Страницы

31.03.2013

PAXIL SEVGİLİM

MİRZƏ SAKİT

Öldürdü nazların, sən Tanrı bəsdir,
Ay canım, cilvədən nə bollaşmısan
Qədəmin yavaşdır, bir az tələsdir,
Dünəndən mənimlə sağollaşmısan

Tutduğum budağın açdı yarpağı,
Görüb gəlişimi güldü nar bağı
Şəklinlə danışdım bu axşam çağı,
Sanki əfsanə tək nağıllaşmısan

Kənardan dayanıb dərdimə baxdın
Tacın məndə qalıb, hazırdı taxtın
Var idi bir zaman divanə vaxtın,
Çox heyf zəndimə, ağıllaşmısan


Mirzə naşı olmaz eşqin dərsinə
Şahidlik eyləsin o ləb, tər sinə
Yüz busə verərdin şair mərcinə,
İndi bir busəyə paxıllaşmısan...

Комментариев нет:

Отправить комментарий