Страницы

13.04.2013

"Azadlıq", yoxsa "anarxiya"?

Fotoğrafım
Sahil Qənbərli

Bacardığım qədər qısa və anlaşılan dildə yazmağa qərara aldım.
Azadlıq geniş mənada anarxiyadır. Çünki azad insan üçün sərhəd yoxdur, istənilən sahədə, əxlaq başda olmaqla. Natsistlərin ilham aldığı Nietzsche "azad insan modeli"ni əsərində ictimaiyyətə təqdim edərkən, müxtəlif basqılara məruz qalmışdı, hətta onu almanların özləri belə qəbul edərdi. "Azad insan" modeli sərhədsiz düşünür, sərhədsiz yaşayır. Belə bir toplumun olmadığı üçün, hansısa liberal bazar iqtisadiyyatı ilə ölkəsini "azadlıq" yuvası kimi təqdim edən, əslində isə "guantanamo" kimi gördüyümüz nümunənin təbliğatını niyə edirik? (Səbəb məlumdur) "Azadlığı" anarxiya kimi qəbul eləmirsizsə termini ağzınıza almayın. "Söz azadlığı" dedikdə sadəcə gizliləri üzə çıxartmaqmı düşünürsünüz? Yox! Siz istədiyinizi söyə bilə, istədiyinizi alçalda bilərsiniz. Dediyim kimi, əgər bir şey azaddırsa niyə senzura edilməlidir?
"Azad söz" anlayışı ümumən senzura edilməməlidir. Əks halda azadlıq sözünün asılı tərəfdə işlətməyin. Belə baxanda "azadlıq" deyə bağıran toplum, əslində başqasının idarəsi altına düşmək üçün çabalayır. Fikir verin, gənclərin (əslində məlum şəxslərin təşəbbüsü) mitinqlərində səsləndirilən şüarlara : "A-azad-lıq!", "A-zad söz!", və bənzəri bu kimi sloganlar. 17 mart 2012-ci ildə hələ Camal Əli`nin "şou"suna (əslində söyüşünə) etiraz edənlər özləri auditoriyadan "azad söz!" deyə qışqırırdı. Deməli bizdə "azadlıq" termini dar mənada işlədilir. Ümumiyyətlə azadlıq (anarxiya) lazımdırmı? Gəlin düşünək, Əgər sənin istəklərinə, arzularına, məqsədlərinə, hədəflərinə, yaşam tərzinə, danışığına, əxlaqına senzura qoyulursa, bunun harası "azadlıq" oldu? Sən argolardan istifadə edə bilməzsən, cəmiyyət buna yol vermir, sən lüt gəzə bilməzsən, çünki qınaq obyektinə çevrilə bilərsən, sən fahişəlik edə bilməzsən, çünki səndən ancaq bir neçə dəqiqəlik, ən yaxşı halda bir gecəlik istifadə edəcəklər və nə qədər özünü mühafizəkar göstərsə də əslində o qədər qərbə meylli cəmiyyət səni xaric edəcək. Sən azad olmaq istəyirsənsə istəklərinə qarşı gəlməməlisən, kimin nə düşündüyünü sənin üçün maraqlı olmamalıdır. Əgər bu gün Əliyev hakimiyyətdədirsə, və onu "söz azadlığı"nı məhdudlaşdırdığını düşünürsənsə, onda onu da fikirləşməlisən ki, onu əvəzləyəcək birisinin istənilən yanlış hərəkətində içinə atıb deyə bilmədiyin söyüşləri söyməlisən. Həm də istədiyin yerdə, lap üzünə də. Bacararsan? Yoxsa yenə əxlaq tezisindən yanaşacaqsan? "Mənim əxlaqım buna izn vermir" deməklə özünü "azad insan" modelindən ayırmış olduğunu düşünmüsən? Yuxarıda dediyim kimi, əxlaq "azad insan" modelinə yad bir anlayışdır. (Əxlaq özü nədir? Buna gələn dəfə baxacağıq.) Sən nə qədər özünü çərçivələsən o qədər "azadlıq"dan uzaqlaşacaqsan. İndi isə azadlığın nə olduğunu özünüz düşünün. Doğurdanmı "azadlıq" sizin qəbul elədiyiniz əxlaq tezisinə qarşıdır? Yoxsa "azadlıq" "anarxiya" ilə sintez olarmı? Günümüzün "Söz azadlığı" senzura edilirsə "azadlıq" terminindən niyə istifadə edirik? (Hesab etməyin ki, bu sadəcə bizdə belədir) Dünyanın heç bir yerində "söz azadlığı" yoxdur, varsa da sadəcə küçədə, tində, bucaqda var. İnsanların boğazından yuxarı çıxarda bilmədiyi kəlimələrdir. Hələ Sigmund Freud`un "Dava eləmək əvəzinə, söyüş söyən ilk insan mədəniyyətin qurucusudur." deyərkən nə qədər haqlı olduğunu düşündünüzmü? Təzadlar toqquşması bizə mədəniyyəti təqdim elədi, biz isə mədəniyyəti çərçivələyərək ondan "azadlıq" yaratdıq. Başqasının azadlığı başladığı yerdə, sənin azadlığın bitir, ya da tam əksi. Beləcə "azadlıq" termini ictimaiyyətə təqdim edilmiş, çox şirin utopik termindir. "Sizə azadlıq lazımdır?" sualını verməzdən əvvəl, ciddi-ciddi düşünün.

Комментариев нет:

Отправить комментарий