəlləşdirmə bir az tez keçirilsəydi, Qarabağ getməzdi...

Rövşən Naziroğlu: Mən Bakılı balasiyam... Adam sata bilmərəm...

İbrahim İmanlı: İndi bu xalqa 7 samuray lazımdır

 Taleh Məmmədov: “Gəlirik!” deyib beynimizi mazol edən, aksiyalarda fotoqraf görən kimi ya “V”, ya da orta barmağını göstərən dolbarik yığnağı heç vaxt bu ölkəni dəyişənlərdən olmayacaqlar. İsmayıllı üsyanı bunu bizə sübut etdi. BP-nin isti ofisində, yumşaq kresloda oturubda inqilabdan danışanları, tolkuçkada büsqalter satıb qrup seksi təşkil edənləri İsmayıllıda görmədik.
 Rövşən Naziroğlu: Mən Bakılı balasiyam... Adam sata bilmərəm...
 Kamran Suleymanov: İki və daha artıq evi olan adama qaçqın deyilir.

 İbrahim İmanlı: Yadima 7 samuray filmi duşür. Bu xalq o kəndçilərin vəziyyətindədir. Ac-yalavac fağır xalq. Bu quldur canavarlarda da heç insaf yoxdur. İndi bu xalqa 7 samuray lazımdır.
 Elmar Həsənov: Azərbaycanda məscid var ki nurçulara məxsus. Pəncərəsi tikilişi və qapısı. Bilirsiniz hara baxır. Milli məclisə, prezident aparatına və bir də təhsil nazirliyinə baxır. Reallıq budur. Dərin düşüncə sahibləri bu şifrəni incələsin.
 Nizami Məmmədov: Şah İsmayılın şəxsiyyətinə millətinin əvəzinə nurçularmı qiymət verməlidir?!
 Fyodr Dostoyevski: “Cühudlar Rusiyanı məhv edəcək”.
 Rusiya Dağılacaq: Axirətdə Azərbaycan dilinə soxuşdurduğunuz hər türk kəlməsinə görə cavab verəcəksiniz.
 Etimad Başkeçid: Araq insanın maskasını yırtır və onun əslində kim olduğunu üzə çaxarır. Maska-şou beləcə başa çatır.
 Rufat Əhmədzadə: Polisdə kürd işləyə bilər, amma əmrlər qanuna görə dövlət dilində verilməlidir.
 Rabil Abdinov: Guya Pyotor Azərbaycanın düşməni imiş... O yazıq belə bir ölkə tanıyıb ki düşmən də ola...
 Könül Səid: Hamı sevgidən yazır, elə bil ölkədə güllər açıb.
 Dədəkişi Solğun: Bu yaxınlarda oxudum, nazirlərdən biri ona tabe olan idarə müdirini işdən çıxarmaq üçün 100 min istəyib. Müdir bezib, daha işləmək istəmir, ərizə yazıb ki, işdən çıxıram, nazir isə deyib, 100 min ver, ərizənin üstünü yazım, yoxsa yoxlama göndərib yoxlatdıracam, həbs elətdirəcəm. Dəhşətdir. Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burda həm işə girəndə, həm də işdən çıxanda rüşvət verirsən! Gör bu ölkəni nə günə qoydular. Rövşən müəllim düz deyir ki, bütün bunlar tumu zay olanların ölkəmizə gətirdiyi bəlalardır.
 Elçin Bayramlı: Qorbaçovu cəzalandırmaq bizə müyəssər olmayacaq, çünki arxasında 20 yanvar və bu kimi butun faciələrin sifarisçisi olan qlobal satanist imperializm, ABŞ dayanır. Lakin bu cinayətdə onların sifarişlərini yerinə yetirən digər teskilatçıları- o zamankı AXC rəhbərlərini cəzalandırmağa əlimiz çatır. Onların çoxu hələ də ölkədədir və xalqa demokratiya nağılları danışırlar. Düzdür onların da arxasında ABŞ dayanır, hakimiyyət bunu etməyə çəkinirsə sadəcə KQB arxivindəki bəzi faktları, sənədləri xalqa ötürmək kifayətdir ki xalq özü bunları linç eləsin. Buna da ağılları çatmırsa daha mən nə deyim?
 Könul Səid: İndi eşq-meşq zamanı yox, xalqa dəstək və güc verməkdir.
 Anar Musayev: Bəzən mənə elə gəlir ki özəlləşdirmə bir az tez keçirilsəydi, Qarabağ getməzdi...
 Ələddin Əsgərov: Türklərin əksəriyyəti bizim qadınlara pozğun kimi baxırlar. Özüm orda olmuşam, bizim bu barədə ordakı dostlarla çoxlu fikir mübahisəsi də olub.
