Страницы

25.04.2013

Lənət şeytana. Yenə vuruldum.

İsgəndər Bababəyli

Bayaq dərsdın çıxıb avtobusla evə gəlirdim. Bayıldan 20-ci sahə tərəfdə qədər uzun bir tıxac var idi. Dərsdən tez çıxmışdım və bu ucsuz tıxacı görəndə evə gec çatacağımı düşündüm və kefim pozuldu. Bir az da avtobusdakı sərnişinlərin çığır-bağırı, tıxacdakı maşınların mühərrikinin səsi, verdiyi siqnallar əsəblərimi gərginləşdirmişdi. Hətta qarşımda dayanan oğlanın bütün bu olanlara etinasız qalması da bir tərəfdən əsəblərimə toxunurdu. Onun bu qatma-qarışıqlıqda necə təmkinini və sükutunu qoruya bilməsi məni həm təccübləndirir, həm də qıcıqlandırırdı.(İndi yadıma düşür ki, onun qulağında nauşnik var idi.) Şofer başını pəncərədən çıxarıb, qışqıra-qışqıra tıxacdakı o biri şoferlərdən aletrnativ hansı yolun olduğunu soruşur, yüksək səslə telefonla danışırdı. Bu qeyri-etik danışıq, jarqon ibarələr da istər istəməz gərginliyimi bir az da artırırdı.
Tıxacın ortasına çatanda özümü hətta müharibənin mərkəzindəymiş kimi hiss elədim. Az qala sərnişinlərə qoşulub bərkdən qışqıracaqdım. Avtobus sürdü. Tıxac açılırdı deyəsən. Amma bayaqkı kimi, indi də gərgin idim. Nəzərlərim yenə həmin oğlana yönəlmişdi və mən onun təmkinini bu cür qoruya bilməsini dərin-dərin dərin düşünürdüm. Necə ola bilərdi ki, mən, Yoqanın, Buddizmin Zen fəlsəfəsinin daxili sükutunu qorumaq və öz dərinliyinə enə bilmək priyiomlarını mənimsəyən, bunlardan məharətlə istifadə edə bilən adam indi gərginlikdən az qala partlayam bu oğlan isə avtobusa girəndən indiyə kimi necə durmuşdusa eləcə, bir əli cibində, bir əli ilə isə avtobusun dirəyindən yapışsın və sakitcə pəncərədən çölə baxsın.
Mən ayaq üstə, pəncərəyə söykənmişdim. Bir əlimlə yuxarıdakı tutacaqdan bir əlimi isə, pəncərənin ensiz sürahisinə qoymuşdum. Mən durduğum yer avtobusun ortası idi və qapının qarşısındakı pəncərə idi söykəndiyim pəncərə. Yanımda solda 40-45 yaşlı dayı ayaq üstə, sağda iki qız oturmuşdular. Qızların iksi də yeniyetmə idi və ikisi də qəşəng idilər. Amma soldakı qız daha gözəl idi, sağdakına nisbətən. Qarışmda üzü qağıya tərəf bir neçə oğlan dayanmışdı və oğlanların sağ tərəfindəsə üzü mənə tərəf həmin əli cibində, bir əliylədə yuxarıdakı dirəkdən tutan açkili oğlan. Oturacaqların hamısı dolu idi. Arxa və ön tərəflərdə də xeyli adam var idi. Tıxacdan çıxmışdıq mənsə hələ də gərgin idim. Avtobus tıxacda xeyli vaxt itirmişdi və bu itirdiyi vaxtı udmaq üçün sürəti get gedə artırırdı. Tez bir zamanda 20-ci sahəyə çatdıq. Avtobus belə bərk sürdükcə hirsim soyuyurdu, evə vaxtında çatacağımı düşünüb rahatlaşırdım. Beləcə artıq Bibiheybətə çatdıq. Burada həmişə sakitlik olur. Şofer məsçidə və qəbirlərə hörmət əlaməti olaraq maqnitafonu söndürür, sərnişinlər mahnını dayandırıb nauşnikləri qulağından çıxarır, kimisi əllərini yuxarı qaldırıb ürəyində dua oxuyur, kimlər isə salavat çevirir. Bura çox geniş bir ərazi olduğuna görə heç maşın sıxlığı olmur və beləcə də nə qışqırıq səsləri, nə də maşın siqnalları eşidilmir. Ümumiyyətlə Azərbaycan xalqı nəyə də olmasa dinə çox ciddi yanaşır. Hətta bu ərazidə kiminsə telefonu bilmərrə zəng çalsa camaat gözləriylə onu diri-diri yeyər.
