Страницы

27.02.2013

Yarımı qaytar mənə

Xəqani Abdulov

“Sevgi” adlı dünyamıza,
“ayrılıq” adlı qar yagdı
istək dolu dəryamıza,
ayrılıq dözulməz dağdı...
Sənli günlərimin qədrini bilməmişəm
Ona görə sənsiz dəqiqələr ağladır,
indi məni gülə-gülə...
Sevginlə döyünən ürək,
indi döyünmür, naz edir
Sevgi asimanında tək,
bizim sevgi pərvaz edir...
Sevgi var, amma biz yoxuq
Biz, yəni təkcə sən və mən.
Biz də bu sevgisiz yoxuq,
Seviriksə, yoxuq-nədən?
Ya sən vəfasiz, ya da mən,

eşq ilə tapdığım səni,
itirərəm dünyada mən.
Sevmərəm başqa kimsəni...
Yağış yağır, islanıram.
Düşünürəm ayrılığı,
göy aglayır, mən yanıram.
möhtacmişam o varlığa...
Həcmcə kiçik görünən,
o varlıq əslində böyük.
Verdi mənə “sevgi” dünən,
bugünsə “həsrət” adlı yük...
indi təkəm
Tənhalığım
olubdu həmdəmim mənim.
Hanı bəs “qizil balığ”ım
Qəlbimdəki “sən”im mənim?
Üç arzumu eşit-səni,
dəryaya qaytarım yenə.
Üçü də bir arzudur- yəni,
Sən də yarımı ver mənə!
Sən də yarımı ver mənə!
Sən də yarımı ver mənə!

Комментариев нет:

Отправить комментарий