 Şıxızadə Rizvan: Moskvada bizim binanın həyətini süpürən bir özbəklə bir az söhbətləşdik, öz həyatından danışdı, deyir SSRİ-nin dağılmasını həmişə arzu eləmişəm, və 90-cı illərdə harda mitinq olub ən qabaqda gedənlərdən olmuşam, Elə bilirdik biz də ABŞ-dakı kimi işləməyib 2000 dollar alarıq, amma deyir sən saydığını say gör fələk nə sayır. Müstəqillik bizi ölkədən didərgin saldı, indi bir ailədən 4 süpürgəçi burda işləyirik. Yazıqlığım gəldi, amma ürəyimdə dedim, hələ bu da azdı!!!
 Lalə Mehralı: Macəra dolu Amerika. Bu başlıq uşaq vaxtı dillər əzbəri olan bir mahnıdan yadımda qalıb, onu türk müğənnilər yaman şövqlə oxuyurdular. Amerika həvəsi onda çoxunda vardı, sovetlər dağılandan sonra bu ölkə elə bizimkiləri də lap sirli nağıl kimi özünə çəkirdi. Hamı ordakı vəziyyətin super olduğundan, insanların kef elədiyindən, hamının firavan yaşadığından, heç kasıb olmadığından ağız dolusu danışırdı. Sən demə orda işləməyənlər milyoner kimi yaşayırmış, hərənin 2 evi, 3 maşını var imiş. Gedib-gələnlər böyük şəhərlərin mərkəzi məhəllələrində olurdular, qayıdan kimi ordakı gözəllikləri mədh edirdilər. Bu bilirsinizmi nəyə bənzəyir? Bu Azərbaycana gələn turistlərin “Tarqovı”da gəzib neftli-mazutlu Bakını, orta əsrlər səviyyəsində yaşayan kəndləri görmədən, tanımadan ölkəsinə qayıdaraq Azərbaycanın cənnət olduğuna inanmağına...
 Molla Nəsrəddin: Azərbaycan deyəndə qalx ki, altından stulu çəkməsinlər.
 Laçın Məmişov: Bu il deyirlər ilan ili di, amma son 20 ildi ki, Azərbaycanda ancaq xoruz ili olur. Xoruzların dövranıdu...
 Arzu Əlizadə: Türkiyəni artıq yəhudilər də basıb, İstanbul demək olar ki tam yəhudilərin əlindədi. Mən orda 3 il yaşamışam, inanın artıq İstambulun axır nəfəsidi. Çox qısa bir zamanda İstambul təmiz alt-üst olacaq, iflic vəziyyətdədir artıq. Avropaya tam məğlub olublar, amma özlərini elə göstərirlər ki, guya elə deyil.
 Xalid Bakinski: Doğma Azərbaycanımıza sahib çıxmasaq Vətənimiz olacaq Kürdüstan. Buna əmin ola bilərsiniz!
 Səid Nursi: “Nur risaləsinin 129 hissəsi Qurandan uzanan еlеktirk naqilinə bərkidilən 129 еlеktrik lampası kimidir…”
 Samir ßelil: 1988-ci ildə Azadlıq meydanınada soyuqdan donan bir ata bilməli idi ki, illər sonra onun oğlu əsgərlikdə don vurmadan öləcəkdi...
 Müşfiq Cabbar: Deməli belə, əvvəlcə İslam adı altında axmaq bir əqidə konsepsiyası hazırlanır, sonra nə qədər gerizekalı “müsəlman” var, bu əqidəyə cəlb edilir, sonra terror aktları baş verir, sonra NATO bəşəriyyəti bu bəladan “xilas” etmək adı ilə ordusunu və hərbi bazalarını Yaxın Şərqə yerləşdirir... Əslində isə buna “ABŞ-ın neft strategiyası” deyilir...
 Əkrəm Əylisli: Ermənistandan gəlib Bakıda at oynadanlar.
 Cəmil Şirvanov: Stalin 100000 ziyalını güllələtdirib?!))) SSRİ Azərbaycanda qurulanda cəmi 60-dan bir az artıq ali təhsilli adam var idi. Ölkənin 7 faiz əhalisi yazıb-oxuya bilirdi. Güldürməyin məni. Sizcə Stalin və onun hökumətinin işi-gücü qurtarmışdı, adam qırmaqla məşğul idi? Heç bir səbəbsiz həbs edirdi, sürgünə göndərirdi, edam edirdi? Məntiqdən danışırsınız, bu bir az məntiqsiz görünmür?
 İradə Cəlil: Allah haqqı elə səviyyəsiz, rəzil insanlar türkçülükdən, xalqdan, millətdən danışır ki, belələrini görəndə azərbaycanlı, türk olduğum üçün utanıram... Bəsdi də, guya hamınız süddən çıxmış ağ qaşıqsınız, tər-təmizsiniz…