Əlqərəz, çox sakitçilik idi, mühərrikin səsi eşidilirdi ancaq və sərnişinlərdən kimlərsə avtobusdan düşür və kimlərsə də minirdi. Bir qızla bir 50-51 yaşlı qadın da mindi. Sağ tərəfimdəki qızların arxa tərəfində, ortadan arxaya doğru 2-ci sıradan qız ayağa durub xalaya yer verdi. Özü isə özündən arxada oturan rəfiqsəinin başı üstə dayanaraq söhbətə başladı. Xalayla birlikdə minən qız isə xalanın başının üstündə dayandı və özünü avtobusun şaquli dirəyinə qısnadı. Bu qız elə həmin andan diqqətimi cəlb elədi. Qara gödəkçə geymişdi əyninə, onun altından süd rəngi üstü bəzəkli kofta, iri cibli yupka geymişdi. Boyu elə də uzun deyildi. Haradasa 172-73, belə. Saçları qısa və cə açığa çalan qəhvəyi rəngdə idi. Qulağına qədər uzanan saçlarının ucu sarı rəngə çalırdı. Lakin bu rəngin əvvəllər qoyulmuş boyanın qalıqları olduğununmu, yoxsa elə bu məqsədlə rəngəlndiyininmi nəticəsi olduğunu kəsdirə bilmədim. Uzun teli alnından sağa doğru daranmış və qulağının arxasına keçirdilmişdi və hər dəfə oradan çıxıb üzünə dağılanda bunu təkrarlayırdı. Alnı açıq üzü ağappaq idi. Gözləri mavi, qaşlarısa sarıya çalırdı.Enli çənəsi sifətinə bir əzəmətli ifadə qatərdı. - Əvvəldən çənəsi enli qadınlardan ötrü ölürəm - Burnu balaca və nazik, üzərində qabarıq var idi. Dodaqları incə və boyasızdı. Ümumiyyətlə üzündə makiyaj yox idi və ağappaq dərisi avtobusun pəncərəsindən düşən gün işığının altında par-par parıldayırdı. Saçları da, gözləri də. Gödəkçəsinin qollarını dirsəyinə kimi çırmalayımışdı və bu qollar bayaq dediyim kimi, avtobusun dirəyindən bərk-bərk yapışmışdı. Sanki bu qız o qədər tənhadır ki, artıq heç kimi əldan buraxmağa gücü yoxdur. Hətta avtobusun dirəyini belə. Gözlərimi zillədiyim mavi rəngli gözləri - onlar başqa aləm idi. Mən bu cür göy gözləri cəmi 1-2 adamda görmüşəm və sevmişəm. Bunlar da onlardan idi. Və avtobusun pncərələrindən öz rəngində olan dənizə köklənmişdi. Mənim baxışarıma nəyinki fikir vermidi, o sanki, heç burada mövcu deyildi. Xəyalı bəlkə də dənizin dalğaları ilə çimişirdi. Ya da səmada bərq vururdu. Bilmək olmaz. Mən var qüvvəmi toplayıb, böyük diqqətlə bu gözəlliyi seyr etməkdə idim. Günəşin şüaları yaramazlıq etməsəydi bunu müti olaraq saatlarla davam etdirərdim. Avtobus bu vaxt Salyan şossesi ilə qərbə doğru şütüyürdü, mənim üzüm avtobusun qızın durduğu tərəfə, avtobusun arxasına doğri yönəlmişdi və cənubdan parıldayan Günəşin şüaları pəncərədən düşərək sağ gözümü sulandırmağa başlamışdı. Alnımdakı gün eynəyini güzümə endirdim. Onsuz da gözlərim zəif idi, bu eynək də gözəlliyi seyr etməyi bir az da məhdudlaşdırdı. Eynək bir tərəfdən qızın mənim baxışlarımdan narahat olmaması üçün xeyirli idi, digər tərəfdənsə qızın mənim ona baxdığımın fərqində olmasına mane olurdu. İstəyirdim ki, o da mənə mənim ona baxdığım kimi baxsın. Ümumiyyətlə 3 il bundan əvvəlkinə nisbətən qızların simpatıyasını itirmişəm və bu mənə çox pis təsir edir. Bilmirəm problem nədədir. Ya mənim geyim üslübum onların xoşuna gəlmir, ya da çatma qaşlarımla, "meksikan" saqqalım. Bilmirəm. Amma onu bilirəm ki, geyinəndə heç onları nəzərə almıram. Ala bu da nəticəsi. Xoşuma gələn bu qız da ona bu qədər heyranlıqla baxmağımın əvəzində mənə sarı kiçik bir nəzər də salmır. Ehh...
