Страницы

29.03.2013

Bir "Sarıtel" havasına...

Məlihə Əzizpur

Bahardır
Hava, yağış qoxusu ilə dolu.
Sən;
İşıq mahnısı dilində,
Günəbaxan əkirsən
Muğanın, xan torpağında.
Ürəyım atlanır işıqlığa;
Bütün açıq pəncərələrlə
Bütün qaranquşlarla
Görüşünə gəlirəm gözlərinin.
...
Yenə;
Avucunda tərli günəş

Bir az bulud
Bir dilim Ay,
Xan Araz'dan qayıdırsan,
və, məni qonaq edirsən
Bir "Sarıtel" havasına...
Bahardır!
Hava, yağış qoxusu ilə dulu.
İçimdəki boşluqlar,
Torpaq nəfəsi ilə talanır.
Gözəlrimdə gülümsəyir
Alma çiçəkləri- alça tomurcuqları.
...
Bütün kəpənkləri pay verirsən mənə
və, nədənsə
Uçuşa həvəslənirəm
Günəşə doğru...
Bahardır!
Hava, yağış qoxusu ilə dulu.
Biz...

Комментариев нет:

Отправить комментарий