Страницы

03.02.2013

YARASA QANI

Bəxtiyar Hidayət

Deyirlər  insan gördüyü yuxunu cəmi 5-7 saniyə ərzində görür. Halbuki ona elə gəlir   gecə səhərə qədər yuxu görüb. Yəni vaxt vaxtı udur, əridir. Bax, indi Ərşadın yarasanı vurub yerə salmasını da yuxuya bənzətmək olardı. Ani bir vəziyyətdə ondan yaşca çox böyük oan Mürsəlin dedikləri yada düşdü –eynəyə yarasa qanı sürtdükdə hamını lüt göstərir. Mən bunu bir neçə dəfə yoxlamışam. Filanın qızını, filanın bacısını , filanın arvadını lüt görmüşəm.
Ərşad həmin axşam qonşuları Güldəstə arvaddan qatıq alıb qayıdırdı. Itlərin qorxusundan əlinə bir çomaq almışdı. Başının üstü ilə uçan yarasanı görən kimi ani vəziyyətdə həm Mürsəlin dediklərini xatırladı, həm qatıq bankəsini yerə qoydu və həm də yarasanı vurub yerə salmağı ilə eynəyini  cibindən çıxarıb yarasanın qanını eynəyin şüşələrinə sürtməyi bir oldu.

- -
Axşam  vaxtı kimə baxası idi ki? Yuxuya gedənə qədər bir xeyli xəyallar qurdu. Qonşunun qızları Simarə və Sitarəyə,  o biri qonşunun arvadı Mərziyəyə, muzeydə işləyən burcuda-burcuda gəzən xanıma və s.-lərə lüt halda baxdı xəyallarında. Həmçının sabah rayonda keçirilən Qurtuluş bayramında əhalini feyziyab etməyə gəlmiş Aygünə, Röyaya, Nazpəriyə, Brilyanta, Mananaya  baxdı xəyallarında.
Səhər anası, bacıları evdən gedincə yataqdan durmadı. Sonra eynəyi də götürüb məhləyə çıxdı. Məhləyə çıxan kimi eynəyi taxdı.
 Aha, bu kimdi belə, keçıbaşlı adam. Lap “Nu poqadi”dəki quyudan su çıxaran şüşəbuynuz keçiyə oxşayır.
 Eynəyi yuxarı qaldıranda gördü Güldəstə arvaddı, mal sidiyinin çürütdüyü vedrəylə aşağı məhləyə gedən arxa  mız tökür. Elə bu an aşağı küçədən Xanım arvadnan əri  Bəylər bağıra-bağıra Güldəstyə tərəf gəlməyə başladılar:
-A qoca qancıq , abırın həyan olsun. Neçə dəfə demək olar arxa miz tökmə?  Su gələndə mizi bizim qapıya gətirir, iy –qoxudan durmaq olmur.Apar o inəklərin sidiyini tök ölülərinin goruna. O inəklər də balalarının ehsanlığı olsun.
-Yanın, partdayın acındanölən köpəkuşağı, bir keçiniz yoxdu südünü sarımsaqlıq edəsiniz. Paxıllıqdan da öləsisiniz. Niyə yuxarı məhlələr kanalizasiyanı arxa buraxa bilir, mən mizi arxa tökə bilmirəm. Görüm o nişannı oğlunuzun ürəyi yatsın elə.
Xanımla Bəylər Güldəstə arvadı təzəcə saçyoldu eləmişdilər ki Güldəstənin əri qirmızı Şamyan  da özünü yetirdi:
-Nədi əə, bu ellər malını baldırına bağlaya bilmirsənmi?
-Sən get öz gəlininin azarını çək.
O qapıdan, bu qapıdan adamlar çıxmağa başladılar. Kimi tərəflərə qoşulur, kimi də bitərəf qalırdi. Hələ də çaş-baş qalan Ərşad gördü ki Sitarə və Simarə də bitərəf mövqe tutanlardandır.
Söyüş miz yerinə arxla axıdılırdı.
Mərziyə də tamaşa edirdi bu mərəkəyə. Və sonra o da Xanım tərəfdən olduğunu nümayiş etdirdi:
-Düz deyir dəə. Qapıda durmaq olmur, qonaqların da yanında  biabır olmuşuq.
Güldəstə onu cavabsız qoymadı:
-Az səni hər axşam maşınnan gətirənləri narahatmı eləyir mənim inəklərim?
-Partta çuşka qızı çuşka. Iki inəyi var elə bilir samalyotu var. Əcəb olub. Get oz gəlininin azarını çək! Eləbil Eynşteyn zaddı, nəsə kəşf eləyib- daha demir qatıq çalıb.
Belə fürsəti əldən vermək olmazdı . Eynəyi  gözünə basan Ərşad heç kimi tanıya bilmədi.  Meydanda sanki qoyunlar, eşşəklər, donuzlar, ayılar bir-birinə qarışmışdılar. Yalnız iki təzəcə xoruz gəzən fərə libasında varlıq fərqlənirdi bu meydandakılardan.
Özünü itirən Ərşad eynəyi yuxarı qaldırdı.
Aha, bu qoyuna bənzəyənin biri qırmızı Şamyan, biri Məhəmməd, biri Qulu idi. Qancıq itə bənzəyənlərin  biri Mərziyə, biri də Xanım idi.
Məhlə ağsaqqalı Prikaz  kişi eşşəyə bənzəyən adam imiş. Mürsəl də ki ayıya bənzəyirmiş. Fərəyə bənzəyənlər Sitaraə və Simarə idilər təbii ki.
- -
Elə bu an polis maşını vıyıldaya-vıyıldaya özünü yetirdi.
Maşından bir dəstə buldok sifətli qeyri-adi məxluqlar düşüb soxuldular mərəkəyə.
 Ərşad yenə Mürsəlin dediklərini yadına saldı:
-Harda dava gördün qaç. Sonra bunun izahat verməyi var, şahid durmağı var, gedib-gəlməyi var. Itin sualına ən yaxşı cavab  “bilmirəm”dir. “Bilmirəm”dən ancaq  “bilmirəm” çıxır. Yoxsa “gördüm” dedinsə ondan əlli sual törəyəcək-harda gördün, niyə gördün, nə vaxt gördün, yanında daha kim vardı və s.
Ərşad baxdı ki Mürsəl özü də polisləri görən kimi çəpərə hoppandı, o da aradan çıxdı.
- -
Doğrusu həmin gün heç kimi lüt görmədi Ərşad. Amma yalnız uşaqlardan başqa adam sifətində adam da görmədi. Hətta konsertə də qatıldı. Amma elə Aygünü də , Nazpərini də , Xatirəni də, Röyanı da eyni görkəmdə gördü-şeytan sifətində.
Axşam evə dönüncə öz anasını da qancıq sifətində gördü. Güzgüyə baxanda özü-özündən qorxdu- o da quzu sifətində imiş sən demə.
Ərşad eynəyi qprxa-qorxa çıxarıb ayaqları altına atdı. Sonra bir kubik götürüb eynəyin üstünə çırpdı.
Mürsələ olan inamı da eynəklə bərabər çilik-çilik oldu.

Комментариев нет:

Отправить комментарий