Страницы

23.04.2013

Ayrılıqlar


Sədaqət Kamal

Tək qayığam dalğalanan dənizdə
Ləpələrdən ləpələrə qalxıram,
Sən sahildə həsrətilə qalmısan,
Mənsə sənə göy sulardan baxıram

Ah, görürəm, dayanmısan, əzizim,
Qollarınla sıx qucmusan özünü,
Külək qovur, yağış yağır, əsirsən,
Kimə gərək bu məhəbbət dözümü...

Mən sevirəm, sən sevirsən, şahiddir,
Mavi sular, bir də ki, lal balıqlar.
Hər sevənə yazılsaydı qovuşmaq,
İş-gücündən olardı ayrılıqlar...

Комментариев нет:

Отправить комментарий