Страницы

26.03.2013

Dünyaca məşhur olan "Nənələr"imiz haqqında


Milli.Az xəbər verir ki, zaman keçdikcə nənələrin bu obrazı beyinlərdən silindi. Nə yaxşı ki, hələ də layla çalıb, bayatı deyə bilən nənələrimiz var. Məsələn, Lənkəranda fəaliyyət göstərən “Nənələr” folklor ansamblında çalışan nənələr kimi. Onlar sadəcə yaddaşlarda gözəl və nəcib nənə kimi yox, həm də mədəniyyətimizə töhvələr vermiş ağbirçəklər kimi qalıblar.
"Nənələr" Lənkəran şəhərinin Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub. Qrupun ifasında Azərbaycan və talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi”, “Bulaq başında”, “Gəlin”, ““Kinəlim-kinəlim”, “Maralı göndər bizə”, «Verin bizim gəlini», «Əllərə xına çəkərlər», “Yar-yar”, “Can gülüm”, “Bülbüllər oxuyur” mahnılarının adını çəkmək olar. Yeri gəlmişkən, onu da deyək ki, "Nənələr"imiz Rusiyanı Avroviziyada təmsil edən "Buranovskie Babuşki" qrupundan heç də geri qalmadıqlarını bildirirlər. Deyilər ki, musiqi qrupu olaraq ölkəmizi hətta beynəlxalq müsabiqələrdə təmsil etməyə hazırdırlar.
"Nənələr" adını ilk dəfə qrupa 1997-ci ildə Lənkəranda səfərdə olan ümummilli lider Heydər Əliyev təklif edib. İfaçılar bu gözəl təklifi dərhal qəbul edərək 1997-ci ildən etibarən "Nənələr" adı ilə daha çox məşhurluq qazanıblar. Qeyd edək ki, qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərirdi. Müxtəlif tədbirlərə və bayram şənliklərinə dəvət alan "Nənələr" qrupu daha çox özlərinin bir növ "vizit kartı" sayılan "Ay lolo" mahnısını ifa edirlər.
Ansamblın hal-hazırda 6 üzvü var. Qrupun ən yaşlı üzvünün 76, ən cavan üzvünün isə 52 yaşı var. Nənələr folklor qrupunun bədii rəhbəri Azad Kərimli çoxdandır ki, nənələrlə birgə fəaliyyət göstərir. Onların ölkə miqyaslı tədbirlərdə iştirakına yaxından köməklik göstərən bədii rəhbər ağbirçək nənələrimizə hər zaman dəstəkdir.
Azad Kərimli bildirdi ki, nənələr folklor qrupu ölkəmizdə olduğu kimi, xaricdə yaşayan soydaşlarımız qarşısında konsert proqramı ilə çıxış ediblər. Buna Moskva və İstanbul şəhərlərinə nənələrimizin etdiyi səfərləri misal gətirmək olar. Qeyd edək ki, 2015-ci ildə
Latviya və Avstriyada konsert olacaq. "Nənələr" folklor qrupu da konsertə dəvət olunub.

Комментариев нет:

Отправить комментарий