Страницы

21.02.2013

YUXUMU APARMA MƏNİM

Qalib Şəfahət

 Alma yuxumu əlimdən
 Yuxumu aparma mənim.
 Qoyub kədərin çolundə
 Yuxumu aparma mənim.

 Bu dərddən qurtarma məni,
 Özümdən aparma məni,
 Yuxumdan qoparma məni,
 Yuxumu aparma mənim.

 Bəxtimə xəzəl olursan,
 Ömrümə əzəl olursan,
 Yuxumda gözəl olursan.
 Yuxumu aparma mənim.


Başdan çıxmır sevda dəmi.
 Unudub kədəri-qəmi,
 Yuxumda gəzirəm səni,
 Yuxumu aparma mənim.

 Söz olacaq, un olacaq
 Bir aydınlıq gün olacaq,
 Bəlkə yuxum çin olacaq!
 Yuxumu aparma mənim.

 Hər axşam dərəcəm səni,
 Qəlbimə sərəcəm səni,
 Yuxumda görəcəm səni,
 Yuxumu aparma mənim.

Комментариев нет:

Отправить комментарий