Budur, avtobus Salyan dairəsindən üzü Lökbatan qəsəbəsinə tərəf buruldu və biz artıq şimala doğru istiqamətlənmişdik. Bu o deməkdir ki, günəş artıq avtobusun arxa tərəfinə vururdu və mən eynəyimi çıxarıb əvvəlki kimi, rahatca qıza baxa bilərdim. Osa ancaq pəncrədən çölə uzaqlara baxırdı. Bəlkə də baxmırdı sadəcə olaraq gözləri çölə yönəlmişdi özüsə nəsə düşünürdü. Hər şey ola bilər.
Binənin qabağıyla, gedirdik. Bu kələ-kötür torpaq yolda şofer bərk sürürdü. Avtobusun təkərləri xırda çuxurlara tez-tez düşüb-çıxdıqca şiddətli titrəyiş əmələ gəlir. Bu titrəyişdən avtobusun bütün qapıları, içində olan dəmir örtükər, hətta möhkəm yapışdırılmamış pəncərələr belə silkələnir başağrıdıcı səs-küy yaradırdı. Səs-səsə qarışırdı və bu səslərin içindən bir disko mahnı eşidildi. Bu qızın telefonunun zəngi idi. Ağ telefonu yubkasının enli cibindən çıxarıb, əliylə sensor ekranda "yes"-i çəkib qulağına tutdu. Ürəyəyatımlı, incə səsi var idi və bu səs küyün içində onun nə danışdığını aydınlaşdırmaq çətin idi, mənimçün. "Hə. Yoldayam" dedi. Sonra isə gülümsünə-gülümsünə rusca "Haradasan?" deyib avtobusun qabaq tərəfindəki adamlara doğru boylandı. Telefon olan əli ilə kiməsə əl elədi və yenə rusca "Hə, görüm səni, yaxşı" deyərək yenə gülümsündü.
Əsl mənim zövqüm idi. Lənət şeytana. Vuruldum qıza. Qızlara vurulmağı özümə qadağan eləmişdim. Belə mövzularda sözümün üstündə dura bilmirəm.
Növbə ilə əllərinə gözlərinə saçlarına baxırdım. Hələ, sarıldığı dirəyin yerində olmağı da arzuladım. Ürəkdən arzuladım. Bərk-bərk. Gözlərimi bağlayıb bu səhnəni gözlərimin önündə canlandırdım. Amma nədənsə bu xəyal bidən birə yox oldu. Özümü onun qollarına laiq bilmədim üzüm tüklü bədənim arıq. Qara enli qaşlarım, tüklü qollarım, əllərim. Yox. Bu olan iş deyildi. Üstəlik qız heç indiyə kimi qımıldanıb mənə sarı baxmamışdı da.
