Страницы

23.03.2013

Balıq qulağı

Ramin Cahangirzadə

Sahili oğurlayıblar,
Dəniz quldurları.
Ulduzları boğublar,
Qara buludlar.
Hər yerə baxırsan özünü görürsən.
Öz-özünə gülürsən,
İçindən qopur qasırğalar.
Qaranlığın sırtıq ilğımında,
Öz başına fırlanıb, azırsan özündə.
Yelkənlərin yırtılır,
Batır sınıq gəmin,
Vəhşi dalğaların qıynağında…!
Qıyırsan gözünü…
Üzülürsən gəmidən… Batırsan,
Balıq olmağa çalışırsan…

Üzürsən…
Suların nəbzi döyünür.
Balıqların qulağına oxuyursan səsini…!
İndi otaqdayam
Uzanmışam…
Gözümü yumub,
Dənizə qarışmış səsinə qulaq asıram…!
- sabah yenə sahilə gedəcəm,
Doyuncaq Balıq qulağı yığıb …
Güldanımın dibini dolduracam…!

Комментариев нет:

Отправить комментарий