Страницы

18.03.2013

Muğanın Parsabad şəhərində əlamətdar tədbir

_MG_7286"Qanlı günəş"- Babək haqqında poemanın müəllifi Mircəlil Hüseyninin yubley və ağırlama mərasimi keçirildi

Bu mərasim Muğanın bir sıra şair, yazar, incəsənət xadimləri və kültürəl çalışqanların iştirakı ilə və Nadir Vəlipurun aparıcılığı ilə keçirildi. Qadir Cəfəri "Poema özəlliyi və poetika gözəlliyi" başlıqlı yazısında Azərbaycan ədəbiyyatında poema tarixi və Qanlı Günəş poemasının özəlliklərindən danışdı. Elşən Böyükvənd "Muğan ədəbi mühiti və Qanlı Günəş poeması" başlıqlı yazısında həmin mövzu ilə bağlı geniş mühazirə oxudu. Siyamək Mirzai isə şairin nədən Babək xarakterini seçdiyinə toxunaraq, Babək dövrünün siyasi-ictimai mühiti ilə çağdaş dövrümüzü tutuşduraraq, milli qurur, azadlıq sevərlik və dayanış ruhunun çağdaş dövrümüzdə olmadığına işarələr etdi.
O Qanlı Günəş poemasını milli ruhun dirçəlişi və dayanışmanın çoxaltmasında özəl rolu olduğunu vurğuladı.
Mərasımın ardında Mircamal Hüseyni, Nadir Əzizi, Cəfər Ağaməhəmmədi, Ramin Cahangirzadə, Rza Nuri və şairlər şeirlərini oxuyaraq Mircəlil Hüseyninin 53-cü doğum günü münasibəti ilə təbrik etdilər. Eləcə Səccad Colanı ifa etdiyi öz milli-himasi mahnılarla ağırlamanı zənginləşdirdi.
Ağırlama mərasiminin sonunda Mircəlil Hüseyni iştirakçılara minnətdarlığını bildirərək, belə kültürəl və ədəbi ortamların daha çox yaranmasını istəyib, bunların ədəbiyyat və tariximizin gənclərə tanıtımı, Hərəkətin dinamizmli olmasını və milli ruhun qalxışında önəmini vurğuladı. Sonunda isə bir sıra iştirakçılara "Qanlı Günəş", "Dədə Qorqud", "Yanan Günəş (Sahir)" və "Hikayə İmkanları" kitabı təqdim olundu. Eləcə İştirakçılar tərəfindən Mirəli Seyyidovun "Azərbaycan xalqının soy kökünü düşünərkən" kitabı Mircəlil Hüseyniyə sunuldu.

Ərdəbil
SAM_9830
SAM_9892


Комментариев нет:

Отправить комментарий