Страницы

01.03.2013

YER ÜZÜNÜN BARI YAĞIŞ

Şirinxanım Kərimbəyli Şadiman

Yağır göydən elcə yer üzünün barı yağış,
Gətirir bağça-bağa öylə bir nübarı yağış.

Hissimə zövq verir, könlümü edir dəlisi,
Sanki qəlbimin olub sevda dolu yarı yağış.

Sarılır üz-gözümə inciyə bənzər gülüşü,
Aparır bağrı ovan min cürə ah-zarı yağış…

Ələnir kirpiyimə damlası bir şeh sayağı,
Haylayır gurşadını danmayır ilqarı yağış.


Boyayıb pəncərəmi sır-sıra almazlarına,
Gətirir xatırıma lap bəyazca qarı yağış.

Yayılıb asimana ağ-qara bulud sırası,
Göstərir yerə, göyə dağ təki vüqarı yağış.

Boyayıb Şadimanın bağrını öylə fərəhə,
Gətirir cuşa canı, udur intizarı yağış.

Комментариев нет:

Отправить комментарий