Qəsəbəyə girmişdik artıq. Avtobus "Xəyal" kafesinin yanında dayanıb sərnişinləri boşaldırdı. Kimlərsə arxa qapını təpikləyib, qışqıra-qışqıra, acıqlı səslə şoferdən qapını açmasını tələb edirdi. Şofer də öz növbəsində qabaqdan "tələsmə, açacam, səbr elə" sözlərini bərkdən qışqırırdı. Bu qarışıqlığın içində yenə o zəng səsləndi. Yenə də bayaqkı templə "mələk" telefonu çıxarıb cavab verdi. Bu dəfə 3-cü dildə. İngiliscə "yes" dedi, Sonrasa "Mən yaxşıyam, avtobusdan düşürəm, evə gedirəm. Görüşərik" dedi. Telefonu cibinə qoydu. Heyrətlənmişdim. İngiliscə elə sərbəst danışırdı ki, elə bil elə İngiltərədə böyüyüb. Eləbil elə indi zəng edənlər də ingilis qohumları idi. O qədər heyrətlənmişdim ki, onu artıq İlahə deyə çağırırdım içimdə. Və onun təsirindən artıq içimdə ona ingilis dilində "Sən nə gözəlsən, balam. Sən əsrarəngizsən" sözlərini ünvanlayırdım. Avtobus artıq "Təzə evlər"in döngəsinə çatdı və qız da düşənlərə qoşulub qabağa doğru irəliləyirdi. Bir toppuş qadına rusca nəsə deyərək havada ürək şəkli çəkdi və ona havadan öpüş göndərdi. Nəzərim o salvyan xalqarına bənzəyən toppuş, kürən saçlı, hündürboylu qadına yönəldi. Yerimdə donub qalmışdım. Ürəyim şiddətlə döyünməyə başlamışdı. Bilmirdim aşağı düşüm onun dalınca qaçım, yoxsa... "Lap tutaq ki, aşağı düşdüm, getdim dalıyca. Yaxınlaşıb nə deyəcəm? Bəlkə o mənim onu izləməyimdən bərk narahat olacaq. Bəs onda? Heç mən ona laiq deyiləm. Axı lap gedib yaxınlaşsam, ondan xoşum gəldiyini desəm, ona necə başa sala bilərdim ki, mən heç də, onun hər gün görüyü qaqaşlardan deyiləm. Bəlkə də o qaqaşlar öz atmacalarıyla hər gün bu qəşəng qızı lap təngə gətirib. Elə üzümün belə tüklü olması ayağımdakı ağ krasovkalar, cins şalvar, qara dar kurtka. Məni həmin qaqaşlarla necə də eyniləşdirir. Birdən o heç məni tanımaq istəmədi. Bəlkə ona elə İngiliscə yaxınıaşım. Yox. Buralarda ingiliscə danışanlar demək olar ki, heç yaşamır. Ən yaxşısı rusca. Birdən lap dərinliyə gedib mənə rusca hansısa başa düşmədiyim qəliz, mürəkkəb cümlələrlə sual verdi. Axı mən rusca danışa bilsəm də elə sən deyən dərinə getməmişəm". Bu fikirlərdən ayılanda avtobus artıq "Cırtdan" parkı keçirdi. Ürəyimin döyüntüsü səngimiş, artıq əlimi ondan üzmüşdüm. Nəzərlərim onun bayaq danışdığı toppuş xalaya cəmlənmişdi. Ona baxaraq ürəyimdə, rusca ona bu sözləri ünvanlayırdım "Necə də qəşəng qızdır". Xala məncə bu sözləri eşidəndə hər şeyi başa düşəcəkdi. Dvareçsə (mədəniyyət sarayı) yaxınlaşırdıq budur son dayanacaq və mən burada enməliyəm. Xala yanındakı qızlarla nəsə danışıdrdı. Ona bayaq fikirləşdiyim sözlərin heç birini demədim. Pulqabımdan 30 qəpik çıxarıb, köməkçiyə verdim və içimdə "görəsən onu nə vaxtsa görə biləcəm ya da onun kimi gözəl birisini" deyərək avtobusdan endim.

Комментариев нет:

Отправить комментарий