Страницы

24.04.2013

"Milli Dövlətçilik Naminə" hərəkatı yaradılıb

"Milli Dövlətçilik Naminə" hərəkatın təsis konfransı keçirilib

5 nəfərin təsis etdiyi hərəkatın əsas ideyası milli dövlətçilikdir. Hərəkatın təsisçilərindən biri, idarə heyətinin rəhbəri Tariyel Faziloğlu bildirib ki, Azərbaycanda milli ideologiyanın hazırkı durumu və boşluqların doldurulması zərurəti bu təşkilatı meydana çıxarıb.
O, təşkilatın  milli məsələ ətrafında birləşməyin vacibliyindən yarandığını  da vurğulayıb. Bütün vətənpərvərləri milli məsələ, milli-mənəvi dəyərlər ətrafında birləşməyə çağıran hərəkatın təsisçilərindən biri  Gülnar Əhməd bildirib ki, əsas hədəflərdən biri ictimai-siyasi həyatda milli təfəkkürlü gənclərin təşkilatlanmasını təmin etməkdir. "Milli Dövlətçilik Naminə" hərəkatının rəhbərlərindən biri Oqtay Hacımusalı isə qeyd edib ki, xaricdən müəyyən qüvvələr  Azərbaycan xalqına zidd ideologiyalar, zərərli fikirlər yeridilməsi istiqamətində çalışırlar: "Əsas işlərimizdən biri, bunun qarşısının alınması olacaq".

Комментариев нет:

Отправить комментарий