Страницы

03.04.2013

Bu həyat sanki bir güzgü

Zamiq Haqlı

Oda düşən yanacaqdır
Baxmaz quru-yaşa dünya.
Kim nə bilir vuracaqdır,
Hansı ömrü başa dünya.

Həm qismət var, həmdə ağıl,
Həyatı sən özün yoğur,
Nə nadinc ol, nənə fağır,
Salar yolu daşa dünya.

Hər şeyin iki üzü var,
Hər əyrinin bir düzü var,
Hər gecənin gündüzü var,
Yaranıbdır qoşa dünya.


Mütləq yaranmış bu bəşər,
Yarı xeyir, yarı da şər,
Bir-biriylə hey döyüşər,
Dayanıb baş-başa dünya.

Bu həyat sanki bir güzgü,
Əyri-əyri, düzdə düzdü,
Bizə bəxşiş o özüdü,
Gəlin deyək yaşa dünya.

Dost varsa düşmənində var,
Sevinc varsa qəmində var,
Dəniz varsa gəmində var,
Dərd verməz boş-boşa dünya.

Zamiq həyat bəm, həyat zil,
Ömürdən gedir ilbəil,
Hər məqamın qədrini bil,
Demə gəlmir xoşa dünya.

***
Könlüm quru torpaq idi,
O torpağa tum əkmisən.
O tum adi bir tum idi,
Sən o tumu göyərtmisən.

Sözlərin veribdi nəmi,
Gözlərin də günəş kimi,
Göyərtmisən bu çəməni,
Indi qoyub gedirmisən?

Qəm bağında niyə bitdin?
Niyə gəldin niyə getdin?
Söylə nədən belə etdin?
Nəydi məqsəd deyərmisən?

Könlümü vermərəm yada,
Zamiq, ömrün yara fəda,
Həyat beləcədə sola,
Solsa geri dönərmisən?

Комментариев нет:

Отправить комментарий