Страницы

20.04.2013

Duydum qaranlıqları

Narıngül

Adamlar olanları
Yaxud əksinə,
olanlar adamları unudur.
Heç kimin bilmədiyi
Şəkildə unutdum mən.
Sən də unudacaqsan.
Unutmaq çoxdankı işdir.
Bir azca  da vərdişdir.

Mən bir kəndin saralmış
 yuxusundan doğuldum.
Və etiraflar etdim,
Və romanlar yazıldı
Bu uzaq şəhərlərdə.


Gözlərimdə nəmlənib
Boşluğa uzanan yol
Qayıtmaq üçün deyil.
Sən dünyaya bələdsən!

Bu yan ümidlərimin
Işıq düşən üzüdür.
Bu yan günəş kimir.

İşığın gur üzündə
O qədər zəifəm ki...

*  *   *
Duydun qaranlıqları...
Duyduqlarım mənə
qaranlığı anlatdı.

Mən işığı günəşin
Səssizliyində gördüm.

Isti xatirələri
Dodağımda üşütdüm.
Sevməkdən daha əvvəl
Unutmağı düşündüm.
Iki yerə bölündüm.

Duydum qaranlıqları.
Qaranlıq işığın
Üzdə olan əksidir.
Və insan
 işığın ən gözəl rəmzidir.

Dünyaya güzgü tutsan
Sən də anlayacaqsan:
Dünya elə -beləcə
Pəncərədən boylanan
Ehtiraslı baxışdır.

Sən də inanacaqsan.
Bu dünyada
Xoşbəxtlik -
ən gözəl aldanışdır!

Комментариев нет:

Отправить комментарий