Страницы

22.03.2013

NƏRGİZ

Ramilə Qardaşxanqızı

Qatarın dayanacağa necə çatdığını hiss eləməmişdim. O qatardan mənimlə düşüb yerində dövrə vuran diyircək kimi fırlandı, daha sonra səndələyərək eskalatora tərəf addımladı. Mən isə dərsə tələsdiyimdən addımlarımı hara gəldi atırdım. Birdən metronun çıxışında üstümə tərəf yıxıldı, mən onu qeyri ixtiyari qucaqlayıb saxladım. Başını yırğalayaraq təşəkkürünü bildirdi, sonra da əlimə telefon nömrəsi yazılmış kağız parçasını basıb getdi. Yerimdə duruxub qaldım. Bayaqdan gicəllənən o qadın elə götürülmüşdü ki, sanki ayaq üstə çətin dayanan o deyildi.
Mənim küçə qadınlarıyla işim olmazdı, ancaq deyəsən o da onlardan idi. Baş verən hadisədən xeyli zaman keçdi.
Ona zəng eləməsəm də nömrəsini saxlayırdım. İstirahət günü idi, birdən ağlıma nə gəldisə telefonu götürüb ona zəng etdim, cavab vermədi. Aradan bir saat keçmişdi ki, zəng gəldi.
- Alo?
- Bəli!
- Salam!
- Aleykum salam!
- Kim idi mənə zəng edən?
- Mənəm xanım, metrodakı oğlan.
- Mən hər gün metroda yüzlərlə oğlan görürəm.
- Siz keçən ay mənə nömrə vermişdiniz xanım, siz...
- Memar Əcəmi metrosunun çıxışında...
- Üstünə yıxıldığım oğlansan?
- Aha, bəli, bəli mənəm.
- Bəs niyə belə gec, yoxsa qadınlardan qorxursan?:))
- Yox, sadəcəəəə...
- Hə, nə isə... Nə vaxt görüşürük?
Görüş sözünü eşidəndə sanki dilim tutuldu, yerimdəcə donub qaldım. Cavab tapa bilmədim, elə bu an telefonun o başından:-
- Səni bu axşam saat 10:00- da gözləyəcəm, elə həmin yerdə. Yaxşı?
- Yaxşı-yaxşı, mütləq gələcəm.
Son cavabım da qeyri ixtiyari, həmdə ürəkdən oldu. Ağız dolusu yaxşı deyib telefonu söndürdüm. Bu qadında məni özünə çəkən qeyri-adi nəsə vardı, o hansısa şeytani bir qüvvənin sahibəsiydi deyəsən.
Saat 8 idi, mən hələ də hansı səbəbə görə, niyə görüşə gedəcəyimi bilmirdim. Axı niyə zəng etmişdim, niyə razılıq verdim deyə otağın ortasında vargəl edirdim.
Saat 10 tamamda metronun həmənki çıxışında ona yaxınlaşdım. İlk gördüyüm gün kimi özünəməxsus, qəribə tərzli geyimdə idi. İçkisinin qoxusu isə adamı üç metrəlikdən vurub yıxırdı.
Mənimlə yüz ilin tanışları kimi salamlaşıb görüşdü. Boynuma sevgililər kimi sarılıb şirin-şirin söhbətə başladı.
- Hə, indi hara gedirik, nə planın var?
- Plan, bilmirəəəm.
- Hahahaha, niyə bilmirsən ki?
- Bilimirəm də!
- Bəs nə bilirsən?
- Heç nə!
- Yaxşı-yaxşı gəl gedək mənim bir tanıdığım yer var, orda bizi heç kim narahat etməz.
- Hara?
- Bara!:)))
- Mən tələbə oğlanam, bar zad tanımıram.
- Tanımırsan tanıyarsan da.
- Hmm, yaxşı.
- Sənin adın nədir?
- Mübariz. Bəs sənin?
- Mənim adım Nərgizdir amma Nara de.
