Страницы

26.03.2013

AĞLADI AĞACLAR

Faiq Balabəyli

Uzun oldu qısa ömrün son anı
Son nəfəsin yarpaqlarla sanandı.
Dar günümdə görün necə sınandı-
                    ağladı ağaclar.

Kölgəsində oturardım, Gün hanı?
Budağından qoxladığım gül hanı?
Xatırlayıb mən etdiyim günahı
                   ağladı ağaclar.

Çox söykədim gövdəsinə çiynimi,
Yarpaq-yarpaq təzələyib əynimi.
Hiss edəndə açılmayan eynimi
                   ağladı ağaclar.

Комментариев нет:

Отправить комментарий