Страницы

31.03.2013

Maştağalı Qoçu Nəcəfqulu


Bu şəkilə diqqətlə baxın! Maştağalı Qoçu Nəcəfqulunun şəkilidir! Məhz onun rəhbərliyi ilə martın-30 və 31-də Bakıda başlanan qırğınların qarşısının alınması və Bakı milyonçularının, başda millət atası Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə şəhər əhalisinin silahlandırılaraq müqaviməti təşkil edilib. 5 gün ərzində minlərlə erməni daşnak və rus bolşevikləri məhz bu qoçuların əzmi ilə məhv edilib, Bakı kəndləri və köhnə Bakı küçələri müzəffər Qafqaz-İslam ordusunun şəhərə daxil olmasına qədər onların sayəsində əsl müqavimət ocağına çevrilib.
Köhnə Sovetski, Qubanın ətrafları, Bazarnı küçəsi Bakı qoçularının sayəsində həmin günlər ermənilərin ən çox itkilər verdiyi ərazilər olub və hücumları dəf edilib. Azərbaycan qadınlarının namusuna ləkə sürərək onları əzab və işgəncə ilə qətlə yetirən iki erməni daşnakı, Nəcəfqulunun birbaşa iştirakı və əmri ilə tutularaq diri-diri divara hördürülüb. Erməni daşnaklarının və rus bolşeviklərinin birləşmiş qoşunlarının hücumunun qarşısı Qoçu Nəcəfqulunun rəhbərliyi ilə yaradılmış “Məştağa dəstəsi“ tərəfindən Maştağanın yaxınlığında yerləşən körpüdən bir qədər aşağıda, Zabrat yolunda alınıb. Qeyd etmək lazımdır ki, Qafqaz İslam Ordusu Bakı kəndlərinə daxil olduqdan sonra dəstə silahlı heyətini genişləndirərək “Maştağa qarnizonu” adını alıb. Və Bakı üzərinə həlledici hücum zamanı bu qarnizon böyük rəşadət göstərib. Nuru Paşa Qoçu Nəcəfqulunu göstərdiyi igidliklərə görə ordenlə təltif edib.
Lakin, kommunist istilasından sonra bolşeviklər tərəfindən həbs edilib. 1920-ci il may ayının 28-dən 29-na keçən gecə saat 2.30-da Bayıl qazamatının iç həyətində mart qırğınları zamanı daşnak-bolşevik birləşmələrinə qarşı müqavimət təşkil etmiş 15 qoçu, o cümlədən də Nəcəfqulu güllələnərək şəhid edilib.
QƏHRƏMANLARIMIZI UNUTDURMARIQ!

Vuqar Ziferoglu

Комментариев нет:

Отправить комментарий