- Niyə Nara, öz adında pis deyil axı?
- Məni hamı Nara çağırır, Nərgiz moddan düşüb.:))
- Nara, Naraaa, Naraaaaa!
- Ay sağ ol, bax belə...:)))
Getdik onun tanış adlandırdığı, yeraltı, səs-küylü, şamdanlarla bəzənmiş yarıqaranlıq bir məkana. Bir az içdikdən sonra boynuma sarıldı, məni dəli kimi öpməyə başladı. Qeyri ixtiyari ona cavab verirdim. Gözəlliyində qüsuru olmayan, fəqət içki qoxuyan mələk idi. Onun qollarında özümü unutdum, elə anlar yaşadıq ki sonra yaddaşımda gecəli gündüzlü dolandı. Mən onu elə o bardaca qoyub getmişdim amma üzü yadımdan çıxmırdı. Özümə verdiyim sözü tuta bilmədim, ona zəng etdim. Zamanla görüşlərimizin sayı çoxaldı, bir birimizə elə bağlandıq ki əhatəmizdə hər şey, hər kəs mövcudluğunu itirdi. Gözlərimiz sadəcə bir-birini görmək üçün baxırdı. Bir gün mən ona suallar yağdırmağa başladım.
- Niyə bu yolu tutmusan Nara?
- Hansı yoldan danışırsan?
- Biz, sən, nə bilim həyatın hamıda olduğu kimi deyil.
- Mən kimsəsizəm, hamı kimi olada bilmərəm.
- Nə olsun, kimsəsiz olmaq pis yolu seçmək deməkdir?
- Əyər səninlə xoşbəxt olmağ pisdirsə həyatından silinib gedə bilərəm.
- Sənə get demədim, sadəcə söhbət edirik!
- Həyat məni bu cür olmağa, harda bir tikə çörək varsa orda oturmağa vadar edib Mübüş.
- Mənə Mübüş demə, bilirsən acığım gəlir!
- Mübüş, Mübüş, mübüş!:)))
Həmişəki kimi söhbətdən yayınmaq üçün şıltaqlığ eləməyə başladı. Məndənən dörd yaş böyük idi, amma yanımda dönüb olurdu körpə qızcığaz.
- Bəsdir özünü klonluğa vurdun, mənə hər şeyi danış!
- Sənə nəyi danışım axı?
- Səni bu yola vadar edən keçmişi.
- Sən bunu bilməsən yaxşıdır Mübariz, bular sənə lazım deyil.
- Həm bilsən nə dəyişəcək ki?
- Yox, mənə lazımdır! Heç nəyi dəyişməsə də danış!
- Yaxşı, onda qulaq as, həmdə diqqətlə!
- Atam öləndə mənim on yaşım vardı, bir müddət sonra anam köhnə dostumuz Vaqifə ərə getdi. Onun da məndən üç yaş böyük, kobud bir oğlu vardı, bizimlə yaşayırdı. Anamgil həmişə onu məndən üstün tuturdu. Anamın o evlilikdən əkiz oğlanları da doğuldu. Anam bütün vaxtını qardaşlarıma sərf edirdi, mənsə tənha böyüyürdüm. Anamgil qonaq getdilər, Rafiq isə bir bəhanə tapıb şəhərə çıxdı. Anamgilin arxasınca evə qayıtdı, və mənimlə dava etməyə başladı. Müxtəlif bəhanələrlə mənə yaxınlaşıb saçımı yolurdu. Birdən əlini yaxama atıb paltarlarımı cırmağa başladı. Mən qışqırırdım amma evimiz böyük bir həyətin ortasında tikilmişdi deyə səsimi heç bir qonşu eşitmədi. Rafiq məni zorladı, sonra heç nə olmamış kimi çıxıb getdi. Anamgil evə gələndə mən hər şeyi danışmağa başladım. Ancaq Rafiq onlardan sonra evə gəlmişdi və mən heç nəyi subut edə bilmədim. O da fərasətsizliyimdən məharətlə istifadə edib bütün olanları inkar etdi. Atası onun tərəfini saxladı, məni isə təhqir etməyə başladı. Anam da onlara inanıb məni on beş yaşlı fahişə adlandırdı. Beləcə bütün ailə cəm olub məni evdən qovdular. Həmin gündən tək qaldım, orda burda gecələməli oldum. Doğma anam adımı belə tutmadı, məni axtarmadı. Qonşulardan biri məni uşaq evinə apardı, orda üç il yaşadım. On səkkiz yaşım olanda oranı tərk etdim, yenə məni tənhalığım salamladı. Yaşımı bilən, təkliyimi görən hər kəs məndən istifadə etməyə başladı. Kimisi iş vədi ilə, kimisi dost, kimisi yoldaş adı ilə... Gözəl, üstəlik də gənc idim, hər kəsi eyn maraq cəm edirdi ətrafıma. Yaşamaq üçün satılmağı da öyrətdi həyat. Bax belə...