 Mətləb Dadaşov: Elçibəy hakimiyyətə gələn kimi vaxtı ilə siyasi baxışlarına görə həbs olunduğu zaman həbsxanada Astaralı Dədə ləqəbli talışla kritik şəxsi münasibətləri üzündən, ondan qisas almaq qərarına gəlmişdi. Sabiq DİN-i İskəndər Həmidova əmr verib, qoşun hissələri ilə Astarada yaşayan Dədənin evinə hücum təşkil etdi. Dədənin evi mühasirəyə alındıqdan sonra qumbara atanlarla evi atəşə tutub, yerlə yeksan edildi. Evin içində iki İran vətəndaşı olmaqla azyaşlı bir uşaq da güllələnib məhv edildi. Həmin vaxtda isə Astaranın igid oğulları Qarabağda, eləcə də İsgəndər Həmidovun doğulduğu Kəlbəcəri erməni qəsbkarlarından müdafiə edirdilər. Astara əməliyyatını “uğurla” başa çatdırandan sonra qoşun hissələri Lənkəran, Masallı və Cəlilabada yönəldildi. Bu rayonlarda maddi imkanı yaxşı olan insanların evləri qarət edildi, üz qoyuldu paytaxt Bakıya tərəf. Bu “varvar” olaylar barədə ölkə mətbuatı bu günə kimi bir kəlmə də yazmadı.
 Misir Əsgərov: Nurçular bizdə türkçülük ideologiyasını yayırlar, Türkiyədə isə millətçilərlə mübarizə aparırlar...
 Kor Ressam: SSRİ dövrü daha müstəqil idik. Fərqinə varmadığım bir hadisə. Dostum bu yaxınlarda göstərdi, mənə 3 manat SSRİ puluna baxın, SSRİ nin tərkibində olan respublikaların hamısının əlifbası ilə 3 manat yazılıb. Baxın ölkələrə belə dəyər verirdi SSRİ. Amma indı masonların klonları, sionistlərə satılmış apoların, fironlaşmış məmurların əlində əsir-yesir qalmışıq.
 Corc Buş: Amerikanın ən böyük nailiyyəti odur ki, burda hər kəs səs verməlidir.
 Heydər Camal: Nurçu litseylərindən çıxanlar Amerikanın agentləridir.
 Səməd Qaraçöp: Gedib asılmağa iki ağac var. Bir çörək ağacı, bir dar ağacı.
 Qasım Mahmudov: SSRI dövrundə bütün respublikalarda bədii şuralar millilikdən qırağa çıxan musiqi əsərlərini efirə buraxmırdılar. Xalq mahnılarına və klassik musiqimizə dəyər verilirdi. İndi oxunan mahnıların isə nə dili bilinir, nə milliyyəti, nə də janrı. Mustəqillik budur?
 Bəxtiyar Hidayət: Bu ölkənin pulları ilə kürd müğənni Mahsum Kırmızıgül (PKK-nın rəmzlərindən biri qırmızı qızılgüldür) özünə heyvərə bir klip çəkdirir. Amma bu ölkənin sadə kürdü elə bizim kimi acdır ki acdır.
 Rövşən Novruzoğlu: Deyək ki, hansısa bir səfeh ingilis “alimi” bütün bunlar haqqında xəbər versəydi... biz dayanmazdıq, onun dediklərini və demədiklərini tələm-tələsik toplayıb kitab yazardıq. Vay olsun bizim halımıza...
 Hüsamə Bin Sərxan: Teksun rəngi çökmüş gözləri gördükcə ürəyim sıxılır. Utanıram o gözlərdən. Təəssüf ki o gözlər mənim millətimə aiddir.
 Amerika yazarı Henri Miller: Bizim millətin bəşəriyyət qarşısında xidməti o olub ki, o yerdə qalan millətlərə özünü məhv etməyi, bununla belə ətrafındakı bitki və heyvan aləmini də yer üzündən silməyi öyrədib.
 Maksim Şevçenko: Liberal olmaq heyvan olmaq deməkdir.
 Zabil Madoj: Sənətkar adamlar davakar olmurlar. Gəlin etiraf edək ki, ermənilər sənətkardırlar və bizim kimi tüfeyli və avara millətlə düşmənçilik hayında olmayıb və ola da bilməzdi. Sadəcə bu bədbəxtləri çox ustalıqla türkə düşmən edən əllər olub. Tarixi yaxşı oxuyun. Şükür Allaha ki, sizin ata saydığınız Mustafa Kamalın hansı etnosa mənsub olması sirri açıldı. “Arifə işarə,qanmaza toppuz”.
 Əbülhəsən Abbasov: Biz bilməliyik ki, nə Vaşinqtondan, nə Londondan anqlo-sakson liberalizminin indiki müəllifləri heç vaxt Azərbaycana demokratiyaya gətirməyəcəklər. Onların Azərbaycana gəlişi neoliberalizm müstəvisində, demokratiya, insan haqları frazeologiyası arxasında yalnız öz mənfəətlərini təmin etmək üçündür.

Hazırladı: Professional Oxucu Liqası

Комментариев нет:

Отправить комментарий