Страницы

07.04.2013

GİZLİCƏ AĞLAYIŞ

Xosrov Barışan

O gecə mən də ağladım
Gizlicə...

Ey ana...
Sanmaki daşdir ürəyim,
O gecə mən də ağladım.
Bir ışıq şırıldadı gözlərimin
Damcısına,
Bir hüzün köçdü mənim şənliyimə.
Çökdü üzə baxışlarım.
Anladım onda boşun boşluğunu.
Ulduz-ulduz işıldadım

Zamanənin
Qaragöy səfhəsinə.

O gecə mən də ağladım...
Özüm yığışdım özümə,
Oldum ana!!!
Bağışla bu kəz məni,
Həmişə tək.
Roluvu yansıladım taatrında yaşayışın,
doğdum uşaq,
Doğumun sancısını hiss elədim.
Və körpəmi
Sevgimin damarından əmişdirib,
Düşüncəmin hörüklərində bələyib,
Nəfəslərin nənnisində
Ahımın lay-lasında
((Lay-lay dedim ki yatsın,
Qızıl güllərə batsın.))
Tumarladım saçlarını.
Baxışın dodağiylə öpdüm üzün
Və sərgisində canımın
Göstərib yaşayışın fəlsəfəsin gözlərinə,
Ağlayanda
Duyğular bağrına basdım biləsin.
Xəstələnəndə
Gözlərim yumulmadı.
Ürəyi edib sipər sancılara,
Balaca başmağına
Tikdirib yol yorudan gözlərimi,
Balaca ayaqlara bir öpücük
Və ağladım...
Onu 1də həp böyütdüm.

O gecə mən də ağladım...
Çiçəklənəndə arzılar,
Soldu gülüm.


Əh, əh...
Əhə, əhə...
Bəsdir utan kəs səsivi.
Ana olmaq ürək istər,
Ana olmaq ciyər istər,
Ana olmaq dözüm istər,
Ana olmaq sevgi istər...
Var mi buna cəsarətin!?
Yo..ox...
Yo..ox...
Olanmasan,
Həmin elə
Sən özüvə
O quru ərkəkliyin sımışqasın çıtlayaraq
Şışırt qarın.

O gecə mən də ağladım...
Ürəyimdə mərsiyə,
Oxudu növhə mənə duyğularım.
Ürəyim çırpdı özün
Qəfəsin miləsinə.
Öz içimdə ağladım.
Sənə bir söz demədim,
Deyənmədim!!!
Çünki sən...
Çünki sən bir anasan,
Dözənməsən ax balavın gözyaşına.

O gecə mən də ağladım,
Gizlicə...

Комментариев нет:

Отправить комментарий