- Artıq olanlar olub, indi həyatını belə davam edəcəksən?
- Başqa yolum yoxdur.
- Bəlkə də var.
- Yoxdur, inan mənə başqa yol olsaydı seçərdim.
- Mənə bundan başqa yol göstərən olmadı. Allaha xatir heç kim mənə bir tikə çörək vermədi, yaxşılıq edən hər kəs nəsə bir şey umdu. Ruhumu sökdüb aldılar içimdən, varlığımı parça-parça qopardılar!-:((
- Gəl mənimlə yaşayaq.
- Başqasınının evində kirayə qalan tələbəsən, təhsilini başa vurub gedəcəksən. Mən həyatın növbəti zərbəsi olan ayrılığa hazır deyiləm, öçmürlük yıxılaram.:-(((
- Səni də özümlə aparacam.
- Dəlisən, sənin anan məni qəbul etməz.
- Mən səni hicaba bürüyəcəm, ikimizdə namaz qılarıq. Sən dindar olacaqsan.
- Hə, nə olsun bu o deməkdir ki məni qəbulı edəcəklər?
- Mən səni qəbul edirəm, onlarda edər.
- Bilmirəm.
- Hər şeyi sonuna kimi bilməyin vacib deyil.-:))
Məzəli sözlərlə dilə tutub, onu özümlə kirayə yaşadığım mənzilə gətirdim. Ev sahibəsi narazılıq edəndə həyat yoldaşımdır deyib sakitləşdirdim, sonra qadın çoxbilmiş çıxıb nigah sənədini istədi. Nərgiz məndən əvvəl cavab verdi:-
- Xala, o kağız rayonda qalıb, qaynanamdadır.
- Hələlik isə mənə icazə verin ərimin yaşadığı otağı görüm.
- Yaxşı qızım, keçin.
Nərgizin şıltaqlığı ev sahibəsini ələ aldı, biz otağa keçdik. Təzə evlənən çütlüklər qədər xoşbəxt idik. Bu ani qəraraların sonrasını düşünmədən xoşbəxt olurdum, çünki mən öz Naramı sevirdim. Çox xoşbəxt ər-arvad idik, ailə rolunu da yaxşı oynayırdıq. Normal dolanırdıq, mən özümə iş də tapmışdım. Anamgilin bu ailədən xəbəri yox idi. Cəmi bir il qalmışdı, Nərgizidə götürüb kəndə gedəcəkdim. Nərgizim namaz qılmağı öyrənmişdi, hicaba da bürünmüşdü. Rayonda, hələ o ucqar kənddı onu heç kim tanımayacaqdı. Ancaq buna baxmayaraq mən onu hələdə keçmişinə qskanırdım, önünə o qədər qadağalar qoymuşdum ki mən özüm olsaydım butün bunlara dözməzdim. Bir gün evə gələndə Nərgiz ev sahibəsinin son sözünü mənə çatdırdı.
