Страницы

29.04.2013

MƏMMƏD QƏDİR. Bahar ağacları

Bu dünya oxdan asılıb,
Varlığı yoxdan asılıb,
Nəsimi çoxdan asılıb,
Quruyub dar ağacları

Hər toranlıq axşam deyil,
Hər şölə saçan şam deyil,
Bu gəzənlər adam deyil,-
Qəhər, qübar ağacları.

Ölüm imiş bildikləri,
Ağlamaqdı güldükləri,
Kim güldürər kötükləri,
Kim ağladar ağacları


Torpağa yeriyib dizim,
Daha kötüyəm , əzizim,
Dibimizdən çıxıb bizim
bitir bahar ağacları...

Комментариев нет:

Отправить комментарий