Страницы

26.03.2013

Veri (Qəzəl)

Mirfayaz Likməkani

Hər zaman fəxrim, qururum iftixarimdir Veri,
Qeyrətim, həm curətim, həm etibarimdir Veri.

Tarixin yoldaşidir, tarix özu şahid ona,
Min illərlə yol gələn qəflə-qatarimdir Veri.

Pakligin, comərdliyin unvani olmuş hər zaman,
Bir ulu cənnətməkan, ulvi diyarimdir Veri.

Vaxt olub ki susmuşam, tə'n etməsin nadan mənə,
Çunki Tanri hokmudur səbru-qərarimdir Veri.

Gəl mubarizlər diyarindan xəbər tut sən bir az,
Haqsiza qan udduran qeyrət damarimdir Veri.


Şe'ru-sən'ət anlayan ovladlari artir daha,
Bu incə mətləblərə bir xoş guzarimdir Veri.

Alimliyə, arifliyə hər və'də "ALLAH" demiş,
Bu mubarək əxlaq ilə sərvət-varimdir Veri.

Mirfayaz Likməkani vəsf eylədi oz yurdunu,
Bil ki vətən adlanan ilkim, nubarimdir Veri.

"QANUN və HƏYAT" N-08(08)
04-11 iyun 2005-ci il.
Mirfayaz Adil oglu Vahabov
Lerik rayonu T.Kazimov adina Veri tam orta məktəbinin XI sinif

Комментариев нет:

Отправить комментарий