- Əgər bu axşam da əsil ər-arvad kimi qarşıma çıxmyacaqsınızsa evimi boşaldın, mən hərəmxana sahibəsi deyiləm!
- Ev sahibəsinin son sözləri eşidəndən sonra Nərgizin də razılığını alıb, Təzəpir məscidində dini nigahımızı kəstirdik. Bir il sonra rayona köçdük. İsmayıllı çox gözəlləşmişdi, yaxud mənə elə gəlirdi. Əvvəlcə rayon bazarından xeyli alış-veriş edib yuxarı Cülyana doğru yol aldıq. Yolda Nərgiz qulağıma pıçıldayırdı:-
- Birdən ailən məni qəbul etmədi, onda nə edəcəksən?
- Sən narahat olma deyib yola verirdim, əslində isə ailəmin fikri mənə də məlum deyildi.
- Beynimi düşüncələr cırmaqlayırdı, özümə təsəlli verib susurdum. Beləcə kəndimizə çatdıq, taxidən evimizin düz qapısında endik. Bizi qarşılayan anam təəccübünü gizlətmək üçün susmuşdu. Nərgizi görməzdən gəldi, mənimlə də soyuq görüşdü. Bütün ailə, atam, qardaşlarım, bacım da mənimlə eyni etinasızlıqla salamlaşdı. Nərgizin kimliyini soruşan belə olmadı. Təkcə bacım ona yaxınlaşıb mülayimcəsinə nəsə demək istəyirdi ki anam ona tapşırıq verib buyuruq arxasınca qonşuya yola saldı. Mən sözə başladım:
- Niyə səssiz oturmusuz ata, danışın da?
- Sən danış, deyəsən nəsə yeniliklərin var!
- Yeniliklər deyəndə ki...
- Buyur, biz hamımız səni dinləyirik!
- Bilmirəm söhbətə hardan başlayım, düzdür ani oldu.
- Nərgiz yaxşı qızdır, o sizə əla gəlin olacaq ata!
- Bir gün qonşuları da tanışlığa dəvət edərsiz, lap toy da edərik.
Bunu demişdim ki, atam ayağa qalxdı və səs tonunu qaldıraraq:
- O qapını görürsən, Nərgizini ordan yola sal sonra gəl toydan danış!
Anam da onun sözünü başıyla təstiqədi.
- Bu nə deməkdir ata, başqa sözünüz yoxdur?!
- Biz bir ildən çoxdur bərabər yaşayırıq, artıq dini nigahımız da var!
- Yox, mənim sənə başqa sözüm yoxdur!
- Sən bu pozğun qadınla bir ildən çoxdur yaşayırsan, bizsə hələ indi bilirik!
- Belə qadın səncə yaxşı ola bilər?!
- Çıxın, ikinizdə rədd olun evimdən!
- Əyər gedin deyirsizsə gedərik ancaq mən belə istəmirdim!
- Şəhər səni korlayıb bala, adətləridə dəyişmisən!
- Get, get küçük, mənim sənin kimi oğlum ola bilməz!
- Mən küçük deyiləm ata, axı sizinçün nə fərqi var kiminlə evlənirəm?! Evlənən mənəm siz yox!
- Demək fərqi yoxdur hə?! Onda get harda istəyirsən orda evlən arvadını da öz damının altında saxla!
- Başına bir dilim əski parçası atıb deyə mənim evimin gəlini ola bilməz!
- Mənim səndən başqa iki oğlum var, iki də gəlinim olacaq!
- Sən daha mənim oğlum deyilsən!
