Страницы

27.03.2013

Asosial hüquqdan qurtulaq!

Ataxan Əbilov

Hüquq sosial normadır. Sosiallıq hüququn insanlararası münasibətlərin tənzimlədiyinin göstəricisidir. Hüququn sosiallığı bununla bitmir. Hüquq eyni zamanda insani olmalı, ədalətə söykənməlidir. Bu zaman biz "sosial" sözünün əksi olan "asossial" sözündən istifadə etməklə "sosial" sözünün düzgün izahına daha aydın yaxınlaşa bilərik. Qərbdə "asosial" terminindən geniş istifadə edilir. Məsələn, normal birgəyaşayış qaydalarına riayət etməyən şəxsə asosial şəxs, bu zaman nümayiş etdirilən davranışa asosial davranış deyilir. Hüquq yalnız mürtəce dövlətlərin olduğu cəmiyyətlərdə asosial ola bilər. Mürtəce dövlət əslində elə asosial dövlətdir. Deməli asosial hüququ asosial dövlət yaradır. İkinci birincidə öz mahiyətini ifadə edir.
Azərbaycan hüquq sistemində asosial hüquq normaların sayı "n" qədərdir. Onlara Azərbaycan Respublikasının Konstituasiyadan tutmuş prezident fərmanlarında, Milli Məclisin və Nazirlər Kabinetinin qərarlarında rast gəlir. Onlar maddi və prosessual formada mövcüddür.
Bu sırada fundamental konstitutsion hüquqları məhdudlaşdıran qanunları (məsələn, son dövrdə toplaşma azadlığının məhdudlaşdırılmasıla bağlı cərimələrin tətbiqi), ümumqəbul edilmış hüquq normaların hakim rejimin istək və arzularına uyğunlaşdırılmasını (iki dəfədən artıq prezident seçilmək hüququ ilə bağlı məhdudiyyətin aradan götürülməsi), seçki qanunvericiliyini (seçki komissiyalarının tərəfsiz seçki keçirməsinə təminatın verməməsi), korrupsiya və rüşvətxorluğa şərait yaradan hüquq normalarını (xüsusən vergi və kömrük qanunvericiliyi) və s. göstərmək olar.
Nəzəri baxımdan asosial hüquq normalarından islahat yolu ilə üzülüşmək mümkündür. Təəssüf ki, çox vaxt asosial dövlətlər özlərini yığışdırmaq gücündə olmur və məsələ inqılabın ümidinə qalır...

Комментариев нет:

Отправить комментарий