Страницы

22.03.2013

“Masallı Mamed”in vəfatından iki il ötdü

“Masallı Mamed” ləqəbilə tanınan “qanuni oğru” Məmməd Hüseynovun vəfatından iki il keçdi

 Mart ayının 20-si "Masallı Mamed" ləqəbilə tanınan keçmiş SSRİ-nin tanınmış kriminal avtoritetlərindən olan Məmməd Hüseynovun vəfatının ikinci ildönümü olub.
Qeyd edək ki, "Masallı Mamed" 2011-ci ildə 1 saylı "zon"da dünyasını dəyişib.

Ilk məhkumluq

1960-cı ildə Masallıda anadan olan “qanuni oğru” ilk dəfə  17 yaşında məhkum olunub. Bu məhkumluq “Masallı Mamed”in atası Isgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən Isgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. Isgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı “Masallı Mamed” həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib.
Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb.
Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası Isgəndər Hüseynov oğlunun güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib.

1993-cü il: “Qanuni oğru” adı

1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyarbrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı “Leyla” şadlıq evində “qanun oğru”lar “Lotu Bəxtiyar”, “Sabirabadlı Hikmət”, “Dağlı Cavanşir”, “Yetim Hüseyn”, “Ənvər Sovetski” və “Irəvanlı Faiq”in iştirakı ilə Mamedə “qanuni oğru” titulu verilir. Bundan sonra “Masallı Mamed” daha bir neçə dəfə məhkum olunur.  Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.
Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra “Masallı Mamed”in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.

Qeyd: Yazıda AzərNurun “Masallı Mamed” kitabından istifadə olunub.

Комментариев нет:

Отправить комментарий