Mənim daha əlacım yox idi, Nərgizi Bakıdan İsmayıllıya qədər ümidlə gətirmişdim indi onu öz doğma anası kimi bayıra atan valideyinlərimlə heç cür razılaşa bilməzdim. Məni nə evsizlik, nədə işsizlik qorxutmadı. Nərgizin əlidən bərk-bərk yapışaraq özümlə evdən bayıra çıxartdım. Gözlərimin içinə baxaraq:-
- Gördün, onlar məni istəmədi. Mən sənin həyatını korladım, məni yola sal gedim şəhərə sən isə onlarla qal dedi. Təbii ki, mən buna razı olmadım. Biz birlikdə yenidən rayon mərkəzinə getdik, gecələmək üçün kirayə mənzil axtarmağa başladıq. Axşam saat yeddi olardı ki, xudmani bir otaq kirayələdik. Bakıda yaşayanda biraz pul toplayıb saxlamışdıq, iş tapana kimi onunla bütün xərclərimizi idarə etdik. Toyumuz olmasada xoşbəxliyimiz vardı. Mən Nərgizin keçmişini çoxdan unutmuşdum, mənə görə o artıq evimin xanımı idi. Hətda ondan uşaq da istəmişdim, razılaşmışdı. Bir gün evə gələndə onu yataqda halsız gördüm, nə olduğunu soruşdum. Gülümsəyərək hamilə qaldığını dedi, sevincimdən qanad açıb havaya uçmağa hazır idim. Həmin dəqiqə içimdə bir ümid daha cücərdi. Uşaq dogulandan sonra anamgil bəlkə bizimlə barışar, bizi evə qəbul edərdi. Hardansa qulağıma çatmışdı ki, anamgil Nərgiz haqda pi danışır. Güya kənddə Nərgizi tanıyanlar varmış, pis insan olduğunu deyirmişlər. İlk vaxtlar inanmadım, zaman keçdikcə qorxu, qısqanclığ məni boğurdu. Onu pəncərədən bayıra baxmağa da icazə vermirdim, o da mənimlə razılaşıb ev dustağına çevrilmişdi. Hamiləlik dövründə həkimə belə aparmadım, birdən onu kimsə tanıyardı. Uşaq böyüyürdü, doğum yaxınlaşdıqca həyəcanım da artırdı. Nəhayət doğuş sancıları başladı, Nərgizin ağrıları da səngimədi. Mənim xəstəxana tərəddüdümü bilən arvadım bəri başdan, sancısı tutan andan xəstəxanaya etiraz etdi. Özümüz bacararıq deyib gülümsədi. Mənə göstərişlər verməyə başladı. Bir vedrə isti su, təmiz mələfələr gətirib onun yanında oturdum. Əlimdən ehmalca tutub sıxırdı, ara sıra gözlərini məndən yayındırıb için-için inildəyirdi. Bətnində sancı burulduqca ağrıdan bütün bədəni ilan kimi qıvrılırdı. Qışqırdıqca gözlərindən yaş süzülürdü. Daha çox dözə bilmədim, çıxıb maşın axtarmaq istədim ki onu xəstəxanaya çatdırım, razılaşmadı. Bir xeyli keçmişdiki uşaq gəlir deyib gözlərini yumdu. Tamam heydən düşmüşdü, buna baxmayarq elə hey dayanmadan nəfəsini havaya üfürürdü. Var qüvvəsini toplayıb güc verdi, uşağ doğuldu. Sonra yeni bir uşaq... Onun qarnı buna görə böyük imiş, biz əkiz doğulacaqlarından xəbərsiz idik. Mənim bir əlimdə mələfə digərində ikinci körpənin göbəyi zır-zır ağlayırdım. Həm sevincdən, həmdə doğuşun həyacanından özümü ələ ala bilmirdim.
Bir filmdə izləmişdim, uşaq doğulanda onun göbəyini anadan ayırmışdılar. Mən də belə etdim, onları böyük bir yorqanın arasına büküb Nərgizin yanında oturdum. Onun əlini tutanda buz kimi idi, gözləri də bağlanmışdı. Dodaqlarımı onun alnına söykədim, təri hələ isti idi amma...
Artıq qorxaqlığımı unutmuşdum, mənim səfeh qıskancığım sevgimi də öldürmüşdü.

Комментариев нет:

Отправить комментарий