Страницы

01.03.2013

Qlobal peyvənd əməliyyatı

Elçin Bayramlı

Müşahidələrimə görə, getdikcə daha çox valideyn övladını peyvənd etdirməkdən imtina edir. Buna səbəb bəzi hallarda peyvənd edilən uşaqların ağır xəstəliklərə düçar olması haqda faktlardır. İddialara görə, ölkəmizə gətirilən peyvəndlərin tərkibində olan təhlükəli ağır metallar Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi normadan dəfələrlə çoxdur. Bu iddiada bulunanlardan biri də övladının məhz peyvənddən sonra autizm xəstəliyinə düçar olduğunu deyən həmyaşıdım Əhməd Rəhmanovdur.
Onunla sosial şəbəkələrin birində tanış olub bu istiqamətdə bəzi müzakirələr aparmışam. Bu günlərdə əyani görüşüb söhbət etdik. Peyvəndlərlə bağlı maraqlı məqamlar açıqladı.
Əhməd oğlunu peyvənd etdirəndən sonra yaranmış autizm sindromu ilə əlaqədar xeyli araşdırma aparıb. Deyir ki, ÜST-ün tövsiyyəsinə görə, yeni doğulan uşağın çəkisi 3-4 kq-sa, deməli, o gün ərzində 0,3-0,4 mikroqram civə qəbul edə bilər. Ona isə ömrün ilk anlarında peyvəndlə 25 mkq (normadan 60 dəfə yüksək!) civə və 0,25-dən 0,4 milliqramadək aliminium vurulur.
Əhməd deyir ki, ayrı-ayrılıqda bu metalların törətdiyi fəsadlar çox ağır olsa da, elmi araşdırmalar onların bir yerdə göstərdiyi fəsadların bundan da qat-qat çox olduğunu müəyyən edib.
Valideyn deyir ki, miqdarı 0,5 ml olan AKDS-in tərkibindəki konservantlar timerasol (0,01faiz) və alüminiumdur (1,25 mq). AKDS ilə yenidən 0,05 mq civə uşağa vurulur. Bu isə o deməkdir ki, ömrünün ilk bir ilində hər bir uşaq normadan umumi hesabla 75-80 dəfə artıq ağır metalı təkcə peyvəndlər vasitəsiylə qəbul edir. Peyvəndlər isə təkcə Hepatit B və AKDS-dən ibarət deyil. Artıq uşaqlara 10-dan artıq peyvənd vurulur.
Əhməd dedi ki, poliklinikada vurulan peyvəndlərdən sonra oğlunun qanında ağır metalların miqdarı normadan 16 dəfə çoxalıb. Bu da autizm sindromuna səbəb olub. Dediyinə görə, xalası oğlu da peyvəndə qurban gedib. Mantunun tərkibində konservant kimi işlənən fenol maddəsinin təsirindən birdən-birə ürək çatışmazlığı yaranıb, bu da onun ölümünə səbəb olub.
Respublikamızda sırf bu sahədə mütəxəssis tapıb elmi rəy almaq müşkül məsələdir. Həkimlərin demək olar ki, hamısı peyvəndlərin vacibliyini bildirir, lakin tərkibini soruşduqda xəbərsiz olduqlarını deyirlər.
Heyrətamizdir. Ölkəyə gətirilən peyvəndlərin kimyəvi, molekulyar tərkibini yoxlaya biləcək laboratoriya yoxdur. Heç kim bizim uşaqlara peyvəndlə nə yeridildiyini, nə qədər yeridildiyini dəqiq bilmir.
Dünyada tanınmış alim, 80-ə yaxın elmi işin müəllifi Mark Sirkus bildirir ki, 1992-ci ildən sonra bir çox farmakoloji şirkətlər ucuz başa gəlsin deyə vaksinlərin tərkibindəki konservantların miqdarını 2 dəfə artırıb. Alimin sözlərinə görə, ÜST buna etiraz etsə də, sonralar bu göstəricilərin 3-cü tip ölkələr uçün məsləhətli olduğunu bildirib. Yəni avropalı üçün ziyanlı sayılan bir məhlul 3-cü dünya ölkələri ücün ziyanlı hesab edilməyib (?).
Alimlərin ümumi rəyinə görə, peyvəndlərin tərkibində civənin normadan on dəfələrlə yüksək olması dəhşətli faciələr yarada bilər. Civə insan orqanizmində yığılaraq onun bütün orqan və toxumalarına təsir göstərir, nəticədə “qoca dəli papaqçı” xəstəliyi, minamata xəstəliyi yaranır, mərkəzi və periferik sinir sistemində ağır dəyişikliklər baş verir.
Dünya mətbuatında konkret bir xəstəliyə qarşı peyvənd edilənlərin çoxunun məhz həmin xəstəliyə yoluxması, peyvəndlərin immunitet qabiliyyətini sıfıra endirərək orqanizmi müxtəlif təhlükəli xəstəliklər qarşısında müdafiəsiz qoyması, təbii qidalara allergiya yaratması, psixoloji problemlər törətməsi kimi hallarla bağlı ortaya çıxarılan faktların sayı-hesabı yoxdur. Bunlar elmi araşdırmalarla da təsdiq edilir.
Qlobal peyvəndləmə prosesinin qlobal qüvvələr tərəfindən bəşəriyyətlə bağlı qlobal planlara xidmət etdiyi deyilir. Bu iddialar nə dərəcədə dəqiqdir, bunu birmənalı demək olmaz. Lakin iddiaçıların əllərində çox sayda sanballı arqumentləri və tutarlı faktları var. Əksini sübut edən və inkar edən isə yoxdur... /teleqraf.com/

Комментариев нет:

Отправить комментарий