Страницы

11.04.2013

“Əl-ərəbiyyə” telekanalı Suriyadakı partlayış xəbərini hadisədən qabaq verib

Əl-ərəbiyyə telekanalı Suriyadakı partlayış xəbərini hadisədən qabaq veribƏl-ərəbiyyə telekanalının səhvi rüsvayçılq yaradıb. Dəməşqdə partlayış baş verməzdən öncə həmin telekanal partlayış xəbərini yayıb.

QafqAzNews ”İRİB”-ə istinadən xəbər verir ki, Suriya ordusunun ehtiyatda olan zabiti Türki Həsən bu ölkədəki partlayışlar və xalqın qırğın edilməsində xarici amillərin rola malik olduğunu vurğulayaraq deyib: Ərəbistanın Əl-Ərəbiyyə telekanalı bazar ertəsi günü Dəməşqin “Səbə Bəharat” meydanında baş vermiş partlayış haqda öncədən xəbər vermişdi.
Suriyalı ekspert əl-Aləm kanalı ilə müsahibədə deyib: Bazar ertəsi günü Dəməşqin Səbə Baharat meydanında bir neçə uşaq daxil olmaqla 25 nəfərin ölümünə və 80-dən artıq insanın yaralanmasına səbəb olan partlayış bir daha sübut etdi ki, yaraqlılar Suriya xalqını amansızlıqla qırğın edirlər.
Suriyalı ekspert əlavə edib: Əl-Ərəbiyyə kanalı bu partlayış haqda hələ baş verməsindən öncə xəbər vermişdi ki, bu da xarici amillərin Suriyadakı hadisələrdə rola malik olduqlarını sübut edir.

Комментариев нет:

Отправить комментарий